Neft qiymətləri

Brent markalı neftin dollarla 1987-ci ildən bəri orta aylıq spot qiymətləri

Neftin qiymətləri dedikdə bir qayda olaraq, fyuçers bazarında sərbəst satılan marka növlərindən birinin bir barel neftinin, adətən Şimali Dəniz Brent markalı və ya hərdən Amerika WTI markalı neftinin spot qiyməti kimi başa düşülür. Nadir hallarda və ya daha çox əvvəllər, Dubai Crude etalon qarışıqları və OPEC səbəti istifadə edilirdi.

Digər çeşidlərin qiymətləri, sıxlığı və kükürd tərkibi, habelə yatağın yerləşdiyi yerdən, keyfiyyətindən asılı ola bilər; lakin, onlar marker növlərindən birinə nisbətən tez-tez təyin olunur.

Bəzi təşkilatlar, xüsusən Enerji Məlumat İdarəsi (EIA, ABŞ) ABŞ neft emalı zavodları tərəfindən alınan neftin orta çəkili maya dəyərini “dünya neftinin qiyməti” kimi istifadə edir.

Neftə qlobal tələb elastikdir - qiymət dəyişkənliyi ilə praktiki olaraq dəyişmir[1][2][3]. Bununla yanaşı, neftin etalon növlərinin spot qiymətləri əhəmiyyətli dərəcədə dəyişkənliyə məruz qalır və qlobal xarakterli bir çox siyasi və iqtisadi şərtlərlə müəyyən edilir.

XX əsrin birinci yarısına qədər dünya neft hasilatına, daşınmasına, ticarət və emalının təxminən 95% -nə "Yeddi bacı" adlandırılan Chevron, Esso, Gulf Oil, Mobil, Texaco, British Petroleum və Shell tərəfindən nəzarət edilirdi. Neftin qiymətləri tədarük müqavilələrinə əsasən iki ilə qədər müəyyən edilirdi. 1948-1970-ci illərdə qiymət Koreya müharibəsi (1950-1953) və Altı Günlük Müharibə (1967) dövründəki artımları nəzərə almasaq, bir barrel üçün 2.5-3 dollar arasında dəyişirdi [4].

1970-ci illərin əvvəllərində spot neft bazarının təməli qoyuldu.

Neft markalarının qiymətləri

[redaktə | mənbəni redaktə et]

Neft ticarətini asanlaşdırmaq üçün ya əsas neft yataqları, ya da bir qrup neft yatağı ilə əlaqəli və müəyyən xüsusiyyətlərə malik olan bir neçə standart (marker, etalon) neft növü istifadə olunur.

Əksər markaların qiymətləri birbaşa və ya dolayı yolla aşağıdakı əsas neft növləri üçün bazar qiymətləri ilə müəyyən edilir [5]:

  • West Texas Intermediate (1983-cü ildən bəri WTI və Light Sweet Crude Oil kimi də tanınır) Nyu-York ticarət birjasında satılan Texas neftdidir. Onun qiyməti ABŞ-nin Oklahoma ştatının Kuşninq şəhərindəki anbarlara və boru kəmərləri ilə çatdırılma vaxtı müəyyən edilir [6]
  • Brent Crude Oil (1980-ci illərdən bəri Brent Blend adlanır, London Brent ICE-də satılır) - Şimal dənizinin bir neçə yatağından çıxarılan (Böyük BritaniyaNorveç) neft qarışığı, AvropaOPEC bazarları üçün qiymət standartını təyin edir
  • Dubai / Oman (2007-ci ildən bəri, Dubay Ticarət Birjasında satılan Oman Crude) - Asiya bazarının əsas markasıdır.

Marker növlərinin istehsal həcmi nisbətən azdır, 2011-ci ildə Brent və WTI-nin istehsalı qlobal istehsalın təxminən 2% -ni təşkil etmişdir [7].

Neftlə aparılan əməliyyatların 90% -dən çoxu bazardankənar orta və uzunmüddətli müqavilələrin payına düşür[7].

PRA Platts, Argus Media və digərlərində dərc olunan WTI və Brent əsas marka çeşidlərinin qiymətlərinin kotirovkaları əsasən müəyyən bölgələr ilə əlaqəli olaraq [7] müəyyən edilmişdir. Məsələn, Rusiyanın əsas ixrac neft növləri ağır Urals və yüngül tərkibli Sibir Lightdır. İraqda - Kərkük növü. Azeri light crude Azərbaycanın dünyada satdığı neft növüdür. Əsasən London ticarət birjasında satılır. Tərkibinə görə brent növünə yaxındı. Bəzi ölkələr bir neçə fərqli neft növləri istehsal edirlər. Məsələn, İran dünya bazarına yüngül İran Light və ağır İran Heavyni çıxarır.

Ən böyük neft hasil edən ölkələrdə 2015-ci ildə bir barel neft hasilatının orta maya dəyəri[8][9]
Böyük Britaniya
052,50 $
Braziliya
048,8 $
Kanada
041,0 $
ABŞ
036,2 $
Norveç
036,1 $
Anqola
035,4 $
Kolumbiya
035,3 $
Nigeriya
031,6 $
Çin
029,9 $
Meksika
029,1 $
Qazaxıstan
027,8 $
Liviya
023,8 $
Venesuela
023,5 $
Əlcəzair
020,4 $
Rusiya
017,2 $
İran
012,6 $
BƏƏ
012,3 $
İraq
010,7 $
Səudiyyə Ərəbistanı
09,9 $
Küveyt
08,5 $

Neftin maya dəyərinə neft istehsalçılarının neft istehsalında çəkdiyi bütün xərclərin pul baxımından ümumi dəyəri daxildir. Bu, neftin vahid həcminə görə hesablanır.

