JJ (ジェイ・ジェイ, Cey Cey?) – Kobunsha nəşriyyatı tərəfindən nəşr olunan Yaponiya dəb və həyat tərzi jurnalı. 1975-ci ildə "Josei Jishin" jurnalının əlavə buraxılışı kimi yaradılmışdır.[3][4] Yaponiyada kollec tələbələri üçün nəzərdə tutulmuş ilk jurnaldır. Jurnalın oxucuları 17-26 yaşlarında olan qızlardır.
JJ | |
---|---|
Baş redaktor | Sayaka Hara[1] |
Növ | dəb |
Dövrilik | aylıq |
Tiraj | 563.201 (2014)[2] |
Nəşriyyat | Kobunsha |
Təsis tarixi | 1975 |
İlk buraxılışı | 1975 |
Ölkə | Yaponiya |
Dil | yapon |
jj-jj.net |
"JJ" oxucularına mühafizəkar geyimlər tövsiyə edir. Bir çox fotomodel jurnalla əməkdaşlıq edir, lakin çoxu jurnalın ekslüsiv modeli deyillər. Model Ryoko Tanami tez-tez jurnalın 24-28 yaşlı qadınlar üçün nəzərdə tutulmuş "Classy" versiyasında görünür.
Nisbətən daha yaşlı yeniyetmə qızlar üçün "JJ Bis" adlı versiyası da yaradılmışdır.