Roza Eldarova

Roza Əbdülbəşirovna Eldarova (rus. Роза Абдулбасировна Эльдарова; 21 dekabr 1923, Buynaksk rayonu, Dağıstan MSSR4 iyul 2021, Mahaçqala) — qumuq əsilli sovet və rus jurnalisti, yazıçısısiyasətçisi.[1]

Roza Eldarova
Şəxsi məlumatlar
Doğum tarixi 21 dekabr 1923(1923-12-21)
Doğum yeri
Vəfat tarixi 4 iyul 2021(2021-07-04) (97 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
  • Sov.İKP MK yanında Ali Partiya Məktəbi[d]
Fəaliyyəti jurnalist, siyasətçi, yazıçı
Dini islam
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • tarix üzrə fəlsəfə doktoru[d]

Təltifləri "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

Roza Eldarova 1923-cü ilin 21 dekabrında Dağıstanda anadan olmuşdur.

Roza Eldarova Dağıstanda rəsmi yüksək vəzifədə çalışan ilk qadındır. O, 1962-ci ilin martında Dağıstan Muxtar Sovet Sosialist Respublikasının Ali Sovetinin Prezidiumunun katibi seçilmişdir.

Bununla eyni zamanda, o, DMSSR-nın deputatı kimi RSFSR-in Ali Sovetinə də üzv seçildi. O, 1962-ci ilin aprel ayında RSFSR-in Ali Sovetinin Prezidiumunun üzvü seçildi.

Eldarova 1989-cu ildə aktiv siyasətdən ayrılsa da, yazıçı fəaliyətini davam etdirmişdir. O, 2008-ci ildə xatirələrini nəşr etdirmişdir.

  • "Dağlar ölkəsinin qadınları" (1960)
  • "Dağların ev sahibəsi" (1961).
  • "Marksizm-Leninizmin yaradıcı inkişafı" (1961)
  • "Dağıstanlı qadın — kommunizmin aktiv qurucuları", Bakı, 1963, Azərbaycan Dövlət Universiteti
  • "Dağ qadınlar: Dağıstan qadınları arasında siyasi fəaliyətlər " (1963)
  • "Mübarizə və zəfərlərin görkəmli yolu"(1965)
  • "Fərqli ulduzları olan insanlar" (1998)
  • "Məqalələr, müsahibələr, xatirələr, nitqlər" (2004)
  • "Kitab oxumaq, səhifələri çevirmək" (2007)
  • "Həyat davam edir" (2008)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]