Rober-Fransua Damyen

Rober-Fransua Damyen (fr. Robert-François Damiens; 9 yanvar 1715[1][2][…]28 mart 1757[1][2][…], Paris, Fransa krallığı) — Fransa kralı XV Luisə qarşı, 1757-ci ildə sui-qəsd cəhti etmiş, fransız sui-qəsdçi. Rober Damyen Fransa kral qatillərinə tətbiq edilən, sürüklənərək dördə parçalanma üsülu ilə edam edilmiş son şəxsdir.

Rober-Fransua Damyen
fr. Robert-François Damiens
Doğum tarixi 9 yanvar 1715(1715-01-09)[1][2][…]
Vəfat tarixi 28 mart 1757(1757-03-28)[1][2][…] (42 yaşında)
Vəfat yeri
Fəaliyyəti ev işçisi, cinayətkar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Damyen 1715-ci ildə Artois yaxınlığındakı, Arras şəhərində yerləşən La Thieuloye adlı kənddə dünyaya gəlmişdir. Gənc yaşında ordu sıralarına yazılmışdır. Ordudan tərxis edildikdən sonra Paris şəhərində yerləşən Jesuits tam orta məktəbində işləməyə başlamışdır. Rober Damyen məktəbdən intizamsız davranışları səbəbindən xaric edilmiş və sonralar çalışacağı bütün işlərdən bu səbəbdən qovulmuşdur. Ətrafındakı, insanlar tərəfindəndə mənfi biri kimi qəbul edilən Rober Damyen hərəkətlərindən dolayı Robert le Diable (şeytan Robert) ləqəbini qazanmışdır.

Damyen kilsə ilə parlament arasında fikir ayrılığının olmasını görüb, dini işlərlə maraqlanmağa başlamışdır. Damyenin kral öldürüləcəyi halda ədalətin yenidən bərpa ediləcəyinə ümüd edirdi. Bəzi mənbələrdə göstərilmişdir ki, Rober Damyenin fikri kralı öldürmək yox, sadəcə qorxutmaq olmuşdur. 1757-ci ilin 5 yanvar tarixində kral arabasına minərkən Damyen onun üzərinə atlamış və kralı bıçaqlamışdır. Kralı XV Luis ciddi xəsarət almadı, Damyen hadisədən dərhal sonra qaçmağa təşəbbüs göstərmədi və həbs olunmasını gözlədi. Hadisədən sonra Damyenin kimlərlə əlbir olması barədə işgəncələr verilmiş, ancaq hər hansısa məlumat əldə edilməmişdir. Paris parlamenti tərəfindən kral qatili olaraq mühakimə edildi və atlar vasitəsilə bədənin sürüklənərək dörd yerə parçalanması üsulu ilə edam edilməsinə göstəriş verildi.

Damyenin bədəni əvvəlcə qızdırılmış metal löhvənin üzərinə uzadıldı. Silahı tutatn əli, kükürd və qaynadılmış yağ ilə yandırıldı. Sonra atlar Damyenin bədənin dörd yerə parçalamaq üçün hazır vəziyyətə gətirildi. Atların hər biri onun qolları və ayaqlarına kəndir vasitəsilə bağlandı. Sürətlə əks istiqamətə hərəkət edən atlar, Damyenin bədənin parçalamaqda çətinlik çəkirdilər. Bir saatdan sonra Parlamentin nümayəndələri cəlladlara qol və ayaqların doğranması barədə göstəriş verdilər. Bununlada Rober Damyenin bədəni kütlənin gözü qarşısında və alqışları altında dörd hissəyə bölündü. Yaşamaqda olan bədəni isə yandırıldı. Rober Damyen ölümündən sonra evi yandırılmış, ailəsi soyadlarını dəyişməyə və Fransanı tərk etməyə məcbur olmuşdur.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Robert-Francois Damiens // Encyclopædia Britannica (ing.).