Rufiz Şirzad oğlu Budaqov (12 iyul 1977, Tivi, Ordubad rayonu – 27 sentyabr 2020, Murovdağ) — Azərbaycan Müdafiə Nazirliyinin 1-ci Ordu Korpusunun N saylı hərbi hissəsinin giziri; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Madagizin azad edilməsi uğrunda gedən hərbi əməliyyatlarda şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.
Rufiz Budaqov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 iyul 1977 |
Doğum yeri | |
Vəfat tarixi | 27 sentyabr 2020 (43 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | 2 saylı Fəxri Xiyaban |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Müdafiə Nazirliyi |
Qoşun növü | 1-ci Ordu Korpusu |
Xidmət illəri | 1995—2004 / 2012—2020 |
Rütbəsi | Gizir |
Döyüşlər | |
Təltifləri |
|
Rufiz Şirzad oğlu Budaqov 12 iyul 1977-ci ildə Ordubad rayonunun Tivi qəsəbəsində anadan olub.[1] 1984–1994-cü illərdə Tivi kənd tam orta məktəbində təhsil alıb.
1995-ci ilin iyulunda Ordubad Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 1995–1997-ci illərdə "N" saylı hərbi hissədə xidmət edib.
1998-ci ilin martında Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "Gizir Hazırlığı Kursu"na qatılıb. Müdafiə Nazirliyinin əmri ilə "gizir" hərbi rütbəsi verilib və N saylı hərbi hissəsində tankçı olaraq xidmətə başlayıb. iyun 2004-cü ildə səhhətində yaranan problemə görə təqaüdə göndərilib. Tam müalicədən sonra iyun 2012-ci ildə yenidən hərbi xidmətə qayıdıb.
2016-cı ilin 2–5 aprelində Azərbaycan və Ermənistan arasında baş verən silahlı toqquşma zamanı cəbhənin Goranboy-Tərtər istiqamətlərində gedən hərbi əməliyyatlar zamanı döyüş tapşırığının icrasında fərqlənib.
2020-ci ilin sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Madagizin azad edilməsi uğrunda gedən hərbi əməliyyatlar zamanı da fərqlənib. 29 sentyabr 2020-ci ildə Madagiz istiqamətində şəhid olub. 2 saylı Fəxri Xiyabanda dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə[2], həmçinin "Suqovuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.[3][4]
Müxtəlif illərdə müdafiə nazirlərinin əmrləri ilə 2-ci və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalları, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə, həmçinin fəxri fərmanlarla da təltif edilib.
Evli idi, 1 oğlu və 2 qızı var.