York Universiteti (ing. York University; fr. Université York) — həmçinin YorkU və ya sadəcə YU kimi tanınan, Kanadanın Ontario əyalətinin Toronto şəhərində ictimai tədqiqat universiteti. Təxminən 55,700 tələbə, 7,000 müəllim və işçi heyəti və 370,000-dən çox məzuna malikdir. Onun 11 fakültəsi, o cümlədən Lassonde Mühəndislik Məktəbi, Şuliç Biznes Məktəbi, Osgoode Hall Hüquq Məktəbi, Qlendon Kolleci və 28 tədqiqat mərkəzi var.[2]
York Universiteti | |
---|---|
43°46′23″ şm. e. 79°30′13″ q. u.HGYO | |
Əsası qoyulub | 1959 |
Tələbə sayı | 53.974 |
Ölkə | |
Sayt | yorku.ca |
Vikianbarda əlaqəli mediafayllar |
York Universiteti 1959-cu ildə York Universiteti Aktı ilə məzhəb olmayan bir qurum olaraq qurulmuşdur[3] və həmin il martın 26-da Ontario Qanunvericilik Assambleyasında kralın razılığı ilə qəbul edilib.[4] İlk mühazirə 1960-cı ilin sentyabrında Toronto Universitetinin kampusundakı Falconer Hall-da cəmi 76 tələbə ilə keçirilib.[5] 1961-ci ilin payızında York, U of T-dən icarəyə götürülmüş ilk kampusuna, Glendon Kollecinə köçdü və liberal sənətləri və böyüklər üçün part-time təhsili önə çıxardı.[4] Universitet 1965-ci ildə Nort Yorkda, hazırda York Universiteti Heights adlanan məhəllə icması daxilində Keele Kampusu adlı ikinci kampus açdı.
Universitet haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |