Rudolf adası

Rudolf adasıŞimal Buzlu okeanda yerləşən, Frans-İosif Torpağı arxipelaqının ən ucqar şimal adasıdır. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisində yerləşir. Sahəsi 297 km² təşkil edir. Demək olar ki, bütünlüklə buzla örtülü olur.

Rudolf adası
rus. Остров Рудольфа
Ümumi məlumatlar
Sahəsi 297 km²
Uzunluğu
  • 25,4 km
Eni 15,1 km
Hündür nöqtəsi 461 m
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
81°47′22″ şm. e. 58°38′59″ ş. u.
Ölkə  Rusiya
Vilayət
Arxipelaq
Akvatoriya
Rudolf adası xəritədə
Rudolf adası
Rudolf adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fliqeli burnu AvrasiyaAvropanın ən ucqar nöqtəsidir. Əslində isə daha da şimalda yerləşən burun olsa da onun xüsusi ismi yoxdur[1].

Rudolf arxipelaqın digər adaları kimi 1873-cü ildə avstriya-macarıstan espedisiyası zamanı kəşf edilmişdir. Yulius Payer tərəfindən Avstriya şahzadəsi olan Rudolfun şərəfinə adlandırılmışdır (alm. Kronprinz Rudolf‎).

1900-ci ildə Umberto Kani Rudolf adasından şimal və şimal-qərbdə Peterman Torpağı və Kral Oskar Torpağı adlı adaların olmamamasını aşkarlayır.

1914-ci ildə adada Şimal qütbünə ekspedisiya edərkən ölmüş Qeorqi Yakovleviç Sedov dəfn edilmişdir. Adada meteroloji stansiya 1932-ci ildə İkinci Beynəlxalq Qütb ili cərcivəsində təşkil edilir. İlk qışlama zamanı burada N. F. Balabin dörd nəfərlik iştirak etmişdir. 1936-cı ildə adada şimal qütbünə təşkil edilən ekpedisiyalar üçün baza təşkil edilmişdir. Növbəti ildə ANT-6 təyyarəsində qütbə insanlar çatdırılmışdır.

Ada hər tərəfdən Şimal Buzlu okeanın suları ilə əhatələnmişdir. Cənubunda yerləşən Neymayera boğazı onu Oktyabryat adalarıQoqenloe adasından ayırır. Ən hündür nöqtəsi 461 metr təşkil edir (Middeford buzlağı). Qərb hissəsində yerləşən Teplis buxtasında Rusiyaya məxsus Qütb stansiyası fəailiyyət göstərir.

  1. "Topoqrafik xəritə". 2018-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-24.