Roza Camanova

Roza Ümbetqızı Camanova (16 aprel 1928[1], Aqtöbe, Qazaxıstan MSSR27 dekabr 2013, Almatı) — Qazaxıstan opera müğənnisi (soprano), SSRİ Xalq Artisti (1959).

Roza Camanova
qaz. Роза Үмбетқызы Жаманова
Ümumi məlumatlar
Doğum tarixi 16 aprel 1928(1928-04-16)[1]
Doğum yeri
Vəfat tarixi 27 dekabr 2013(2013-12-27) (85 yaşında)
Vəfat yeri
Dəfn yeri
Milliyyəti qazax
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Janr opera
Səs tembri soprano
Təhsili
Mükafatları "SSRİ xalq artisti" fəxri adı
"Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni

Roza Camanova 1928-ci ildə Aqtöbe şəhərində anadan olub. 1954-cü ildə Almatı konservatoriyasını bitirmişdir. 1953-cü ildən Qazaxıstan Opera və Balet Teatrının solisti olmuşdur. 1962–1980-cı illərdə Qazaxıstan Teatr Cəmiyyətinin sədri, 1968-ci ildə isə Beynəlxalq Teatr İnstitutunun vitse-prezidenti olmuşdur. 1977-ci ildən Qazaxıstan Milli Konservatoriyasında dərs demişdir. Roza Camanova 27 dekabr 2013-cü ildə Almatıda vəfat etmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]
  • Sara – "Birjan və Sara", M.Tölebayev
  • Nazıqum – "Nazıqum", K.Kojamiyarov
  • Tatyana – "Yevgeni Onegin", Pyotr Çaykovski
  • Çio-Çio san – "Çio Çio san", J.Puççini
  • Marqarita – "Faust", Ş.Quno
  • Aysulu – "Aysulu", S.Məhəmmədcanov
  • Ajar – "Abay", Ə. Jubanov və L.Həmidi
  • 2005 – CD "Qazaxıstan incəsənətinin dahi vokal ustası"
  1. 1 2 Джаманова Роза Умбетовна // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  • Azərbaycan Milli Ensiklopediyası. 5-ci cild. Bakı 2014. səh. 176