Rojer de Flor

Rojer de Flor (it. Ruggero da Fiore) — başda Siciliya krallığıBizans İmperiyası olmaqla, Aralıq dəniziAnadolu torpaqlarında fəaliyyət göstərmiş kondottiyeri. Bir il boyunca Malta kontu olmuşdur.

Rojer de Flor
it. Ruggero da Fiore
Şəxsi məlumatlar
Doğum adı Rutger von Blum
Doğum tarixi
Doğum yeri Brindizi, Siciliya krallığı
Vəfat tarixi
Vəfat yeri Adrianopol, Bizans İmperiyası
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Araqon koronası
Katalan kampaniyası
Xidmət illəri 1285-1305
Rütbəsi Böyük duka
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Siciliya krallığının Brindizi şəhərində italyan bir zadəganın və şahin ovçusu, cənubi İtaliyanın Hohenştaufen sülaləsinin xidmətində olan Richard von Blumun (Blum almanca gül deməkdir) ikinci oğlu kimi anadan olmuşdur.

8 yaşında ikən qalera ilə dəniz səyahətinə göndərilmişdir. Məbəd cəngavərlərinə mənsub olan[1] Rojer de Flor qalera kapitanı olmuşdur. Daha sonra şəxsi mənafeyini daha üstün tutduğundan üzvlükdən atılmış və bundan sonra dəniz quldurluğuna başlamışdır. Bizans imperatoru II Andronik Paleoloq Avropa torpaqlarında Osmanlı İmperiyasının irəliləyişinin qarşısını almaq üçün Rojer de Flordan kömək istəmişdir. Bunun bir nəticəsi kimi Rojer de Flor Katalan kampaniyası adlı muzdlu əsgərlərdən ibarət ordu ilə Konstantinopola gəlmiş[2] və imperator tərəfindən qarşılanmışdır. Amma kiçik uğurlar əldə edən Katalan kampaniyası Konstantinopol və digər Bizans torpaqlarında talançılıqla məşğul olmuşdur. Buna görə də imperator Rojer de Floru öldürmüş,[3] pullarını almayan və başçısız qalan katalan əsgərlər Rumeliya torpaqlarını talan edərək Avropaya qaçmışdırlar.

  1. "The Master's Hand and the Secular Arm:Property and Discipline in the Hospital of St. John in the Fourteenth Century", Mark Dupuy, Crusaders, Condottieri, and Cannon: Medieval Warfare in Societies Around the Mediterranean, ed. Donald Joseph Kagay, L. J. Andrew Villalon, (Brill, 2003), 329.
  2. Waley, Daniel. Later Medieval Europe. Longman. 1984. 164. ISBN 0-582-49262-9.
  3. "The Catalan Company and the European Powers, 1305-1311", R. Ignatius Burns, Speculum, Vol. 29, No. 4 (Oct., 1954), 752.
  • Francisco de Moncada, Catalan Chronicle.
  • Ernest Marcos Hierro, Almogàvers: la història, L'esfera dels llibres, Barcelona 2005.