Roma-German muzeyi (alm. Römisch-Germanisches Museum) Almaniyanın Köln şəhərində yerləşən paleolit dövründən başlamış erkən orta əsrləri əhatə edən nadir eksponatlarla zəngin arxeoloji muzey. Roma-German muzeyi 1946 cı ildə iki şöbə (roma və frank epoxaları) əsasında yaradılmışdır. Roma şöbəsinin bu günkü tərtibatı 1974 cü ilin martından başlanğıc götürür. Ən qiymətli eksponatı muzeyin alt mərtəbəsində yerləşdirilmiş Dionis mozaykası kimi tanınan 1941 ci ildə Köln şəhərində aşkar olunan roma dövrünə aid döşəmə təsvirləridir. Ust mərtəbədəki döşəmə ətrafı eyvanlardan bu mozayik sənət əsərini yuxarıdan aşağı bütövlüklə seyr etmək mümkündür. Yuxarı mərtəbələrdə xronoloji və tematik prinsip əsasında imperator Avqustun zamanına, şəhərin Roma imperiyasının Reyn limanı sayıldığı dövrə aid, eləcə də imperator Konstantin tərəfindən Reyn çayı üzərində saldırılmış taxta körpü və Roma yaşayış məskəni olmuş bir zamanlar çayın sol sahildə yerləşmiş Divitiya ərazisindən tapılmış eksponatlar nümayiş olunur. Muzeyin eksponatlarına Roma dövrünə aid şəhər qala divarlarının qalıqları da aiddirlər.
Roma-German muzeyi | |
---|---|
alm. Römisch-Germanisches Museum | |
| |
Əsası qoyulub |
1946 yeni bina: 1974 |
Açılış tarixi | 24 noyabr 1961 |
Mövzu | Arxeoloji |
Ölkə | |
Yerləşir |
alm. Roncalliplatz 4, 50667 Köln, Almaniya |
Ziyarətçi sayı |
|
Direktor | Dr. Marcus Trier |
Muzeyə yetişmək | U 5 U 16 U 18; Köln vağzalı |
Telefon | 0221-221/2 44 38, 0221-221/2 45 90 |
İş rejimi |
Çərşənbə axşamı - Bazar 10:00 - 17:00; hər ayın ilk Cümə axşamı 10:00-22:00 |
Bilet | 10,5 € |
50°56′25″ şm. e. 6°57′32″ ş. u. | |
|
|
Römisch-Germanisches Museum | |
Vikianbarda əlaqəli mediafayllar |
Dionis mozayik döşəməsinin yerləşdiyi mərtəbədə eyni zamanda yeni eranın I—IV əsrlərinə aid Qədim Roma şəhərinə xas və aid olan məişət əşyaları nümayiş etdirilir. Üst qatlardakı kolleksiyaya Köln regionunda ilk insan məskəninə, paleolit, tunc və dəmir dövrlərə aid tapıntılar, xüsusən ümumavropa əhəmiyyətli Köln-Lindental rayonunda tapılmış, Liney-lento mədəniyyətinə aid dulusçuluq nümunələri və qalıqları daxildirlər.
Eramızın III əsrinə aid Roma dövrünə xarakterik yemək otağının döşəməsində mozayik üslubda işlənilmiş tablodur. Təsvirin ölçüləri 10,57 x 7 m-dir (30x20 Roma ayaq ölçüsü). Tabloda 1-2 milyon 1sm² ölçüsündə olan mozayik daşlardan istifadə olunmuşdur. Əsərdə şərab, bərəkət və teatr tanrısı olan Dionis və onunla əlaqəli məclislərin təsvirləri daha çanlı şəkildə əks olunmuşdur. Mozayik tabloda Dionisdən əlavə digər mifik tanrı və personajlara da yer verilmişdir. Roma dövründə bu cür rəsm və təsvirlərdən yemək və ziyafət otaqlarının bəzədilməsində geniş istifadə olunmuşdur.
"Filosoflar mozaykası" 1844 cü ildə ictimayi hospitalın bağça sahəsində tapılmışdır. Tablonun xarakteri onun yarandığı dövrdə zadəgən şəhər əhalisinin yüksək zövq və keyfiyyətlərə malik olduğuna dəlalət edir. Döşəmə mozayik tablonun uzunluğu 7,06 m, eni 6,80 m-dir. Mozayik tabloda filosoflar: Aristotel, Sokrat, Diogen, Kleobul təsvir edilmişlər. Əsərin Muzeydəki inventar nımrəsi M 1-dir.
14,70 m hündürlüyə malik Roma legioneri Lusius Publisiusa məxsus məzar daşı demək olar ki muzüyin ən nəhəng eksponatı sayılır. Eksponat vaxtı ilə eramızın 40 cı ilinə aid olub Kıln və Bonn arası "Roma küçəsində" indiki Xlodviq meydanında edukula üslubunda ucaldılmışdır. Məzar daşının postamentinin fasad hissəsində tikdirən və onun ailə vəziyyəti haqqında məlumat verən yazı yerləşir. Nəhəng postament üzərində Roma dövrünə xas 4 sütundan ibarət psevdoportal yerləşir. Mərkəzdə iki sütun arasında Lusius Publisiusun heykəli qoyulmuşdur. Məzar daşı üzərindəki yazıların bir neçə oxunuş variantı mövcuddur. Bu oxunuş variantları hələ də mübahisı mövzusu olaraq qalmaqdadırlar.[2][3] Hartmut Qalsterer tərəfindən təklif olunmuş oxunuş variantı:
|
|
|
Muzeyin qiymətli eksponatlarına Roma imperatorlarına məxsus büst və heykəllər daxildir.