Ruslan Nurudinov

Ruslan Şamileviç Nurudinov (tatar. Ruslan Şamil ulı Nurudinov, Руслан Шамил улы Нурудинов; özb. Ruslan Shamil'evich Nurudinov; 24 noyabr 1991, Əndican) — özbək ağır atleti. 105 kq çəkiyə qədər kateqoriyada çıxış etmiş, 2016 Yay Olimpiya Oyunlarının, 2013-cü il dünya çempionatının qalibidir. İki qat Asiya çempionu, 2018 Asiya oyunlarının qalibi.[2] Milliyətcə tatardır[3].

Ruslan Nurudinov
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 24 noyabr 1991(1991-11-24) (32 yaş)
Doğum yeri
Boyu 1,83 m
Çəkisi 109 kq
İdman növü ağır atletika

Ruslan Şamil və Gülçöhrə Nurudinovlar ailəsində anadan olub. Atası sürücü, anası həkim idi.

İdman karyerası

[redaktə | mənbəni redaktə et]

Ruslan Nuridinovun ən yüksək nailiyyəti 2016-cı il Rio-de-Janeyrodakı Olimpiya Oyunlarındakı qələbədir.

2013-cü ildə Polşada keçirilən dünya çempionatında Nurudinov ilk dəfə dünya çempionu oldu: birdən qaldırmada -190 kq, təkanda isə -235 kq nəticə göstərdi. Toplam 425 kq nəticə ilə də böyük qızıl medalı əldə etdi.

2014-cü ildə Almatıda keçirilən Dünya Çempionatında Ruslan Nurudinov Qazaxıstan və Rusiya ağır atletləri ilə birinci yer uğrunda gərgin mübarizə şəraitində dünya rekordunu müəyyən etdi: Təkanla 239 kq qaldırdı. Sonra rusiyalı David Bejanyan yeni dünya rekordunu müəyyən etdi - 240 kq. Nəhayət, qazaxıstanlı İlya İlyin yekun dünya rekordunu müəyyən etdi - 242 kq. Nəticədə Ruslan birdən qaldırmada (193 kq) birinci, təkanla qaldırmada üçüncü (239 kq), toplamda isə (432 kq) ikinci oldu.

Rio-de-Janeyroda keçirilən 2016 Yay Olimpiya Oyunlarında Nurudinov, diskvalifikasiya edilmiş İlyinin olmadığı halda birdən qaldırmada 194 kq nəticə ilə qazandı. Təkanda isə 237 kq çəki ilə olimpiya rekordunu müəyyən etdi. Cəmidə 431 kq ilə böyük qızıl medal qazandı.

2018-ci ilin noyabr ayında Aşqabadda keçirilən Dünya Çempionatında 109 kq çəki dərəcəsində çıxış etdi. 187 kq çəkini birdəfəyə qaldıra bilmədi. Lakin təkanda 227 kq çəki ilə kiçik bir bürünc medal qazana bildi.

22 dekabr 2018-ci ildə Beynəlxalq Ağır Atletika Federasiyasının dopinq-nəzarət xidməti Ruslanın 2012 London Olimpiyadasının dopinq nəticələrinin müsbət çıxdığını elan etdi. Onun qanında turinabol aşkar edilmişdir. İdmançını bir müddətlik yarışlardan uzaqlaşdırdılar[4][5].

2019-cu ilin may ayının sonunda İdman Arbitraj Məhkəməsi (CAS) Ruslan Nurudinovu 2012 Olimpiadasında antidopinq qaydalarını pozmaqda günahkar bildi. Ağır atletin Olimpiya nailiyyətləri, o cümlədən xalları ləğv olundu. Medallar və hədiyyələr müsadirə edildi.[6][7]

  1. 1 2 Sports-Reference.com (ing.).
  2. "Впервые в истории национальной тяжелой атлетики". 2018-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-10.
  3. "Олимпийский чемпион Руслан Нурутдинов вошел в список 500 самых влиятельных мусульман мира". 2018-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-06.
  4. Результаты перепроверки допинг-проб Arxivləşdirilib 2021-01-24 at the Wayback Machine (ing.)
  5. "Допинг-пробы пятерых тяжелоатлетов с Олимпиады-2012 дали положительный результат после перепроверки". 2018-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-06.
  6. "Результаты тяжелоатлета Руслана Нурудинова на Олимпиаде-2012 аннулированы" (rus). Газета.uz. 2019-05-28. 2019-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-02.
  7. "The CAS Anti-Doping Division issues its first awards: Weightlifters Mikalai Novikau and Ruslan Nurudinov found to have committed anti-doping rule violations at the London 2012 Olympic Games" (ingilis). www.tas-cas.org. 2019-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-02.