Ross Baqdasaryan və ya səhnə adı ilə Devid Seville[6] (27 yanvar 1919[1], Fresno, Kaliforniya[2][3] – 16 yanvar 1972[1], Beverli-Hillz, Kaliforniya[4][5]) — erməni əsilli amerikalı müğənni, bəstəkar, səsyazma prodüseri və aktyor, "Elvin və Burunduqlar" cizgi film qrupunu yaratması ilə tanınır. Əvvəlcə səhnə və kino aktyoru olan Ross, 1958-ci ildə, hər ikisi Billboard-da bir nömrəli sinql olan "Witch Doctor" və "The Chipmunk Song (Christmas Don't Be Late)" mahnıları ilə məşhurlaşıb. 1961-1962-ci illərdə CBS-də yayımlanan "The Alvin Show"-un prodüseri və rejissoru olub.
Ross Baqdasaryan | |
---|---|
ing. Ross Bagdasarian Sr. | |
Ümumi məlumatlar | |
Doğum adı | Rostom Sipan Bagdasarian |
Ləqəbi | David Seville |
Doğum tarixi | 27 yanvar 1919[1] |
Doğum yeri | |
Vəfat tarixi | 16 yanvar 1972[1] (52 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | aktyor, müğənni-mahnı yazarı, bəstəkar, ssenarist, müğənni, pianoçu, şair, televiziya aktyoru, musiqi prodüseri, kino aktyoru, səsləndirmə aktyoru[d] |
Fəaliyyət illəri | 1939-cu ildən |
Janr | pop musiqisi |
Musiqi alətləri | piano |
Vikianbarda əlaqəli mediafayllar |
Baqdasaryan 27 yanvar 1919-cu ildə Kaliforniya ştatının Fresno şəhərində erməni-amerikan ailəsində anadan olub.[7] Atası üzümçü olub.[8] Onun iki böyük qardaşı — Riçard Sirak (1910-1966) və Harri Sisvan (1915-1989) olub.[7] Amerikalı yazıçı Vilyam Saroyan onun qohumu olub.[9][10]
1937-ci ildə Fresno Liseyini bitirib.[7] O, aktyor olmaq niyyəti ilə qohumu Saroyanla işləmək üçün Nyu-Yorka gedib..[8] İkinci Dünya müharibəsi başlayanda hərbi xidmətə gedib və dörd il idarəetmə qülləsinin operatoru kimi xidmət edib.[11] ABŞ Ordusu Hava Korpusunda baş serjant (SSgt) rütbəsinə yüksəlib.[12]
...for the pseudonym he used for the chipmunk enterprise, David Seville, is far better remembered than his real name.