Reyna Trindl

Reyna Trindl (トリンドル 玲奈, Torindoru Reyna?, 23 yanvar 1992[1], Vyana)Avstriya-Yaponiya modeli,[2][3] tarentosu[4][5] və aktrisası.

Reyna Trindl
yap. トリンドル 玲奈
Doğum tarixi 23 yanvar 1992(1992-01-23)[1] (31 yaş)
Doğum yeri
Vətəndaşlığı
Təhsili
  • Keyo Universiteti[d]
Fəaliyyəti fotomodel[d], model[d], aktrisa, müğənni, tarento[d]
Fəaliyyət illəri 2009-cu ildən
reina-triendl.jp

İlk illəri[redaktə | mənbəni redaktə et]

Reyna 23 yanvar 1992-ci ildə Avstriyanın Vyana şəhərində doğulmuşdur. Anası yapon, atası avstriyalıdır.[6] Luna (ルナ, Runa?) adlı balaca bacısı var. Atasının iş yeri ilə əlaqədar olaraq tez-tez köçməli olub, FransaABŞda yaşayıb. Lakin liseyin birinci sinifindən etibarən Yaponiyanın Tokio şəhərində yaşamağa başlayıb.[6] Reyna Beynəlxalq Xristian Universitetinin liseyindən məzun olduqdan sonra Keyo Universitetinə daxil olub.[7] Lakin karyerası ilə əlaqədar olaraq 2015-ci ilin sentyabrına qədər universitetdən məzun ola bilməyib.[7]

Karyerası[redaktə | mənbəni redaktə et]

Reyna liseyin ikinci sinifində oxuyan zaman Platinum Production tərəfindən kəşf edilmiş və modellik etməyə başlamışdır.[8][9] "JJ" və "Vivi" jurnallarının ekslüsiv modeli olduqdan sonra "With" jurnalının ekslüsiv modeli olmağa qərar vermişdir.

2011-ci ildə Rocketman tərəfindən ifa olunan "Love Disco" mahnısı ilə müğənni kimi debüt etmişdir.[10]

2012-ci ildə "Qara müəllimə" serialında çıxış edərək aktrisa kimi debüt etmişdir.[9] 11 yanvar 2013-cü ildə başlayan "Terras evi: Oğlanlar qızlara qarşı qonşu qapıda" verilişinin 2-ci mövsümündən etibarən verilişin studiya şərhçisi kimi çıxış etmişdir. Franşizinin hər bir verilişində şərhçiliyə davam etmişdir.

2015-ci ildə "Qaçdı-tutdu" qorxu filmində baş rolda oynamışdır.[9] Filmdəki performansı Kanadada baş tutmuş XIX Fantaziya Beynəlxalq Film Festivalında ən yaxşı aktrisa mükafatına layiq görülmüşdür.[11]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Reina Triendl // Česko-Slovenská filmová databáze (çeş.). 2001.
  2. トリンドル玲奈、大胆発言「キスぐらいなら…」 モデルプレスインタビュー - モデルプレス. Modelpress (Japanese). 2013-10-12. 2017-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-08.
  3. トリンドル玲奈、すっぴん姿が「恥ずかしい」. Modelpress (Japanese). 2013-11-22. 2013-12-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-08.
  4. トリンドル玲奈、理想の男性は「誰からも愛されてる人」. Oricon (Japanese). 2012-09-06. 2018-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-08.
  5. トリンドル玲奈、8・4に鳥取初訪問へ. Oricon (Japanese). 2012-07-01. 2018-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-08.
  6. 1 2 "見守る父、真剣に評する母". YomiDr. Yomiuri Shimbun. 2013-02-05. İstifadə tarixi: 2015-07-20.[ölü keçid]
  7. 1 2 "トリンドル玲奈、8・4に鳥取初訪問へ". Oricon (Japanese). 2015-09-17. 2020-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-27.
  8. "質問お答え2". Reina Triendl Official Blog. 2010-02-03. 2012-02-14 tarixində arxivləşdirilib.
  9. 1 2 3 斉藤蓮. "【トリンドル玲奈】ミニスカートの制服姿は血まみれに… ホラー映画『リアル鬼ごっこ』で映画初主演". ZAKZAK. Sankei Shimbun. 2015-07-09. səh. 2. 2021-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-27.
  10. "トリンドル玲奈、ふかわと異色コラボで歌手初挑戦". Oricon (Japanese). 2011-07-05. 2019-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-27.
  11. "トリンドル玲奈に最優秀女優賞!初主演『リアル鬼ごっこ』が作品賞含む3部門受賞の快挙!". Cinematoday (Japanese). 2015-08-06. 2020-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-27.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]