Rokuci Morimoto (森本六爾, Morimoto Rokuci?, 2 mart 1903, Nara prefekturası – 22 yanvar 1936) – Yaponiya arxeoloqu.
Rokuci Morimoto | |
---|---|
Doğum tarixi | 2 mart 1903 |
Doğum yeri | |
Vəfat tarixi | 22 yanvar 1936 (32 yaşında) |
Vəfat səbəbi | vərəm |
Fəaliyyəti | arxeoloq |
Rokuci Morimoto 1903-cü ildə Yaponiyanın Nara prefekturasında doğulmuşdur.[1] Nara şəhərində yerləşən Unebi orta məktubunu bitirən Morimoto gənc yaşlarından etibarən arxeologiyaya maraq göstərməyə başlamışdır.[1] 1924-cü ildə Yonekiçi Miyakedən arxeologiya üzrə dərslər almış və Tokio Ali Normal Məktəbində müəllim köməkçisi olmuşdur.[1]
1929-cu ildə Tokio Arxeologiya Cəmiyyətini (東京考古学会, Tokyo Koko Qakkay?) qurmuş və təşkilat tərəfindən nəşr olunan "Kokogaku" jurnalının redaktoru olmuşdur.[1] 1931–32-ci illərdə Fransada təhsil almışdır.[1] Morimotonun maraq dairəsinə Yayoy dövrünün yaş düyü təsərrüfatı texnologiyası və qədim Yaponiyanın kofunları daxil idi.[1]