Roy Çepmen Andreu (26 yanvar 1884, Beloyt, Viskonsin — 11 mart 1960, Karmel, Kaliforniya) — ABŞ-lı təbiətşünas, səyyah və yazıçı. Orta Asiya və Şərqi Asiya ilə bağlı verdiyi konfranslarla, o cümlədən yazdığı kitablardan qazandığı gəlirlərlə bir çox səyahətlərə başçılıq etmişdir.
1906-cı ildə Beloyt kollecində məzun olduqdan sonra, Nyu-York'dakı Amerika Təbiət və Tarix muzeyi'ndə vəzifə almışdır. İlk araşdırmaçı səyahətini 1908-ci ildə Alyaskada həyata keçirmişdir. Muzeydəki məməli dəniz heyvanları kolleksiyası onun səyi ilə dünyanın ən zəngin kolleksiyalarından biri olmuşdur. 1909–10-cu illərdə İndoneziya'da baş tutan araşdırma gəzintisinə təbiətşünas olaraq qatıldı. Amerika Təbiət və Tarix muzeyində Asiya araşdırmaları bölməsinin başçısı olduğu dövrdə biri Tibet, Cənub-Qərbi Çin və Myanmaya (1916–17), biri Şimali Çin və Monqolustana (1919), biri də Orta Asiyaya (1919–22 və 1925) olmaq üzrə üç gəzintiyə başçılıq etdi. Asiyaya edilən üçüncü səfər zamanı bir çox əhəmiyyətli kəşflər etdi. İlk dinozavr yumurtalarını, quruda yaşamış məməlilərin ən böyüyü olan Baluchitherium'un kəlləsini və başqa parçalarını, o günə qədər bilinməyən qalıq məməlilərə və sürünənlərə aid bir çox qalığı, ibtidai-icma quruluşu insanlarının varlığına və həyatına bağlı bəzi dəlillər, daha əvvəl də bu bölgədə varlığı bilinməyən bəzi geoloji layları tapdı.
1935-ci ildən 1942-ci ilə qədər Amerika Təbiət və Tarix muzeyinin müdiri olan Andreu, kitab yaza bilmək üçün vəzifəsindən ayrıldı.