Ross asılı ərazisi

Ross ərazisi[1][2] (ing. Ross Dependency) — Antarktidada yerləşən Yeni Zelandiyaya mənsub olan ərazi. Departament 60 °C.e., 160° ş.u. və 150° q.u. arasında yerləşir. Ərazi öz adını britaniyalı dənizçi, Ross dənizini açılışını edən Ceyms Rossun şərəfinə adlandırılmışdır.

Ross ərazisi
ing. Ross Dependency
Yeni Zelandiya bayrağı
Yeni Zelandiya bayrağı
Asılı Ross ərazisi
Əsas bazası
Skott
Mak-Merdo
Statusu
Asılı ərazi
Yeni Zelandiya
Yaradılma tarixi 1923
Bölgə 160° q.u. — 150° q.u.
Ərazisi 450 000 km²
Əhali 159–1370 nəf.
Saat qurşağı
UTC +12/+13
İnternet-domen .nz, .aq
Telefon kodu +64–2409

Əraziyə Viktoriya Torpağı, Ross şelf buzlağı, Ross adası, Balleni adaları, Skott adasıRuzvelt adası daxildir.

Skott (Yeni Zelandiya) və Mak-Merdo (ABŞ) qütb stansiyaları fəaliyyət göstərir. Bu ərazidə yeganə daimi fəaliyyət göstərən stansiya Mak-Merdodur. Burada hava limanı fəaliyyət göstərir. Yay ayları yüklər dəniz yolu ilə daşınır.

İtaliyaya məxsus olan Sukkelli stansiyası Terra-Nova körfəzinin qərbində yerləşir. Yay ayları fəaliyyətdə olur. Vanda stansiyası 1969–1995-ci illər ərzində fəaliyyət göstərmişdir. 1987–1992-ci illər ərzində isə Qrinpis təşkilatının Ross adasında stansiyası fəaliyyətdə olmuşdur. Maliyyə çatışmanazlığı səbəbindən bağlanmışdır.

Hüquqi statusu

[redaktə | mənbəni redaktə et]

1841-ci ildə Ceyms Ross bölgəni kəşf etmiş və buranı Viktoriya Torpağı olaraq adlandırılmışdır. Bölgə Böyük Britaniyanın ərazisi elan edilmişdir. 1923-cü ildən bölgə Zeni Zelandiyaya dövr edilmişdir. Yeni Zelandiyanın general-qubernatoru həm də Ross ərazisinin rəhbəri statusu alırdı. 1959-cu ildə Antarktida haqqında konvensiyasını Zeni Zelandiya belə imzalanmışdır. Bununla da ərazi iddiaları dondurulmuşdur. Bu gündə belə Yeni Zelandiya bölgəyə nəzarəti həyata keçirir. Ancaq bu digər dövlətlərin hüquqlarını taptalamadan həyata keçirilir. Bölgənin böyük bir ərazini əhatə etməsinə baxmayaraq böyük qism ərzini şelf buzlağı təşkil edir.

Hazırda regionun rəsmi bayrağı olaraq Yeni Zelandiyanın bayrağı olaraq götürülmüşdür. Digər rəsmi bayraq olaraq Yeni Zelandiyanın poçt, həm də Skott bazasının bayrağı göstərilir. Ceyms Diqnan bölgənin ərazisini əks etdirən bayraq tərtib edilmişdir.

  1. Richardson, Ivor L. M. "New Zealand's Claims in the Antarctic". New Zealand Law Journal. 33 (9). 1957: 38–42. SSRN 2257655.
  2. http://www.legislation.govt.nz/regulation/imperial/1923/0974/latest/DLM1195.html Arxivləşdirilib 2022-09-22 at the Wayback Machine Order in Council Under the British Settlements Act, 1887 (50 & 51 Vict c 54), Providing for the Government of the Ross Dependency.