Qiymət bir neçə komponentdən asılıdır:

  • istehsal xərcləri və vergilər (çıxarılma xərcləri, istehsal vergiləri) - mövcud quyuların və neft emalı avadanlıqlarının istismarı, faydalı qazıntıların istifadəsinə görə vergi və rüsumlar. 2009-cu ildə EIA görə neftin çıxarılma xərcləri neftqaz hasilatı üçün bir barel neft ekvivalenti (BOE) üçün bölgədən və növündən asılı olaraq 5 dollardan 15 dollara qədər idi [10].
  • kəşfiyyat və işləmə xərcləri (kəşfiyyat xərcləri, işləmə xərcləri) - torpaqların alınması, işçilərin məvacibi, yataqların kəşfiyyatı və işlənməsi xərclərini əhatə edir. 2007-2009-cu illərdə onlar EİA tərəfindən müxtəlif bölgələrdə 7 ilə 42 arasında neft və qaz üçün orta hesabla 18 ABŞ dolları səviyyəsində qiymətləndirilmişdir [10].
  • əlavə olaraq nəqliyyat xərcləri də nəzərə alına bilər
  • Dəniz yataqları üçün (dünyadakı bütün neftin təxminən 30%-i onlardan istehsal olunur), neft platforması və avadanlıqlarının istismardan çıxarılması bahalı bir proses təşkil edə bilər (2001-ci ildə 2 milyondan 100 milyon dollara qədər)[11].

Neft və qaz hasilatının ümumi dəyəri müxtəlif bölgələr üçün 16 ilə 53 arasında, orta hesabla isə 29 ABŞ dolları səviyyəsində qiymətləndirilmişdir [10].

2014-cü ilin əvvəlində Morgan Stanley və Rystad bir barel neftin yatağından və bölgədən asılı olaraq, rentabellik qiymətlərini təqdim etmişdir [12][13]: Yaxın Şərq - 24 dollar, Dənizdə - 41 dollar, Rusiya nefti - 47 dollar, Quruda - 51 dollar, Dəniz dərinliyində - 52 dollar, Həddən artıq dəniz dərinliyində - 56 dollar, Şimali Amerikadakı az keçirici şist rezervuarlarındakı neft - 65 dollar , Neft Qumlarında - 70 dollar; Arktika şelfində - 75 dollar.

2017-ci ildə Rusiyada bir barrel neft hasilatının orta dəyəri 10-15 dollar həcmində olmuşdur[14].

2017-ci ildə Azərbaycanda bir barel neftin hasilatının orta dəyəri 16-19 dollar həcmində hesablanmışdır [2]. Neftin maya dəyərinə bir sıra şərtlər də təsir göstərir:

  • neft yatağının dərinliyi;
  • iqlim şəraiti;
  • yatağın dəniz yollarından uzaqlığı;
  • yatağın əsas istehlakçılardan uzaqlığı;
  • avadanlığın keyfiyyəti və müasirliyi.

İran körfəzi ölkələrində bir barel neftin ucuz olması səbəbi yataqların kontinental şelfdə və sahil zonasında yerləşməsi və dənizin kiçik dərinliyə malik olmasıdı. Həmçinin neft böyük limanların yaxınlığında çıxarıldığından uzun neft boru kəmərlərinin çəklməsinə və onun saxlanmasına ehtiyac yoxdur.

Rusiyada neftin daha yüksək maya dəyəri istehsal yerlərindəki çətin iqlim şəraiti və əsas istehlakçılardan, limanlardan uzaqlığı ilə əlaqədardır.

Dənizdə neft çıxarılması nisbətən yüksək istehsal dəyərinə malikdir. Belə çətin proyektləri Böyük Britaniya, Norveç və bir sıra digər Avropa ölkələri dayaz Şimali dənizində və ABŞ Meksika körfəzinin dərin şelfində həyata keçirir. Həmçinin Azərbaycanda Xəzər dənizinin dərin və dayaz hissəsində də neftçıxarmanı həyata keçirir. Dənizdə yüksək xərclər neft platformalarının qurulması və bahalı avadanlıqların istifadəsi ilə əlaqədardır.

Qiymətlərin müəyyənləşdirilməsi

[redaktə | mənbəni redaktə et]

Neft tələbatının özəlliyi, qısa müddətdə tələbin qeyri-sabit olmasıdır: qiymət artımı tələbə az təsir göstərir [2][3], çünki neft əsas enerji mənbələrindən biridir və heç bir digər ehtiyatla əvəz edilə bilməz, xüsusəndə ən çox istifadə edildiyi sahələrdə (nəqliyyatın əksər növləri üçün yanacaq, neft-kimya).

İqtisadçıların fikrincə neftin qiymətinə ən yüksək dərəcədə təsir göstərən (80-85%) tələbat və təklif tarazlığıdır [15].

Neft qiymətləri (1945-ci ildə — ABŞ-də neft qiymətləri, 1985 - ci ildən— Arabian Light, 1986-cı ildən — qarışıq Brent). Aşağı əyri xətt — ABŞ dollarında nominaq qiymət; yuxarı — 2015-ci illərin qiyməti dollarla

Belə ki, 1973-cü ildə Yom Kippur müharibəsində məğlubiyyətə uğrayan ərəb ölkələri 1973-1974-cü illərdə Qərbi "cəzalandırmaq" üçün neft hasilatını gündə 5 milyon barel azaltmağı qərara aldılar. Amma digər ölkələr hasilatı gündə 1 milyon barel artırmağa müvəffəq olsalar da, ümumi istehsal 7% azaldı və qiymətlər 4 dəfə artdı (bax: 1973-cü il Neft Böhranı). Neft qiymətləri 70-ci illərin ortalarına qədər yüksək səviyyədə qaldı (boykot dövründə olduğu qədər yüksək olmasa da), İran inqilabıİran-İraq müharibəsi qiymətlərin artmasına daha bir təkan verdi.

