Riyad Musa Əsəd (ərəb. رياض موسى الأسعد; 1961, İdlib) — Suriya Hərbi Hava Qüvvələrinin keçmiş polkovniki,[1] Azad Suriya Ordusunun keçmiş hərbi komandiri.[2]
Riyad Əsəd | |
---|---|
ərəb. رياض الأسعد | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1961 |
Doğum yeri | |
Vətəndaşlığı | Suriya |
Milliyyəti | türkman |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
|
Qoşun növü |
|
Xidmət illəri | 1980–2014 |
Rütbəsi | polkovnik |
Döyüşlər | Suriyada vətəndaş müharibəsi |
Riyad Əsədin sıra ailə üzvü Suriya hökuməti tərəfindən edam edilmişdir.[3]
Riyad Əsəd 2011-ci ilin mart ayında Suriyada vətəndaş müharibəsinin başlamasından sonra 4 iyul 2011-ci il tarixində Suriya Hərbi Hava Qüvvələrindən istefa etdiyini elan edir. O, Azad Zabitlər Hərəkatına qoşularaq fərarilik edir.[4]
Əsəd digər fərarilər ilə birlikdə 29 iyul 2011-ci il tarixində Bəşər Əsəd hökumətini devirmək üçün qiyamçı bir müharibə aparmaq niyyəti ilə Azad Suriya Ordusunun (ASO) qurulduğunu elan edir. Əsəd Suriya Prezidenti Bəşər Əsəd üçün sürgün həllinə qarşı çıxır və hökuməti devrilənə qədər mübarizə aparmağı arzu edir.[5]
Əsəd BMT-nin hərbi müşahidəçiləri Suriyaya daxil olduqdan sonra Suriya üzrə Kofi Annan sülh planına sadiq qalaraq bütün qüvvələr üçün atəşkəs elan edir. Ancaq bir neçə gündən sonra üsyançıların rəhbərlik etdiyi hücumların davam etdiyi yenidən elan edir, səbəb kimi də Bəşər Əsəd hökuməti ona vəd edilənin əksinə, barışığa getməmməyini göstərir.[6]
Əsəd 8 dekabr 2012-ci il tarixində Türkiyənin Antalya şəhərində Azad Suriya Ordusunun hərbi komandiri olaraq briqadir Səlim İdris ilə əvəz edilir.[7]
Riyad Əsəd 2012-ci ilin avqust ayının əvvəlində "Rusiyanın Səsi"nə verdiyi bir müsahibədə Suriya hökumətinin ona bir neçə dəfə sui-qəsd etməyə cəhd göstərdiyini və bu səbəbdən də onu Türkiyə kəşfiyyatının qoruduğunu irəli sürür.[8]
Əsəd 25 mart 2013-cü il tarixində Suriyanın şərqindəki Mayadin yaxınlığında bomba ilə yüklənmiş bir avtomobilin partlaması nəticəsində zərərçəkənlərdən biri olur. O, müalicə üçün Türkiyəyə aparılır[9] və sağ ayağı kəsilir.[10][11]