Ruhin İsmayılov

Ruhin İsmayılov (19 fevral 1987, Nərimanlı, Vardenis rayonu) — Azərbaycanlı bəstəkar[3], prodüser və aranjimançı.

Ruhin İsmayılov
Ruhin Nazir oğlu İsmayılov
Doğum tarixi 19 fevral 1987(1987-02-19) (37 yaş)
Doğum yeri
Milliyyəti Azərbaycanlı
Dini İslam
İxtisası bəstəkarlıq[1]
Təhsili
Fəaliyyəti bəstəkar[2], aranjimançı, prodüser
Mükafatları Sidney (2009)

Murad Boz, Sonər Arıca, Sevtuğ və başqa tanınmış türk musiqiçilərlə işləyib.[4]

Akademik musiqi təhsili alıb, bir çox populyar və tanınmış mahnıların müəllifi, Azərbaycanda və Türkiyədə çəkilən bir neçə filmin, animasiya və teleserialın musiqilərinin bəstəkarıdır.[5]

Bundan əlavə bəstəkar bir sıra film, serial, tv proyektlər üçün musiqilər yazmışdır.

Həyat və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Ruhin Nazir oğlu İsmayılov 1987-ci il fevralın 19-u Ermənistan SSR-in Basarkeçər (indiki Vardenis) rayonunun Nərimanlı (indiki Şatvan) kəndində anadan olub.

2005-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin bəstəkarlıq sinfini bitirib. Həmin ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq ixtisasına qəbul olub. Müəllimi azərbaycanlı professor, xalq artisti Arif Məlikov olub.

Bu illər ərzində bir çox əsərlər yazıb: 2006-cı ildə prelüdlər və skripka üçün pyeslər, 2007-ci ildə sonata, 2008-ci ildə simfonik süita, 2009-cu ildə diplom işi olaraq simfonik poema yazıb.

2010-cu ildə Norveçin paytaxtı Oslo şəhərində keçirilmiş Avroviziya Mahnı Müsabiqəsinin milli seçim finalının açılış musiqisinin müəllifidir. Burada simli kvartet və texno-musiqiylə sintez olunmuş "Sarı gəlin" mahnısı Yallı kompazisiyası və Aleksandr Rıbakın "Fairytale" mahnısı təqdim olunub.

2012-ci ildə Lider TV-də yayımlanan "Lift" realiti şousunun musiqi müəllifidir. Əsas ana musiqisinin ifaçıları Alim Qasımov, Elnur HüseynovRəhim Rəhimli olub.[a][6]

2013-cü ildə Xəzər TV-də yayımlanmış "Bir ailəm var" teleserialının bəstəkarı olub.[7][8]

2018-ci ilin əvvəlində türk müğənnisi Pınar Süerin debüt mahnısı olan "Pamuk Şeker" sinqlının aranjimançısı olub.[9] Sinqlın klipi Türkiyənin ən böyük YouTube kanalı olan "netd müzik"də yayımlanıb və 1 milyondan çox izlənib.[q 1]

Həmin ildə 2 tammetrajlı bədii filmin; Azərbaycanda yayımlanmış "Əfsanə Qayıdır" filmində "soundtrack 1"-in bəstəkarı və aranjimançısı[q 2], Türkiyə istehsalı "Rüzgar" filminin bəstəkarı olub.[10]

2019-cu ildə "Loopmaster" şirkətinin təşəbbüsü ilə kamança, tütək, sazbalaban kimi Azərbaycanın milli musiqi alətlərinin ilk dəfə Dünya Musiqi Səs Ensiklopediyasına təqdim edib ("Eartone" milli musiqi alətlərimizin sample bank toplusu).[11] Bu səs ensiklopediyasından Dünyanın bir sıra məşhur və tanınmış DJ və aranjimançıları öz işlərində istifadə edir.

2019-cu ildə "Relaxing Mood Chill Out Music Albom" adlı musiqi albomunu yayımlayıb. Bu albomdan məqsəd əsasən insanların günlük yorğunluqlarını çıxarması üçün rahatladıcı instrumental musiqilər təqdim etmək olub.[12]

2020-ci ildə Xəzər TV-də yayımlanmış "Nazlı Taksi" serialının bəstəkarı olub.[q 3]

2020-ci ildə ABŞ-ın "Cinetools Freaky loops" kimi nüfuzlu musiqi və "Sound fx" şirkəti ilə müqavilə bağlayıb.[8]

Həmin ildə beynəlxalq "Rising star" yarışmasının Türkiyə proqramının finalçıları ilə çalışmaları olub.[7] Belə ki, türk müğənnisi Vuralın Səma Aydəmirlə duet oxuduğu "Susma" sinqlının aranjimanını edib.[13]

2020-ci ilin sonunda istehsal edilmiş və 2021-ci ilin yanvarında İctimai TV-də yayımlanmış[q 4] "Sən demə" tammetrajlı bədii filminin bəstəkarı olub.[b]

2022-ci ildə "Generation" albomu yayımlanıb. Burada Azərbaycanın korifey ifaçıları ilə mövcud ifaçıları və ya öz dövrünün ifaçıları ilə duet təqdim olunur. Bilinən populyar retro mahnıları yeni aranjmanda fərqli formada təqdim edilir. (Albomdan bəzi nümunələr: Akif İslamzadə ft Amina — "Gəl küsməyək"; Nərminə Məmmədova ft Zamiq Hüseynov — "Ay işığında", Şövkət Ələkbərova ft Mirələm Mirələmov — "Məni candan usandırdı"; Sara Qədimova ft Rübabə Muradova — "Küsüb getdi, unuda bilmirəm")

Həmin ilin sonunda yayımlanmış "Geri dönənlər" filminin bəstəkarı olub.[c]

2023-cü ildə Türkiyə istehsalı olan "Kırmızı Başlıklı Kız ve Bizim Kahramanlar" tammetrajlı animasiya filminin bəstəkarı olub.[d]

Xəzər TV ve CBC kanallarının tv qrafik loqolarının ve həmçinin xəbərlər, hava haqqında, iqtisadiyyat və idman çarxlarının ön ident musiqilərinin müəllifidir.