1983-cü ildə Nyu-YorkÇikaqo birjalarında neft fyuçersləri təqdim edildi. Bu andan ildən-ilə daha çox qiymət bazarında maliyyə bazarının mövcudluğu hiss olunmağa başladı[16].

Qiymətlər 1980-ci illərin əvvəllərində kəllə-çarxa çıxdı. Bundan sonra, yuxarıda göstərilən səbəblərdən dolayı qiymətlər düşməyə başladı. Bir neçə il ərzində onlar üç dəfədən çox düşdülər. 1990-cı ildə İraqın Küveytə hücumundan sonra qiymətlər yenidən yüksəldi, lakin digər ölkələrin asanlıqla neft hasilatını artıra biləcəyi məlum olduqda onlar aşağı endi. 1991-ci ildə İraqın darmadağın edilməsindən sonra qiymətlər enməyə davam etdi və 1998-ci ildə bir barelə görə 11 dollar təşkil etdi. Bu inflyasiya nəzərə alınmaqla 1970-ci illərin əvvəlindəki səviyyəyə uyğun idi. Buna 1997-ci il Asiya iqtisadi böhranı səbəb oldu. Rusiyada bu, xüsusilə neft sənayesinin tənəzzülünə səbəb oldu və 1998-ci ildəki defoltun səbəblərindən biri idi.

OPEC ölkələri neft hasilatını azaltmaq barədə razılığa gələ bildilər [17] və 2000-ci ilin ortalarında qiymətlər bir barrel üçün 30 dollara çatdı. 2003-cü ilin sonundan 2005-ci ilə qədər qiymətlərdə yeni kəskin artım oldu. 2008-ci ilin yanvar ayının əvvəllərində tarixdə ilk dəfə olaraq neft qiymətləri bir barel üçün 100 dolları keçdi (lakin 1970-ci illərin “enerji böhranı” dövründə inflyasiya nəzərə alınmaqla neft daha da baha idi [18]), mart ayında qiymətlərin yüksək artım templəri davam etdi (110 dollar) [19]. 2008-ci ilin may ayında qiymətlər 135 dollara çatdı və sonra 100 dollardan yuxarı səviyyədə tutuldu. "Bazar yüksək gəlirli, eyni zamanda ABŞ-dəki aktivlərlə təmin edilən çox riskli, borclar olduqda, Amerikada ipoteka böhranı səbəbiylə əhəmiyyətli bir eniş yaşandı, hedc fondu pulları əmtəə bazarlarına töküldü, bu da neft fyuçers kotirovkalarının nəzarətsiz artmasına səbəb oldu ... ", – 2007-ci ilin dekabrında analitik Andrey Kochetkov qeyd edirdi [20]. Bir gündə 2008-ci ilin 6 iyununda neft bir barrel üçün 10 dollar artdı. 1970-ci illərdəki böhrandan bəri bu ilk kəskin qiymət artımı idi [21]. WTI (Light Sweet) markalı neftin maksimal qiyməti 2008-ci ilin 11 iyununda 147 dolları üstələdi [22]. Lakin bundan sonra 2008-ci ilin dekabr ayına olan müddətə neft qiymətləri dörd illik minimuma bir barel üçün 36 dollar səviyyəsinə qədər kəskin bir eniş etdi.

Neft qiymətləri (1999-21.11.2008)

2008-ci ilin oktyabrında qlobal iqtisadi böhranın sürətli inkişafı fonunda neftin qiyməti bir barel üçün 67 dollardan aşağı düşdü.

2009-cu ildə qiymətlər tədricən 60-80 dollar səviyyəsinə yüksəldi, sonra 2011-2013-cü illərdə 100-125 dollara qədər artım müşahidə edildi [23][24].

2014-cü ilin ortalarından bəri, bazarda xammalın həddən artıq çox olması səbəbindən, xüsusilə dünya istehlakının zəif böyüməsi və ABŞ-də şist neft istehsalının artması ilə əlaqədar olaraq, neft qiymətləri iki dəfə azalaraq [25][26] ilin sonuna beşillik minimuma çatdı. Eniş üçün əlavə bir səbəb, OPEC-in 2014-cü ilin noyabr ayında istehsal kvotalarını azaltmaqdan imtina etməsi idi [27][28]. 2014-cü ildə Brent markalı neftin orta qiyməti bir barel üçün $ 99,3 [29]. Дополнительной причиной снижения стал отказ ОПЕК снизить квоты на добычу в ноябре 2014[27]. Средняя цена нефти Brent в 2014 году составила $99,3[24]. 2015-ci ildə isə 52 dollar / idi[[30]. 2016-cı ilin yanvar ayında İrana qarşı sanksiyaların qaldırılması fonunda Brent markalı neftin qiyməti bir barel üçün 27,72 dollara düşdü və beləliklə 13 illik ən aşağı səviyyəni təzələdi [31].

Neft qiymətlərinin monitorinqi və proqnozlaşdırılması

[redaktə | mənbəni redaktə et]

Neft qiymətlərinin dinamikasını izləmək üçün müxtəlif məlumat mənbələrindən, xüsusən bazar xəbər bülletenlərindən istifadə edirlər. Ən əhəmiyyətli beynəlxalq kotirovka agentlikləri neft qiymətləriini dərc edir - Platts (Brent daxil olmaqla kotirovkalar dərc edir), Argus Media və Reuter, və çox da populyar olmayan Asiya Neft Qiymətləri İndeksi (APPI) və ICIS London Oil Report[32].

