Reichsheer (Azərbaycan dilində mənası: İmperatorluq Ordusu) - Almaniyanın Birinci Dünya müharibəsindən sonra 1919-cu ildən 1935-ci ilə qədər Versal sülh müqaviləsi ilə icazə verilən ölçü və qüvvəyə sahib olan Reichswehrə tabe olan quru qüvvələridir.
Reyxşiir | |
---|---|
Reichsheer | |
Yaranma tarixi | 1919-1935 |
Ölkə |
Veymar Respublikası (1919-1933) Üçüncü Reyx (1933-1935) |
Daxildir | Reichswehr |
Versal müqaviləsinə görə, Alman Ordusu 100.000 nəfərlə məhdudlaşdı və ağır silahlardan (tanklar, bombardmançılar, ağır artilleriya və s.) məhrum edildi. Ordunun məhdudlaşdırılması alman xalqının əksəriyyəti - xüsusilə ifrat millətçilər və Adolf Hitler tərəfindən rüsvayçılıq simvolu olaraq görüldü. Sonra, 1935-ci ildə Almaniyada nasistlərin hakimiyyətə gəlişindən iki il sonra o ləğv edildi və yerində Heer quruldu. Reyxşerə görə, yeni qurulmuş quru qüvvələri daha güclü olub, qabaqcıl avadanlıq və silahlarla təchiz olunmuşdur.
Reichsheer yalnız aşağıdakı qədər qüvvədən ibarət idi:
Sinif | Sayı |
---|---|
Zabit | 4.000 |
Peşəkar zabit | 20.000 |
Təcrübəli əsgər | 38.000 |
Sıravi əsgər | 38.000 |