Roz Kristian Osuka Raponda (fr. Rose Christiane Ossouka Raponda; 1964[1], Librevil) — 16 iyul 2020-ci ildən etibarən Qabon Baş naziri olaraq çalışan və ölkənin ilk qadın Baş naziri olan qabonlu siyasətçi.[2]
Roz Kristian Osuka Raponda | |
---|---|
fr. Rose Christiane Ossouka Raponda | |
Qabon Respublikasının Baş naziri | |
16 iyul 2020 – h.h | |
Əvvəlki | Julyen Nkoqe Bekale |
Müdafiə Naziri | |
12 fevral 2019 – 16 iyul 2020 | |
Əvvəlki | Etyen Massar Kabinda Makaqa |
Librevilin bələdiyyə sədri | |
26 yanvar 2014 – 12 fevral 2019 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Librevil, Qabon |
Fəaliyyəti | məmur, siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Raponda 1964-cü ildə Librevil şəhərində anadan olub. Raponda Mponqe xalqındandır. Raponda Qabon İqtisadiyyat və Maliyyə İnstitutundan iqtisadiyyat və dövlət maliyyəsi dərəcəsi alıb.[3]
Raponda Qabon İqtisadiyyat baş direktoru və Mənzil Bankının baş direktor müavini olaraq çalışıb. 2012-ci ilin fevral ayından 2014-cü ilin yanvar ayına qədər Büdcə və İctimai Maliyyə Naziri olaraq çalışdı. Raponda hakim Qabon Demokrat Partiyasını təmsil edərək 26 yanvar 2014-cü ildə paytaxt Librevilə bələdiyyə sədri seçildi. 1956-cı ildən bu vəzifəni tutan ilk qadın oldu və 2019-cu ilə qədər bu postda çalışdı. Eyni zamanda Afrika Birləşmiş Şəhərləri və Yerli Hökumətlərinin sədri oldu.[4]
12 fevral 2019-cu ildə 2019-cu ilin yanvar ayında baş verən uğursuz dövlət çevrilişindən sonra Prezident Əli Bonqo Ondimba tərəfindən Qabon Müdafiə Naziri təyin edildi. Raponda 2016-cı ildən bu vəzifəni tutan Bonqo ailəsinin üzvü Etyen Massar Kabinda Makaqanın yerinə keçdi. 16 iyul 2020-ci ildə sələfi Julyen Nkoqe Bekale istefa verdikdən sonra Qabon Baş naziri təyin edildi. Ölkəsində bu vəzifəni tutan ilk qadındır. Onun təyin edilməsi uğursuz çevrilişdən sonra Ondimbanın dördüncü kabinet dəyişikliyidir. Onun təyinatı COVID-19 pandemiyası və ölkənin əsas qaynaqlarından biri olan neft qiymətlərinin düşməsi səbəbindən ikili sağlamlıq və iqtisadi böhranlarla xarakterizə olundu.[5]