Neft məhsullarının maya dəyərinə təsir

[redaktə | mənbəni redaktə et]

Neft qiymətləri neft məhsullarının dəyərini müəyyənləşdirir - benzin, dizel yanacağı və s. Təbii qaz da neft qiymətlərindən əhəmiyyətli dərəcədə asılıdır (məsələn, Avropa ölkələri ilə uzunmüddətli müqavilələr çərçivəsində Rusiya qazının dəyəri 6-9 aylıq neftin qiymətindən asılıdır [33]). Neft məhsullarının maya dəyərindəki dəyişikliklərin bir neçə səbəbləri ola bilər: mövsümilik, mal satışının azalması, emalı zavodlarının alqı-satqısı və ya əsaslı təmiri, neft məhsullarının aparıcı istehsalçılarının aktivlərindəki dəyişikliklər, təbii amillər, xarici iqtisadi amillər və digər amillər.

İqtisadiyyata təsir

[redaktə | mənbəni redaktə et]

ABŞ neft emalı zavodlarında neftin qiyməti aşağıdakı kimi dəyişmişdir: 1985-ci ildə Amerika neftinin 1 bareli 26,75 dollar, 1990-cı ildə - 22,22 dollar, 1995-ci ildə - 17,23 dollar, 2000-ci ildə - 28,26 dollar, 2005-ci ildə - 50,24 dollar, 2010-cu ildə - 76.69 dollar, 2013-cü ildə - 100.49 dollar [34]. İdxal olunan xam neftin bir bareli ABŞ neft emalı zavodlarına demək olar ki, eyni qiymətə verilir: 1985-ci ildə - $ 26.69, 1990 - $ 21.76, 1995 - $ 17.14, 2000 - $ 27.70, 2005 - 48.86 dollar, 2010 - 75.86 dollar, 2013 - 98.11 dollar [34].

1973-cü ildə başlayan ərəb-İsrail qarşıdurması səbəbindən neftin qiymətində sürətli artım oldu. SSRİ-nin xarici ticarət dövriyyəsi 1970-ci illə 1975-ci il arasında 2.3 dəfə artdı [35][36]. Əgər 1970-ci ildə maşın və avadanlıqların ixracdakı payı 21,5% idisə, 1987-ci ilə qədər 15.5% -ə qədər azalma qeydə alındı. 1970-ci ildə 15,6% təşkil edən yanacağın ixracı 1987-ci ildə 46.5% qədər artdı. Sosialist ölkələrinin ixracında enerji ehtiyatlarının payı 1971-1975-ci illərdə 14.5% idisə, 1979-cu ildə 58.8%-ə qədər artmışdı [37].

1980-ci illərdə qlobal neft hasilatının aşırı artması nəticəsində neftin qiymətləri bir barel üçün 10 dollara endi. Dünya neft qiymətlərinin çökməsi səbəbindən SSRİ-nin ixracat qazancının azalması, 1991-ci ildə Sovet İtttifaqının iqtisadi süqutunun və dağılmasının səbəblərindən biri idi[38].

BBC-nin "Novye İzvestiya" qəzetinə istinadən verdiyinə görə, neft və qaz gəlirləri Rusiyanın ÜDM-in əhəmiyyətli hissəsini və federal büdcə gəlirinin yarısından çoxunu təşkil edir (2014-cü ildə 52% [39]), buna görə də neft qiymətlərindəki dəyişmələr həm Rusiya büdcəsinin vəziyyətinə, həm də bütövlükdə iqtisadiyyata əhəmiyyətli dərəcədə təsir göstərir [39][40].

2014-2016-cı illərdə neftin ucuzlaşması Rusiya rublunu inkişaf etməkdə olan ölkələr arasında ən sürətli dəyərdən düşən valyutalardan biri halına gətirmişdir [41][42].

Rusiya ixracatının digər əsas elementi olan təbii qazın qiyməti neft və neft məhsullarının qiymətlərinin səviyyəsindən çox asılıdır [43][44].

Siyasi vasitə kimi

[redaktə | mənbəni redaktə et]

1973-cü ildə Yom Kippur müharibəsində məğlubiyyətə uğrayan ərəb ölkələri 1973-1974-cü illərdə Qərbi "cəzalandırmaq" üçün neft hasilatını gündə 5 milyon barel azaltmağı qərara aldılar. Amma digər ölkələr hasilatı gündə 1 milyon barel artırmağa müvəffəq olsalar da, ümumi istehsal 7% azaldı və qiymətlər 4 dəfə artdı (bax: 1973-cü il Neft Böhranı).

2011-ci ilin iyul ayında Fars körfəzindəki Kiş adasında İran Beynəlxalq Neft Birjası açıldı ki, orada hesablanması yalnız avro və əmirlik dirhəmləri ilə aparılır. Bu, ABŞAvropanın İrana qarşı sanksiyalarından yayınmaq cəhdidir. Buna paralel olaraq rəsmi Tehran İran nefti qarşılığında Çin mallarının tədarükünün təşkili ilə bağlı Pekinlə danışıqlar aparırdı[45]. 2015-ci ilin yanvar ayının sonunda İran xarici tərəfdaşlarla hesablaşmalar üçün Amerika dollarından istifadə etməkdən imtina etdi və xarici müqavilələr bağlanarkən digər valyutalardan istifadə etməyə başladı, xüsusən də Avro, Türk Lirəsi, Rusiya rubluCənubi Koreya Vonu, Çin yuanına üstünlük verdi [46].

