Ruslan Pirəliyev

Ruslan Pirəliyev (d. 5 dekabr 1994) — Azərbaycanlı uşu sandaçı.[1]

Ruslan Pirəliyev
Şəxsi məlumatlar
Tam adı Ruslan Pirəliyev
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (29 yaş)
İdman növü Uşu

Ruslan Pirəliyev 2013-cü ildə Azərbaycan bayrağı altında III İslam Həmrəyliyi Oyunlarına qatıldı. 65 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Ruslan Pirəliyev, 1/8 final mərhələsində Pakistan idmançısı Obaidullah üzərində 2:0 hesablı, 1/4 final mərhələsində Liviya idmançısı Hajj Çistian üzərində 2:0 hesablı, 1/2 final mərhələsində isə Türkmənistan idmançısı Jumaniyazov Qoçmirat üzərində 2:1 hesablı qələbə qazandı və yarışların həlledici, final görüşünə vəsiqə qazandı. Final görüşündə isə o, İran idmançısı Mohsen Məhəmmədsəifiyə 0:2 hesabı ilə məğlub oldu və və III İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.[2]

Ruslan Pirəliyev 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. 65 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Ruslan Pirəliyev, 1/4 final mərhələsində Pakistan idmançısı Abdullah üzərində 2:1 hesablı qələbə qazandı və yarışların yarım-final görüşünə vəsiqə qazandı. 1/2 final mərhələsinin görüşündə isə o, İran idmançısı Erfan Ahanqariyana 0:2 hesabı ilə məğlub oldu və və IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib oldu.[3]

  1. Əmirov, Məcid. "Uşu sanda üzrə millimiz İslam Oyunlarına hazırdı - FOTOLAR". modern.az (az.). 2024-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-29.
  2. "Azərbaycan idman tarixinin möhtəşəm görüntüləri - FOTOLAR". BiG.Az (az.). 2024-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-29.
  3. "Azərbaycan "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub". Report İnformasiya Agentliyi (az.). 2020-06-21. 2024-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]