Şərq qarağatı (lat. Ribes orientale) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü.
Şərq qarağatı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Şərq qarağatı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Qafqazda, Şimali İranda, Türkiyədə yayılmışdır.
Hündürlüyü 1 m-ə çatan koldur. Zoğları hamar və ya tikanlıdır. Yaşlı budaqların qabığı uzun saplaq şəklində soyulur. Yarpaqları tökülən, neştərvari, saplaqlı, 3-5 dilimli, cərgə ilə düzülmüş, tünd yaşıl, hər iki tərəfdən zəif tüklərlə və çoxlu miqdarda vəziciklərlə örtülüdür. Yarpaq dilimlərinin kənarları dəyirmi-böyrəkvari dişlidir. Tumurcuqları az miqdarda dərivari və ya otlu pulcuqlara malikdir. May-iyun aylarında çiçəkləyir. Çiçəkləri ikicinsli və ya bircinsli, ağımtıl rəngdədir. Çiçək qrupu sıx salxımşəkilli, dəstə halında və ya tək-tək yerləşir. Yumurtalığı çılpaq və ya vəzicikli olub, tikansızdır. Sütuncuqları 2 ədəd olmaqla, yuxarıdan mərkəzə qədər bitişikdir. Çiçək saplağı çiçəkyanlığına malik olub, qaidəsindən yumurtalığa bitişmişdir. Ləçəkləri xırda, gözə çarpmayandır. Erkəkcikləri 5, çiçək salxımları 2-3 sm uzunluqdadır. Dişi çiçək salxımları xırdadır. Meyvəsi çoxtoxumlu giləmeyvə, qırmızı rəngli, çılpaq və ya seyrək ziyillərlə örtülüdür. Meyvəsi iyul ayında yetişir. Toxum və qələmlə çoxaldılır.
Orta dağ qurşaqlarında, daşlı yamaclarda, dağ ətəklərində, meşəliklərdə bitir.
Quba, Oğuz, Naxçıvan və Lənkəranda yayılmışdır. Abşeronda bağ və parklarda rast gəlinir.
Tək əkinlərdə istifadəsi məqsədyönlüdür.