1980-ci illərin ortalarında dünya bazarında neft qiymətlərinin düşməsi SSRİ iqtisadiyyatına mənfi təsir göstərdi. 1984-1987-ci illərdə neft və neft məhsullarının ixracından əldə olunan gəlirlərin azalması SSRİ ÜDM-nin 1,3% -i və dövlət büdcəsi xərclərinin təxminən 2.7% -i ilə bərabər idi[47][48][49].

Yeqor Qaydar 1980-ci illərin sonlarında SSRİ-də baş verən iqtisadi böhranda bu amili həlledici hesab edirdi:

" SSRİ-nin dağılması tarixi ... hamıya yaxşı məlumdur. Bu, əlbəttə ki, Belavej Sazişi deyil, bunlar avqust hadisələri də deyil, bu 1985-ci ilin 13 sentyabrıdı. Bu o gündü ki, Səudiyyə Ərəbistanının neft naziri Yamani kralığın neft qiymətlərini saxlamaq siyasətinə son verdiyini və neft bazarındakı payını geri almağa başladığını söylədi. Növbəti 6 ay ərzində Səudiyyə Ərəbistanında neft hasilatı 3,5 dəfə artdı. Bundan sonra qiymətlər çökdü. Orada aylarla seyr edə bilərsiniz - 6.1 dəfə ... Bundan sonra, əslində, SSRİ tarixi tamamilə sona yetdi.
Sovet imperiyası niyə çökdü? ("Tam Albat" "Exo Moskvı" radiosunda, 2 İyul 2006
"

Rusiya Elmlər Akademiyasının İqtisadi Proqnozlaşdırma İnstitutunun direktor müavini Dmitri Kuvalinin sözlərinə görə, SSRİ-nin neftin qiymətinin aşağı düşməsindəki itkiləri "makroiqtisadi fəlakət hesab edilə bilməzdi". Onun fikrincə, "dünya neft bazarındakı qiymət sarsıntısı Sovet iqtisadiyyatının böhranında həlledici amildən çox, əlavə təsir idi" [48].

Əgər 1988-ci ildə bütün SSRİ ildə 144 milyon ton xam neft ixrac etmişdisə,[50], Rusiya yalnız 2011-ci ildə 244 milyon ton xam neft ixrac etmişdir[51]. Brookings İnstitutundakı Rusiya və Avrasiyanın öyrənilməsi üzrə proqram meneceri Klifford Gaddynin fikrincə, Rusiya və SSRİ-ni bu çərçivədə müqayisə etmək tamamilə düzgün deyil. SSRİ hakimiyyəti kəskin azalan ixrac gəlirlərinə uyğun olmayan dayanıqlı makroiqtisadi və büdcə siyasətini davam etdirərək neftin qiymətinin düşməsinə diqqət yetirməmişdi [38]. .

Neft ehtiyatları

[redaktə | mənbəni redaktə et]

Karbohidrogen ehtiyatlar içində maye qazdan sonra ikinci ən yüksək istiliktörədən neft vә ondan alınan müxtәlif mәһsullardır. Belə ki, neftin istiliktörәtmә qabiliyyәti, yәni 1 kq neftin tamamilә yandıqda yaratdığı istiliyin miqdarı 10 500 – 11 000 kkal.-dir Halbuki yüksək kalorili әla növ daş kömür һesab olunan Antrasitin (yun. Anthrakítēs) istiliktörәtmә qabiliyyәti 7 500 – 8 000 kkal.-dir. Digər tərəfdən əgәr qış fәslindә bir mәnzilin qızdırılması üçün 5 ton odun, 4 ton torf, 3 ton daş kömür lazımdırsa, bu mәqsәd üçün sәrf olunacaq neftin miqdarı 1,2 tona bәrabәr olacaqdır. Neftin üstün cәһәtlәrindәn biri dә daş kömür vә torf kimi bәrk һalda olan yanacaqlarla müqayisәdә onun asan vә әlverişli şəkildə nәql edilmәsidir. Belə ki, maye һalında olan nefti bir yerdәn digər yerә nəql etmək üçün dәmir yol sisternlәri vә neft daşıyan gәmilәrdәn әlavә, neft kәmәrlәrindәn dә istifadә olunur.

Neft gəlirlərinə əsaslanan iqtisadiyyatın təməlində isə xam neftin dünya bazarında formalaşan qiyməti dayanır. Qiymət məsələsi isə əsasən satış bazarı mühitindəki mövcud vəziyyətdən və istehsal xərclərindən asılıdır. Bununla yanaşı qiymətin formalaşmasında digər amillər də vardır və bu amillərin əksəriyyəti obyektiv, təbii xarakter daşıyır. Lakin dünya bazarında neftin qiymətində təbii səbəblərlə yanaşı qeyri-təbii səbəblərdən də enmə və ya yüksəlmə halları kimi dalğalanmalar da müşahidə edilir. Ümumilikdə isə hər bir halda bu səbəblər neft ixrac edən və dövlət büdcəsinin formalaşmasında neft gəlirlərindən asılı olan ölkələrə təsirsiz ötüşmür. Bu səbəbdən gələcəkdə yarana biləcək hər hansısa risklərdən sığortalanmaq məqsədilə neft ixrac edən ölkələr tərəfindən 1960-cı ildə OPEK (The Organization of the Petroleum Exporting Countries) təşkilatı, yəni Neft İxrac Edən Ölkələr Birliyi yaradıldı. Təşkilat hazırda dünya bazarında neft qiymətlərinin idarə edilməsində və ümumdünya neft iqtisadiyyatının tənzimlənməsində ciddi qüvvə kimi fəaliyyət göstərməkdədir.

