Robert Nobel

Robert Hjalmar Nobel (rus. Роберт Эммануилович Нобель , 4 avqust 1829[1][2], Mariya-Maqdalena[d][1][2]7 avqust 1896[1][3], Krokeks församlinq[d][1][3]) — isveçlirus sahibkar, kimyaçı.

Robert Nobel
isv. Robert Hjalmar Nobel
Doğum tarixi 4 avqust 1829(1829-08-04)[1][2]
Doğum yeri
Vəfat tarixi 7 avqust 1896(1896-08-07)[1][3] (67 yaşında)
Vəfat yeri
Dəfn yeri
Atası Emmanuel Nobel[1][2]
Fəaliyyəti sahibkar, kimyaçı, mühəndis, iş adamı, investor, iqtisadçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar[1]

Emmanuel Nobelin böyük oğlu, Alfred Nobel və Lüdviq Nobelin qardaşı. Rusiyanın böyük neft şirkəti olan Nobel qardaşlarının neft istehsalı şirkətinin qurucularındandır.

Robert 14 avqust 1829-cu ildə Stokholmda böyük sahibkar Emmanuel Nobelin ailəsində anadan olub. O, evdə təhsil almış və uşaqlıqdan marağında olduğu kimya fənnini öyrəmişdir.

1854-cü ildə Krım müharibəsi zamanı atasının fabrikində dəniz minalarının istehsalını təşkil etdi. 1859-cu ildə onların şirkəti Emmanuel Nobel and Sons iflas etdi. Bundan sonra Robert Sankt-Peterburqa köçdü və qardaşı Lüdviqə məxsus Lüdviq Nobel mexanika zavodunda çalışdı. O, qardaşı Alfred ilə birlikdə kiçik bir mənzil kirayəyə götürdü, burada gələn hər işi öhdələrinə götürərək sadə həyat yaşadı: Kazan kafedralı (Sankt-Peterburq) təmirində və "Krılov" paroxodunun yenidən qurulmasında iştirak etmiş, odadavamlı kərpiclər hazırlamaqla bağlı təcrübələr aparmışdır.

1861-ci ildə o, fin tacir qızı Paulina Sofia Carolina Lenngrén ilə evlənib, Helsinkiyə köçdü və burada Aurora univermağının şəriyi oldu. Orada işıqlandırma yağı və kerosin alveri ilə məşğul oldu.[6]

1864-cü ildə biznesini bağladı və ailəsi ilə birlikdə Stokholma köçdü. O, atası və qardaşı Alfred arasında Nitrogliserin Şirkətini kimin idarə etməsi ilə bağlı mübahisəni həll etməyə kömək etdi. Robert ailədaxili münaqişələrdən narahat olsa da, şirkətin direktoru vəzifəsinə təyin edildi. O, qardaşı Lüdviqə yazdığı məktubda yazırdı: "Biz sərxoşların əhatəsində olan vulkan kimi yaşayırıq. Ayıq fəhlə tapsaq belə, o, tam axmaq olur". 1871-ci ildə Lüdviq Sankt-Peterburq şəhərinə köçdü. Sankt-Peterburq fabrikinin idarəçiliyini öz üzərinə götürdü. Lüdviq gənc arvadı Edle ilə bir il bal ayına getdi. Orada o, istedadlı bir idarəçi olduğunu sübut etdi, lakin eyni zamanda direktor maaşını şübhəli müəssisələrə sərmayə qoymağa sərf etdi. Bu səbəbdən o, Lüdviqin əsas işlərində səhmdar kimi iştirak etmirdi.[6]

Robert 1873-cü ildə qardaşı tərəfindən Berdan tüfənglərinin qundağı üçün material hazırlamaq məqsədilə qoz meşələri axtarmağa Qafqaza göndərilir. Bununla belə, Robert Qafqaz qoz ağaclarını silah ehtiyatı yaratmaq üçün ya çox gənc, ya da çox yaşlı hesab edirdi. Lüdviq faydasız axtarışlara sərf olunan vaxtı kompensasiya etmək üçün Robertə 25 min rubl verdi. Bu pulla o, Volqaboyu Bakıya gedib, oradan torpaq sahəsi və kiçik neft emalı zavodu alıb. Robert Çələkən adasında (hazırda Bakı şəhəri daxilində yarımadadır) cəmi iyirmi beş metr dərinlikdə neft yataqları tapdı[6].

Robertin qardaşları və biznes tərəfdaşları şirkətinin uğurunu gördülər və ona böyük sərmayə qoydular. 22 may 1879-cu ildə İmperator II Aleksandr Branobel teleqram ünvanı ilə Nobel Qardaşları Neft İstehsalat Səhmdar Cəmiyyətinin nizamnaməsini təsdiq etdi. Şirkətin nizamnamə kapitalı 3 milyon rubl idi və Robert bunun yalnız 100 mini verdi. Tezliklə vərəmə yoluxdu və bu, biznesinin gedişatına mənfi təsir göstərməyə başladı. Onun xidmətləri müqabilində Nobel qardaşları Robertə ortaqlıqdakı səhmlərin 6%-ni verdilər və 1880-ci ilin yayında Robertin payı 9%-ə çatdı. 1880-ci ildə Robert səhhətinə görə direktor vəzifəsindən istefa verdi. O, Stokholmun cənubundakı Yeto mülkünü alıb orada məskunlaşdı, əsasən dividendlərin ödənilməsi yolu ilə qardaşların işləri ilə məşğul oldu[6]. Bununla belə, o, ixtiraçı kimi də fəaliyyətini davam etdirmişdir[6].

O, 7 avqust 1896-cı ildə Norçöpinqin ətrafı olan Hötedə vəfat etmişdir[6][7]; Burada o, həyatının son səkkiz ilini yaşadı, bundan əvvəl o, Avropanın kurortlarına fəal səyahət etdi[6].

  1. 1 2 3 4 5 6 7 8 9 10 Lundström R. Robert H Nobel. S. 91.
  2. 1 2 3 4 5 Maria Magdalena kyrkoarkiv, Födelse- och dopböcker, huvudserie, SE/SSA/0012/C I a/12 (1819-1833), bildid: C0055205_00219.
  3. 1 2 3 4 Krokeks kyrkoarkiv, Död- och begravningsböcker. Huvudserien, SE/VALA/00191/F I/2 (1895-1947), bildid: 00064206_00013.
  4. http://norrabegravningsplatsen.se/kandisarna/. norrabegravningsplatsen.se.
  5. Nobel, ROBERT. Svenskagravar.se.
  6. 1 2 3 4 5 6 7 "Нобель, Роберт — Энциклопедия «Вокруг света»". www.vokrugsveta.ru. 2018-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-21.
  7. "II:184 (Svenskt biografiskt handlexikon)" (isveç). runeberg.org. 1906. 2018-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-21.