Qumuqların siyahısı — qumuqların hal-hazırda kompakt yaşadığı dövlətlərin, həmçinin digər dövlətlərin ərazisində tarixin müxtəlif dövrlərində yaşamış seçilən üzvlərinin siyahısı.
- Saypulla Absaydov - yüngül çəki üzrə 1980-ci il Moskva Olimpiadasının çempionu.
- Məhəmmədhəsən Abuşev - 1980-ci il Moskva Olimpiadasının 62 kiloqram üzrə çempionu. O, həmçinin Prievidza Avropa çempionu.
- Marid Mütəllimov - 2008-ci ildə keçirilmiş Yay Olimpiadasının 120 kq üzrə bürünc mükafatçısı.
- Bəxtiyar Əhmədov - 2008-ci il Yay Olimpiadasının 120 kq üzrə qalibi.
- Nəriman İsrafilov - 2009-cu il Vilnüsda keçirilən Avropa çempionatının 55 kq üzrə qalibi. O, həmçinin 2013-cü ildə Budapeştdə dünya çempionatının bürünc mükafatçısı olmuşdur.
- İlyas Bəybulatov - 2017-ci ildə Novi Sadda keçirilən güləş çempionatında 65 kq üzrə dünya çempionu.
- Zaur Uquyev - 2018-ci ildə Budapeştdə və 2019-cu ildə Nur-Sultan şəhərlərində keçirilən dünya çempionatlarının 57 kq üzrə qalibi.
- Milana Dadaşeva - dünya çempionatının bürünc mükafatçısı.