Ümumilikdə isə OPEK-in yaradılmasında əsas məqsədlər aşağıdakılardır:

• üzv dövlətlərin neft siyasətini əlaqələndirmək və əsasən eyniləşdirmək;

• daha səmərəli fərdi və kollektiv müdafiə vasitələri ilə üzv dövlətlərin maraqlarını qorumaq;

• dünya bazarında neftin qiymətinin sabitliyinin təmin edilməsi yollarını və vasitələrini araşdırmaq;

• neft istehsal edən ölkələrin gəlirlərinin sabit artmasını təmin etmək;

• istehlakçı ölkələri səmərəli və fasiləsiz olaraq neftlə təmin etmək;

• ətraf mühiti qorumaq.

Hazırda təşkilatın 12 üzvü var ki, dünya üzrə neft ehtiyatlarının 70,1%-i, neft istehsalının isə 35,4%-i məhz bu təşkilatın payına düşür.

Ənənəvi enerji mənbələrinin bir növü kimi neft, əsasən yer kürəsinin Orta Şərq hissəsində böyük yataqlara malikdir. Belə ki, hazırda dünya üzrə neft ehtiyatlarının ümumi həcmi 1 732,4 mlrd/barel təşkil edir ki, bunun da 48,3%-i (835,9 mlrd/barel) Orta Şərqin, 18,7%-i (323,4 mlrd/barel) Cənubi və Mərkəzi Amerikanın, 14%-i (242,9 mlrd/barel) Şimali Amerikanın, 8,4%-i (146,2 mlrd/barel) Qərbi və Mərkəzi Asiyanın (Müstəqil Dövlətlər Birliyi (MDB)), 7,2%-i (125,1 mlrd/barel) Afrikanın, 2,6%-i (45,2 mlrd/barel) Avstraliya və Şərqi Asiyanın, 0,8%-i (13,6 mlrd/barel) isə Avropanın payına düşür.

Onu da qeyd etmək lazımdır ki, hələ əlli il bundan öncə planetdə neft hasilatı illik 500 mln.t həddində olanda dünya ehtiyatları 20 mln.t həcmində qiymətləndirilirdi və yaxın 20-25 il ərzində ehtiyatların tükənəcəyi ehtimal edilirdi. Lakin sonralar yeni perspektivli nəhəng yataqların kəşfi bu cür proqnozları doğrultmadı. Doğrudur quru sahələrdəki ehtiyatların demək olar ki, əksər hissəsi mənimsənilmişdir. Bununla yanaşı, müstəqil hesablamalara görə, müəyyən ərazi və şelfdə potensial neft ehtiyatlarının 40-50%-i, təbii qazın 80%-i hələ də kəşf edilməmiş qalır.

Dünya ölkələri üzrə təsdiq edilmiş neft ehtiyatlarına görə Cənubi Amerika ölkəsi olan Venesuella 303,8 mlrd/barel göstərici ilə ilk pillədə qərarlaşır. Belə ki, dünya ölkələri üzrə ümumi təsdiq edilmiş neft ehtiyatlarının təqribən 5/1 hissəsi məhz bu ökənin payına düşür. Sonrakı yerləri isə Səudiyyə Ərəbistanı (297,5 mlrd/barel), Kanada (168,1 mlrd/barel), İran (157,8 mlrd/barel) və İraq (145 mlrd/barel) tutur.

Statistik göstəricilərə əsasən, 2021-ci ildə ümumdünya üzrə illik neft hasilatı 4 221,4 mln/t olmuşdur. Bu sahədə ABŞ 711,1 mln/t göstərici ilə liderlik edir. Rusiya Federasiyası isə 536,4 mln/t göstərici ilə ikinci yerdə qərarlaşır. Sonrakı ilk yerləri isə Səudiyyə ərəbistanı (515 mln/t), Kanada (267,1 mln/t) və İraq (200,8 mln/t) tutur. Ümumilikdə isə 2020-ci il ilə müqayisədə 2021-ci ildə neft hasilatı 1,5% artmışdır. Fərdi yanaşdıqda isə ən böyük artım Liviya (198,9%) və Suriyada (134,8%), ən böyük azalma isə Yəmən (-26,5%) və Böyük Britaniyada (-16,3%) müşahidə edilmişdir.

Dünya üzrə 2021-ci ildə illik neft istehlakı isə 4 245,7 mln/t təşkil etmişdir. İllik neft istehlakında da ABŞ 803,6 mln/t göstərici ilə liderdir. Belə ki, dünyada illik neft istehlakının 1/5 hissəsi məhz ABŞ-ın payına düşür. Sonrakı ilk ilk beşlikdə isə Çin Xalq Respublikası (718,5 mln/t), Hindistan (220,5 mln/t), Rusiya Federasiyası (153,4 mln/t) və Səudiyyə Ərəbistanı (152,4 mln/t) tutur. Ümumilikdə isə 2020-ci il ilə müqayisədə 2021-ci ildə illik neft istehlakında 5,9% həcmində artım müşahidə edilmişdir. Ən böyük artım Ekvador (27,8%) və Kolumbiyanın (26,1%), ən böyük azalma isə Honkonq (Çin) və Vyetnamın (-5,7) payına düşür.

