Roma yaqutu

Roma yaqutu (ing. Ruby Roman) — dünyanın ən bahalı üzüm sortu.

Üzüm (Vitis)
Roma yaqutu
Rəngi qırmızı

Bu üzüm növü yapon mütəxəssisləri tərəfindən kəşf edilib. Onun becərilməsi layihəsinə isə hökumət özü nəzarət edir. Qırmızı yaqut rəngdə olan gilələr çox böyükdür; onların biametri 3 santimetrə çatır və tərkibində yüksək dərəcədə şəkərin olması ilə seçilir.

2016-cı ildə Yaponiyanın Kanazava şəhərində keçirilən hərracda bu üzüm növünün bir salxımı 1,1 milyon yen və ya 11 min dollara satılmışdır. Hərracda satışa çıxarılan üzüm salxımının çəkisi cəmi 0,9 kiloqram olub. Salxımda 30 üzüm giləsi olub, başqa sözlə, hər üzüm giləsi alıcıya 350 dollara başa gəlib.

İstinadlar[redaktə | mənbəni redaktə et]