Vivi (ヴィヴィ?) – Kodansha tərəfindən nəşr olunan Yaponiya dəb jurnalı. Asiyanın əsas dəb jurnallarından biridir və Yaponiya, Honkonq, Çin, Tayvan, Tailandda nəşr olunur.
Vivi | |
---|---|
Növ | dəb |
Dövrilik | aylıq |
Tiraj | 234.370 (2011) |
Nəşriyyat | Kodansha |
Ümumi tiraj | 86.667[1] |
Təsis tarixi | 1983 |
İlk buraxılışı | may 1983 |
Ölkə | Yaponiya, Çin, Tayvan, Honkonq |
Qərargah | Tokio |
Dil | yapon, çin |
vivi.tv |
"Vivi" jurnalının ilk sayı 1983-cü ilin mayında işıq üzü görmüşdür.[2][3] Jurnal yeniyetmələr və 17-27 yaşında olan gənc qadınlar üçün nəzərdə tutulub. Əsas oxucuları kollec tələbələri və gənc ofis xanımlarıdır.
Jurnalın "üzlük kraliçası" olan Namie Amuro jurnalın üzlüyündə ən çox görünən fotomodeldir. Jurnalın üzlüklərində tez-tez görünən digər modellər isə Ayumi Hamasaki və Kumi Kodadır.
Tayvan, Çin, Honkonqda jurnal Çin dilində nəşr olunur.[4]
"Vivi" jurnalının 2010-cu ildə tirajı 286.039, 2011-ci ildə isə 234.370 idi.[5]
Aşağıdakı modellər jurnal üçün fəaliyyət göstərirlər və ya göstəriblər.[6]