Stivenson-Qudnayt serb əsillidir. O, Yuqoslaviya Qadınlar Universitetinin prezidenti olmuş fəal feministPaulina Lebl-Albalanın nəvəsidir.[8][9] Onun babası Devid Albala isə bir müddət BelqradınSəfərud icmasının prezidenti vəzifəsində çalışmış həkim və sionist lideri olub.[10][11] Qudnayt gənc yaşlarında dünya mədəniyyətinə böyük maraq göstərmiş, lakin atası onu antropologiya sahəsində karyera qurmaqdan çəkindirmişdir. O, bunun əvəzinə biznesin idarə edilməsi üzrə magistr dərəcəsinə sahib olub.[12]
Stivenson-Qudnayt Vikipediyada redaktorluğuna 2007-ci ildə başlayıb. Onun oğlu Ukraynada Sülh Korpusu ilə işlədiyi şəhər haqqında məqaləni redaktə etmiş və anasına Vikipediyanı hər kəsin redaktə edə biləcəyini demişdir. Qudnayt həmin ilin sonundaAmerika Kitab Liqası tərəfindən nəşr olunan kitabları araşdırarkən saytın bilik resurslarında boşluqlar olduğunu görərək Vikipediyada redaktə etməyə qərar vermişdir.[13][14]
O, ilk bir neçə il coğrafiya, memarlıq və müxtəlif bioqrafiyalar haqqında məqalələr yaratsa da, sonralar əsasən qadın bioqrafiyalarına diqqət ayırmağa başlayıb.[15] Stivenson-Qudnaytın 2013-cü ilə qədər Vikipediya üçün 3000-dən çox yeni məqalə yazması Böyük Britaniyanın Huffington Post saytında yer alıb. Bu dövrdə həm də onun 1000-dən çox məqaləsi Vikipeiyanın ana səhifəsinin "Bilirsinizmi?" bölməsində yer alıb və o, İngiliscə Vikipediyanın ana səhifəsində 1000-dən çox "Bilirsinizmi?" qeydinə sahib ilk qadın olub.[15][16] 2016-cı ildə o, 4 000-dən çox yeni məqalənin müəllifi idi və 100 000-dən çox redaktə etmişdi.[17][18]