Ruhlar şəhəri

Tərk edilmiş Craco, İtaliya

Kabus şəhər (ing. Ghost town) — əksəriyyəti müvəffəqiyyətsiz iqtisadi quruluşu, təbii insan resurslarının azlığı və ya müharibələr səbəbindən boşaldılan şəhərlərə verilən ümumi addır. Şəhərlərin boşalmasının digər önəmli səbəbləri kimi kütləvi xəstəlikləri misal göstərmək olar. Termin kimi əhalinin sayı kütləvi şəkildə azalan şəhərlərə də aid edilir. Əsil kabus şəhər yerli əhali tərəfindən tamamilə boşaldılmış şəhərlərdir. Buna misal olaraq, Kaliforniyadakı Bodie şəhərini, ya Montana ştatında yerləşən Banakİtaliyadakı Craco şəhərini göstərmək olar. Müasir dövrdə kabus şəhərləri turistlərin ən çox ziyarət etdikləri yerlərdəndir. Ancaq bəzi şəhərlərə girmək təhlükəli, hətta qanunlara zidd hesab olunur. Bunlara misal olaraq Ukrayna ərazində yerləşən Çernobıl və ya Pripyat şəhərlərini göstərmək olar.

Şəhərlərin boşalma səbəbləri

[redaktə | mənbəni redaktə et]

Şəhərlərin tərk edilməsinin əsas səbəbləri kimi azalan təbii qaynaqlar, su kimi əsas ehtiyacların təmin edilə bilməməsi, dəmiryolu və ya quru yolun yol dəyişikliyi və ya fəlakətləri (Çernobil) göstərmək olar. Bəzi epidemiya xəstəliklər də şəhərlərdə insanların sayının azalmasına səbəb olur. Arkanzas ştatında bəzi şəhərlərində İspan qripi epidemiyası nəticəsində 1918–1919-cu illərdə ştat əhalisindən 7.000 nəfər ölmüşdür. Bu da sonda şəhərlərdə qalan digər insanların oranı tərk etməsinə səbəb olmuşdur. Şəhərlərin boşalma səbəbləindən biri kimi, təbii fəlakətləri göstərmək olar. ABŞ-nin Missuri ştatında yerləşən Pattonsburq şəhəri 1845-ci ildə yaradılmışdır. Şəhər 50 il ərzində, 30 dəfə sel fəlakəti keçirdiyi üçün 1993-cü ildə 3 km kənarda yeni bir şəhər Nyu-Pattonsburq salınmış və əhali oraya köçürülmüşdür. Kabus şəhərləri çox az hallarda, yenidən bərpa olunur. Əsasən turist marşrutlarının üzərində yerləşən belə şəhərlərdə, bir-iki kiçik dükan və ya bəzi yeməkxanalar yaradılır. Avstraliyadakı Valhalla şəhəri Qızıl hərisliyi zamanı əhəmiyyətli şəhərlərdən olmuşdur, lakin daha sonra şəhər əhalisi daha yaxşı yaşayış üçün şəhəri tərk etməyə başlamışlar. 6 ay ərzində şəhərdən 2 min nəfər köcmüşdür.

Valhalla, Viktoriya (1910). Valhalla, Viktoriya (2004).

Amerikada olan kabus şəhərləri

[redaktə | mənbəni redaktə et]
Banak, Montana, ABŞ (2004).

Amerika Birləşmiş Ştatları ərazisində təxminən 500 yaxın kabus şəhəri vardır. Əsasən, Montana, Konnektikut, Nebraska, Nevada, Kanzas, Alabama, Arizona, Minnesota ştatlarının ərazisində olan, bu şəhərlərin çoxu bu günə qədər qorunub saxlanılır. Bəzi şəhərlərin ərazisi qoruq sahəsi elan edilib və oraya yerli polisin icazəsi olmadan daxil olmaq qadağandır. Buna misal olaraq Montana ştatı ərazisində yerləşən Banak şəhərini göstərmək olar.

Azərbaycanda olan ruhlar şəhərləri

[redaktə | mənbəni redaktə et]
Tərk edilmiş Ağdam

Azərbaycan Respublikası ərazisində bir neçə kabus şəhəri vardır. Bunlar ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində yaranmışdır. Hazırda bütün dünya tərəfindən tanınan yalnız bir şəhər mövcuddur. Bu Ağdam şəhəridir. Şəhər 1993-cü il iyulun 23-də işğal olunmuş və yerli əhali şəhərdən zorla qovulmuşdur. "Human Rights Watch" təşkilatının 1994-cü ilə aid hesabatında ermənilərin Ağdam şəhərini heç bir lüzum olmadan dağıtmaları barədə məlumat verilmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]