  • Дэниел Ергин. Добыча: Всемирная история борьбы за нефть, деньги и власть = The Prize: The Epic Quest for Oil, Money, and Power. — М.: «Альпина Паблишер», 2011. — 960 с. — ISBN 978-5-9614-1252-9.
  • Bassam Fattouh, An Anatomy of the Crude Oil Pricing System — Oxford, 2011, ISBN 978-1-907555-20-6 (англ.)
  • Hamilton, James D. Historical oil shocks. NBER Working Paper No. 16790. National Bureau of Economic Research, 2011. doi:10.3386/w16790
  • Salvatore Carollo, Understanding Oil Price: A guide to what drives the price of oil in today’s markets // Wiley, 2012, ISBN 978-1-119-96272-4, 224 pages
  • Дэниел Амманн. Нефтяной король. Секретная жизнь Марка Рича = Daniel Ammann. The King of Oil: The Secret Lives of Marc Rich.. — М.: Альпина Нон-фикшн, 2018. — 236 p. — ISBN 978-5-9614-6391-0.
  1. Определение и анализ коэффициентов эластичности спроса на сырую нефть в разных регионах мира за период 1982—2011 гг Arxivləşdirilib 2022-03-18 at the Wayback Machine // Экономические науки 12(109)2013, ISSN 2072-084X
  2. 1 2 Аналитический обзор: Мировой рынок нефти Arxivləşdirilib 2014-12-22 at the Wayback Machine // Внешпромбанк, аналитическое управление, август 2011: «Крайне низкая эластичность спроса по цене на нефть привела к тому, что ценообразование на нефтяном рынке оторвано от баланса спроса и предложения в реальном секторе.»
  3. 1 2 John C.B. Cooper, Price elasticity of demand for crude oil: estimates for 23 countries Arxivləşdirilib 2015-11-23 at the Wayback Machine // OPEC review 27.1 (2003): 1-8. «All estimated short-run elasticities suggest that oil demand is highly price-inelastic in the short run»
  4. Амманн, 2018
  5. Нужен ли России свой маркер? Arxivləşdirilib 2022-01-21 at the Wayback Machine // Нефть России, № 11 2012 стр. 94-98 «В США — это западнотехасская средняя (West Texas Intermediate — WTI), в Европе — смесь нефтей месторождений Brent, Forties и Ekofisk (Brent). Сегодня в мире используются три основных нефтяных бенчмарка (от англ. benchmark — ориентир, эталон), определяющих контрактную структуру рынка: американская WTI, европейская смесь Brent и ближневосточная смесь Dubai/Oman.»
  6. "Crude Oil Futures Contract Specs. Delivery" (ingilis). 2015-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-21. Delivery shall be made free-on-board ("F.O.B.") at any pipeline or storage facility in Cushing, Oklahoma with pipeline access to Enterprise, Cushing storage or Enbridge, Cushing storage.
  7. 1 2 3 Stephanie Dunn. "The Pricing of Crude Oil" (PDF). Bulletin. Reserve Bank of Australia. September 2012. 65–74. 2022-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-01-11.
  8. По оценкам Rystad Energy (UCube), учитываются капитальные и операционные затраты
  9. Petroff Alanna, Yellin Tal. "What it costs to produce oil" (ingilis). «en:CNN». 23.11.2015. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17.07.2016.
  10. 1 2 3 Office of Energy Statistics; Larry Spancake. "Oil and Natural Gas Production: Lifting Costs, Finding Costs, Upstream Costs" (PDF). Performance Profiles of Major Energy Producers 2009 (ingilis). US EIA. February 2011. 18. 2022-09-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-01-12.
  11. "Conventional Oil and Gas Technologies" (PDF). Technology Brief P01. IEA ETSAP. May 2010. 4–5. 2015-09-24 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-01-12. Costs
  12. "Oil falls below $60 a barrel: Who's in trouble?". 2018-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-21.
  13. "Global liquids cost curve: shale is pushing out oil sands and Arctic, offshore is still in the race". 2015-01-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-21.
  14. "Новак рассказал о себестоимости добычи нефти в России". МИА «Ru:Россия сегодня». 25.10.2017. 2018-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-21. Себестоимость добычи нефти в России в среднем составляет от 10 до 15 долларов за баррель, сообщил министр энергетики Александр Новак в ходе правительственного часа в Госдуме
  15. Екатерина Грушевенко. "Текущее снижение цен на нефть: долгосрочная тенденция?". Слон.ру. 18.08.2014. 2016-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-11. Исследования особенностей формирования нефтяных цен, проводимые в .. (ИНЭИ) РАН, показали, что на нефтяные цены наибольшее влияние – около 80–85% – оказывают фундаментальные факторы спроса и предложения, но даже в усредненной до среднегодовых значений цене 15–20% приходится на финансовые факторы: флуктуации курса доллара, ставки рефинансирования ФРС США, общая конъюнктура сырьевых и финансовых рынков. Во внутригодовых значениях цен нефти спекуляции, следует признать, значат гораздо больше. Так, флуктуации рынка способны существенно, на 15–20% (а иногда и с большей амплитудой), менять цены от месяца к месяцу.
  16. Анатомия цены на нефть: она только на треть зависит от спроса и предложения Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine // // forbes.ru
  17. "Мировые цены на нефть: перспективы роста". ЖУРНАЛ «НЕФТЬ РОССИИ». сентябрь 1999. 2011-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-20.
  18. "Arxivlənmiş surət". 2012-06-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-21.
  19. "Обзор рынков: нефть подорожала на пять долларов". Ru:Lenta.ru. 6 марта 2008. 2011-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-14.
  20. "Нефть как индикатор грядущей Первой глобальной Великой депрессии XXI века". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-21.
  21. "ВЕДОМОСТИ — Цена прогноза — Почему инвестбанк Morgan Stanley так сильно влияет на нефтяные цены". 2014-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-21.
