Reyxenbax və ya Rayxenbax şəlaləsi (alm. Reichenbachfälle) — İsveçrənin Mayringen kommunasının yaxınlığında, Reyxenbax dərəsinin aşağı hissəsində, Aar çayının qolu Reyxenbax üzərində yerləşən şəlalə. Hündürlüyü təxminən 250 metrdir. Alp dağlarında yerləşən ən məşhur şəlalələrdən biridir. Şəlaləyə Reyxenbax funikulyorunun köməyilə yetişmək mümkündür.
Reyxenbax şəlaləsi | |
---|---|
alm. Reichenbachfälle | |
Ümumi məlumatlar | |
Hündürlüyü | 250 m |
Su sərfi | 3–5 m³/s |
Çaylar | Aar, Reyxenbax |
Yerləşməsi | |
46°42′49″ şm. e. 8°10′57″ ş. u.HGYO | |
Ölkə | İsveçrə |
Region | |
Şəhər |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Şəlalə bir neçə səbəbdən məşhurdur. Öz gözəlliyi və ölçülərindən başqa, o həm də beze şirniyyatının vətəni sayılan Mayringen yaxınlığında yerləşir.
Şəlalənin məşhurluğunun digər səbəbi Şerlok Holmsdur. Artur Konan Doyl XIX əsrin sonunda şəlalənin yanında olarkən onun gözəlliyinə məftun olmuşdu. Daha sonra, o, belə qərara gəlir ki, Şerlok Holms məhz “bu dəhşətli yerdə” həlak olmalıdır. “Sonuncu iş” hekayəsində 04 may 1891-ci ildə Professor Moriarti ilə mübarizə aparan Şerlok Holms düşməni ilə birlikdə məhz bu şəlaləyə yıxılır[1] Lakin Britaniya ictimaiyyətinin təzyiqinə davam gətirməyən yazıçı “Boş ev” hekayəsində[2] onu “diriltməli” olur.
Şəlalə yaxınlığında bu hadisənin yüz illiyi münasibətilə xatirə lövhəsi quraşdırılmışdır.