  • 2010 Avroviziya müsabiqəsinin milli seçim finalının açılış musiqisi
  • 2012 "Lift" reality show
  • 2019 "Eartone" milli musiqi alətlərimizin sample bank toplusu
  • 2019 "Relaxing" mood chill out music albom
  • 2022 "Generation" albom

Mənbə[7]

İştirak və mükafatlar

[redaktə | mənbəni redaktə et]

1999-cu ildə BP, AzEuroTel, Açıq Cəmiyyət İnstitutu, "Parfume de France", Gənclər, İdman və Turizm Nazirliyinin sponsor olduğu Gənclərin Yaradıcılıq Festivalında müvəffəqiyyətli iştirakına görə "Ümidli Gələcək" gənclər təşkilatı (GT) tərəfindən sertifikatla təltif edilib.[e]

2002-ci ildə uşaq yaradıcılığı bayramında iştirakına görə "Ümidli Gələcək" GT tərəfindən sertifikatla təltif edilib.[f]

2002-ci ildə "Media Holdinq"in baş direktoru Vüqar Qaradağlı tərəfindən "İstedadlar axtarırıq" Respublika baxış müsabiqəsinin diplomantı adına layiq görülüb.[g]

2007-ci ildə ABŞ-ın Tennessi ştatının Memfis şəhərində keçirilən Bethoven adına tələbə bəstəkarların musiqi yarışmasında fortepiano üçün sonata və fortepiano ilə skripka üçün prelud əsərləri ilə iştirak edib.[h]

2009-cu ildə Avstraliyanın Sidney şəhərində keçirilən qısametrajlı film festivalında ən yaxşı film musiqisi nominasiyasında qalib gəlib.[7]

2016-cı il Kan Film Festivalının iştirakçısı olub.

İlkin mənbələr

[redaktə | mənbəni redaktə et]
  1. "Pınar Süer — Pamuk Şeker". 2023-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-25.
  2. "Əfsanə Qayıdır (Tam Film) 2020#Soundtrack 1, bəstə və aranjeman, Ruhin İsmayılov (titr)". 2023-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-25.
  3. "Nazlı Taksi (1-ci Seriya)#38:13 (titr)". 2023-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-25.
  4. "Bədii film : "Sən demə"#01:40:52". 2023-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-25.
  1. "Müasir gənclik nə istəyir? | Günün yarısı". 2023-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-25.
  2. ""Əbülfəs Qarayev Azərbaycan mədəniyyətini məhv elədi"". 2023-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-09.
  3. ""Meyxana sənət deyil" — VİDEO". 2023-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-25.
  4. "Ruhin İsmayılov Elnur Hüseynovla iş birliyinə başladı — Foto". 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-09.
  5. "Bəstəkar Ruhin İsmayılov: 'Meyxana sənət deyil' (VİDEO) | Qaynarinfo.az". qaynarinfo.az (ingilis). 2023-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-23.
  6. "Azərbaycanın ən bahalı realiti şousunun başlamasına saatlar qaldı". Busaat.az (az.). 2012-11-17. İstifadə tarixi: 2023-10-23.
  7. 1 2 3 4 "Ruhin İsmayılovun bəstəsi türk filmində — Müsahibə". 2023-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-25.
  8. 1 2 "ABŞ-də böyük şirkətlərlə müqavilə bağlamışam" — MÜSAHİBƏ Arxivləşdirilib 2023-08-13 at the Wayback Machine; anl.az Arxivləşdirilib 2023-08-14 at the Wayback Machine
  9. "Pınar Süer Müzik Piyasasına Hızlı Bir Giriş Yaptı". turkiyelife.com.tr (türk). 2023-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-23.
  10. beyazperde.com: Müzikler Arxivləşdirilib 2023-08-13 at the Wayback Machine; Ruhin İsmayilov Arxivləşdirilib 2023-05-09 at the Wayback Machine; afişa Arxivləşdirilib 2023-11-07 at the Wayback Machine
  11. "Azərbaycanlı məşhur bəstəkar Amerikanın nüfuzlu Cinetools şirkətilə anlaştı". Busaat.az (az.). 2020-02-02. İstifadə tarixi: 2023-10-20.
  12. "Chill Out - Ruhin Ismayilov / MGM Müzik". muzikbir.org. 2023-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-23.
  13. "Sürpriz ikili". Milliyet (türk). 2020-02-05. 2023-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-23.
  14. Sözleri Birgül Yılmaz imzası taşıyan şarkının müziğini Ruhin İsmayılov yaptı Arxivləşdirilib 2023-05-09 at the Wayback Machine  (türk.)
  15. "Vural Ve Sema 'susma' Diyor". www.gazetebirlik.com. 2023-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]