Rusiyada yaponşünaslıq

Rusiya yaponşünası Yevgeni Polivanov.

Rusiyada yaponşünaslığın (rus. Японоведение в России) tarixi XVII əsrə qədər gedib çıxır.

Tarix[redaktə | mənbəni redaktə et]

XVII–XIX əsrlər[redaktə | mənbəni redaktə et]

Rusiyada Yaponiyaya maraq ilk dəfə XVII əsrdə yaranmışdır.[1] Həmin dövrdə Sibir ərazisi və Sakit okean sahilləri Rusiya imperiyasının ərazisinə çevrilmiş və Şərqi Asiya ölkələri ilə əlaqələr qurulmağa başlanmışdır.[1] XVIII əsrdə Kamçatka sahillərində qəzaya uğrayan yapon dənizçilər Yaponiya haqqında əsas informasiya mənbəyi idilər.[1] Onlar 1736-cı ildə Sankt-Peterburqda açılan, 1754-cü ildə İrkutska köçürülən yapon məktəbində dil təlimçiləri kimi işləmişdirlər.[1]

XIX əsrdə Rusiyaya Yaponiyaya olan maraq böyüməyə davam etmişdir.[1] Yaponiyaya səyahət edən dənizçi Vasili Qolovnin və romançı İvan Qonçarov Yaponiya haqqında kitablar yazmışdır.[1] 1855-ci ildə Rusiya–Yaponiya münasibətlərinin qurulmasından sonra Rusiya Xarici Ofisində yaponşünaslara tələb yaranmışdır.[1] 1870-ci ildə Sankt-Peterburq Universitetinin Şərq dilləri fakültəsində yapon dili tədris olunmağa başlanmışdır.[1] 1898-ci ildə Sankt-Peterburq Universitetində, 1900-cü ildə isə Vladivostok Şərqşünaslıq İnstitutunda yapon dili filologiyası kafedrası yaradılmışdır.[1]

XX əsr[redaktə | mənbəni redaktə et]

XX əsrin əvvəllərində Sankt-Peterburq Universitetində bir çox rus yaponşünas yetişmişdir: Otton Rozenberq, Nikolay İosifoviç Konrad, Yevgeni Polivanov, Sergey YeliseyevNikolay Nevski.[1] Universitetin yaponşünaslarından biri olan Dmitri Pozdneyev Vladivostok Şərqşünaslıq İnstitutunun direktoru olmuşdur.[1] Rusiya inqilabından sonra PetroqradMoskva şəhərlərində yeni yaponşünaslıq mərkəzləri yaradılmışdır.[1]

İkinci dünya müharibəsinə qədər Rusiyada yaponşünaslığın mərkəzi Leninqrad şəhəri idi.[1] 1933-cü ildə burada Yaponşünaslıq Assosiasiyası qurulmuşdur.[1] Müharibəyə qədər yaponşünaslıq tədqiqatları dil, ədəbiyyat, iqtisadiyyat, tarix, daxili və xarici siyasət, etnoqrafiya, adətlər və cəmiyyətin problemləri kimi mövzuları əhatə etmişdir.[1]

Müharibədən sonra Rusiyada və SSRİ-də yaponşünaslığın mərkəzi Moskva şəhəri olmuşdur.[1] 1970-ci illərin ortasında Moskvanın 11 institutunda 70 yaponşünas çalışırdı.[1] 1950-ci ildə Moskvada yenidən təşkil edilmiş Şərqşünaslıq üzrə SSRİ Elmlər Akademiyasının 1975-ci ildə 33 yaponşünası var idi.[1]

Yaponşünaslıq mərkəzləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). IV cild (J–Libe). Tokio: Kodansha. 1983. səh. 44. ISBN 0-87011-624-7. İstifadə tarixi: 9 sentyabr 2022.