Xəzər külməsi (lat. Rutilus caspicus ) — Chordata tipinin növüdür. Çox saylı yerli növdür.
Xəzər külməsi | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Dəstəüstü: Ranqsız: Ranqsız: Dəstə: Fəsiləüstü: Fəsilə: ???: Xəzər külməsi |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Beli yaşılımtıl, böyürləri və qarnı gümüşüdür. Kürütökmədən əvvəl erkək fərdlərin bədəni xırda epitel çıxıntıları ilə örtülü olur. Azərbaycan sularından ovlanmış ən iri fərdinin uzunluğu 37 sm, kütləsi 700 q, yaşı isə 6 il olmuşdur.[1]
Yarımkeçici balıq olub, dənizin çaylara yaxın sahələrində yaşayır. Kürü tökmək üçün Kiçik Qızılağac körfəzinə, Dəvəçi limanına və Xəzərə tökülən çaylara girir. Varvara, Mingəçevir, Yenikənd, Şəmkir, Naxçıvan su anbarlarında, Kür ətrafı göllərdə daim şirin suda yaşayan populyasiyaları vardır. Ömrünün uzunluğu orta hesabla 5-6 ildir, cinsi yetkinliyə 2-3 yaşlarında çatır, fərdi inkişaf forması tam çevrilmə şəklindədir.[2] Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd formasında olur.
Xəzər dənizində morfoloji əlamətlərinə görə fərqlənən 3 populyasiyası (Şimali Xəzər, Türkmənistan və Azərbaycan) qeydə alınmışdır. Azərbaycan sularında yarımkeçici və şirinsu populyasiyaları vardır. Azərbaycanda Kür-Araz hövzəsində, Kiçik Qızılağac körfəzində, Dəvəçi limanında, Xəzər dənizi sahili boyu Samurdan Astaraya qədər və buraya tökülən çaylarda, kanallarda yayılmışdır.
Azərbaycanda 4 növünün nümayəndələri yayılmışdır: Xəzər külməsi - Rutilus rutilus caspicus (Jakowlew, 1870), Şirvan külməsi - Rutilus atropatenus Derjavin, 1937, Soyuqbulaq külməsi - Rutilus sojuchbulagi Abdurahmanov, 1950 və Kütüm (ziyad) — Rutilus frisii kutum (Kamensky, 1901). Bu növlərdən birinin (Soyuqbulaq külməsi) nəslinin kəsilməsi ehtimal olunur. Su hövzələrinin çirklənməsi, təbii kürüləmə yerlərinin sıradan çıxması, limitdən artıq ovlanma və digər antopogen amillər.
Çoxalması kürüləmə yolu ilə gedir. Fitofil balıqdır, kürüsünü bitkilər üzərinə tökür. Kürüləmə vaxtı suyun temperaturu 19.2 – 21.8 C° olur. Reproduktivlik forması kürü şəklində olur. Məhsuldarlığı 12.5 minlə 89.6 min kürü arasında dəyişir. Reproduktivliyin periodu ildə bir dəfə olmaqla hər il baş verir. Generasiyaların sayı orta ömrün uzunluğundan asılı olaraq 3-4 dəfə olur.[3]
Bentosla qidalanan balıqdır. Molyusklarla, xironomid sürfələrilə, yanüzən xərçənglərlə, diatom yosunlarla, su bitkilərilə və digər canlılarla qidalanır. Biomüxtəlifliyin bir kompanentidir, əsasən su onurğasızları ilə qidalanır, özü isə yırtıcı balıqların, sürünənlərin, balıqyeyən quşların və məməlilərin qidasını təşkil edir.
Yırtıcı balıqlar (durnabalığı, sıf), su ilanları, su-bataqlıq quşları, suitilər və balıq parazitləri.
Ov və vətəgə əhəmiyyətlidir. Ziyanvericilik xüsusiyyəti yoxdur.
Ovunun tənzim olunması barədə qanın qəbul edilmişdir. Coxalma vaxtı çaylara girişinə imkan yaradılmalı, həmin ərazilərdə intensiv ovlanmasının qarşısı alınmalıdır. Su anbarlarında balığın çoxalması vaxtı suyun səviyyəsini normal vəziyyətdə saxlamaq, ovlama işində nəzarəti gücləndirmək.