Ruslan İzzətli

Ruslan Teymur oğlu İzzətli (18 aprel 1989, Ağdam rayonu) — azərbaycanlı siyasətçi. O, 2012–2013-cü illərdə Ümid Partiyasının sədr müavini, 2013-cü ildən 2021-ci ilə qədər isə "D18" Hərəkatının sədri olmuşdur.

Ruslan İzzətli
bayraq
Azərbaycan Ümid Partiyası sədrinin gənclərlə iş üzrə müavini
bayraq2
17 iyul 2012[1] – 10 oktyabr 2013[2]
Sədrİqbal Ağazadə
SonrakıXanlar Abbasov
Şəxsi məlumatlar
Doğum tarixi 18 aprel 1989(1989-04-18) (35 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi

Təltifləri "Füzulinin azad olunmasına görə" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ruslan İzzətli 1989-cu il aprelin 18-də anadan olub. 1993-cü ildə Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra İzzətlilər ailəsi Bərdə rayonunda yaşamağa başladılar. 1996–2007-ci illərdə Bərdə rayonunun Mehdixanlı kənd tam orta məktəbində təhsil alıb. 2008–2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) "İncəsənət tarixi" üzrə ali təhsil alıb. Bahçeşehir Universitetində "Qlobal siyasət və beynəlxalq münasibətlər" üzrə magistr dərəcəsi alıb. 2011-ci ildə Fransanın Strasburq şəhərində Avropa Şurasının nəzdində Siyasi Biliklər Məktəbində təhsil alıb. Ailəlidir. Bir övladı var.

Ruslan İzzətli 2009-cu ildə Bütöv Azərbaycan Gənclər Təşkilatının (BAGT) I Təsis Qurultayında sədr seçilib. 2012-ci ilə qədər BAGT sədri olub.

2012–2013-cü illərdə Ümid Partiyası İdarə Heyətinin üzvü və sədrin müavini olub. 2013-cü il Prezident seçimlərindən sonra partiya sıralarından istefa verib.

2013-cü il martın 18-dən "D18" Hərəkatının ilk sədri olmuşdur. 2015 və 2020-ci illərdə baş tutan Parlament seçimlərində 33 saylı Xətai Birinci dairəsindən namizəd olub.

7 dekabr 2023-cü il tarixində bir qrup siyasətçi və siyasi fəal ilə birlikdə "Üçüncü Respublika Platforması" Hərəkatının təsis olunduğunu elan edən videoçarx yayımlamışdır.[3]

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

2020-ci il mayın 25-də müddətli həqiqi hərbi xidmətə aparılıb. Azərbaycan Ordusunun əsgəri olan Ruslan İzzətli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 20 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Ruslan İzzətli "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

  1. "İqbal Ağazadədən yeni təyinat". 2023-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-10.
  2. "yarpaq tökümü-GÜNÜN İKİNCİ İSTEFASI". 2023-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-10.
  3. modern.az. "Azərbaycanda yeni siyasi təşkilat - III Respublika Platformasını kimlər yaradıb…". modern.az (az.). İstifadə tarixi: 2023-12-08.
  4. 1 2 İlham Əliyev. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 25 dekabr 2020. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2021.