  22. Цены на нефть упали до самого низкого уровня за семь с половиной недель Arxivləşdirilib 2017-07-30 at the Wayback Machine // РосБизнесКонсалтинг
  23. Oil prices Standard Note: SN/SG/2106[ölü keçid] // UK Parlament, 28 January 2014
  24. 1 2 Цены на нефть сортов Brent и WTI опускались до самого низкого уровня за 5,5 года Arxivləşdirilib 2022-01-22 at the Wayback Machine // Ведомости, ТАСС, 03.01.2015
  25. "IEA - Oil Market Report" (ingilis). Ru:Международное энергетическое агентство. 12 December 2014. 2014-12-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-26. ... the apparent gap that currently exists between supply and demand.
  26. "IEA - Oil Market Report Public" (PDF) (ingilis). Ru:Международное энергетическое агентство. 14 November 2014. 2014-12-23 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-12-26. With supply running ahead of demand
  27. 1 2 Goldman Sachs on oil: US needs to cut, not OPEC Arxivləşdirilib 2015-04-04 at the Wayback Machine // CNBC, 2 Apr 2015 (ing.) «Michele Della Vigna, head of European energy research at Goldman Sachs, said non-OPEC oil producers had created the oversupply in the market which has weighed on prices. .. Weak global demand and booming U.S. shale oil production are seen as two key reasons»; Goldman Sachs: снижать добычу нефти должны США Arxivləşdirilib 2018-06-03 at the Wayback Machine // Вести Экономика, 02.04.2015 (перевод)
  28. Short-Term Energy Outlook. Market Prices and Uncertainty Report Arxivləşdirilib 2016-07-30 at the Wayback Machine // US EIA, December 2014 «Crude oil prices continued to move lower in November and recorded their fifth consecutive month of declines»
  29. OPEC Monthly Oil Market Report Arxivləşdirilib 2022-07-14 at the Wayback Machine 10 December 2014, Crude Oil Price Movements: «.. This is its longest losing streak since the 2008 financial crisis.» (ing.)
  30. "EIA понизило прогноз цен на нефть". 2020-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-21.
  31. "Стоимость Brent обновила 13-летний минимум". 2018-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-21.
  32. Oil Price Reporting Agencies Arxivləşdirilib 2015-01-08 at the Wayback Machine // Report by IEA, IEF, OPEC and IOSCO to G20 Finance Ministers, October 2011 (ing.): «Price Reporting Agencies (PRAs) .. report oil prices transacted in physical and some derivative oil markets, and give an informed assessment of oil price levels at distinct points in time… PRAs analysed .. Platts, Argus Media, Asia Petroleum Price Index (APPI), and ICIS London Oil Report … The two most significant PRAs in the oil market, Argus and Platts, use a combination of mechanistic analysis and judgement.»
  33. Китай создал серьезные проблемы для Газпрома в Европе Arxivləşdirilib 2022-05-15 at the Wayback Machine // Взгляд, 7 февраля 2019
  34. 1 2 http://www.histant.ru/sites/default/files/inafran/Rassohin_disser.pdf Arxivləşdirilib 2015-07-10 at the Wayback Machine С. 177
  35. "Новый этап экономического сотрудничества СССР с развитыми капиталистическими странами. М. Наука 1978
  36. Есть поправка на то, что подсчёт был совершён в текущих на тот момент ценах и без учёта инфляции. Однако цифры не должны измениться кардинально
  37. М. М. Судо, Э. Р. Казанкова Энергетические ресурсы. Нефть и природный газ. Век уходящий Arxivləşdirilib 2018-10-24 at the Wayback Machine
  38. 1 2 "Кризис, который уже был: когда восстановятся цены на нефть". РБК. 2017-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-03. Принято считать, что обрушение цен на нефть в середине 1980-х было одной из главных причин падения Советского Союза. Как отмечал экономист Егор Гайдар, из-за обвала нефтяных цен СССР терял приблизительно $20 млрд в год, и без этих денег страна просто не могла выжить.
  39. 1 2 «Пресса России: нефтяным иллюзиям России пришёл конец?» Arxivləşdirilib 2023-08-04 at the Wayback Machine // Би-Би-Си, 2015-01-13
  40. «Dependency on commodities: What Vlad can learn from Chad» Arxivləşdirilib 2016-12-07 at the Wayback Machine // The Economist, Jan 10 2015
  41. "Bloomberg причислил рубль к самым быстро обесценивающимся валютам". РБК. 2016-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-24.
  42. "Свободным курсом: как нефть влияет на рубль". ТАСС. 2017-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-03.
  43. От чего зависит цена российского газа? Arxivləşdirilib 2022-05-22 at the Wayback Machine // УНИАН, 06.02.2008
  44. «Ценовая формула такова, что в условиях резкого падения индексов цены на нефть цена на газ не снижается так сильно, как падает нефть. В формулу введена дополнительная экспонента, и если цены на нефтепродукты ниже определенной черты, то газ перестает так сильно дешеветь, как дешевеет нефть.» [1] Arxivləşdirilib 2016-04-23 at the Wayback Machine , 2016
  45. Иран пригрозил оставить Европу без нефти и газа Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine // Рамблер
  46. Иран пригрозил оставить Европу без нефти и газа Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine // 19 фев 2015
  47. Проблемы инфляции и дефицита в российской экономике Arxivləşdirilib 2013-11-05 at the Wayback Machine // eexperts.ru
  48. 1 2 Кувалин Д. М. Экономическая политика и поведение предприятий: механизмы взаимного влияния. Главы 1-4 Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine. — М.: МАКС Пресс, 2009. 320 с.
  49. Интервью с экономистом, руководившим в начале 90-х центром реформ при российском правительстве Сергеем Васильевым Arxivləşdirilib 2015-04-25 at the Wayback Machine к 30-летию Перестройки
  50. Народное хозяйство в СССР в 1988 г.
  51. Российский статистический ежегодник. 2012

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]