Rza İsmayılov (tütünçü)

İsmayılov Rza Paşa oğlu (1905-ci il, Kəngərli rayonunun Qıvraq qəsəbəsi28.11.1967, Kəngərli rayonunun Qıvraq qəsəbəsi) — əmək qabaqcılı. Sosialist əməyi qəhrəmanı (1949). Böyük Vətən müharibəsinin (1941-1945) iştirakçısı.[1]

Rza İsmayılov
Rza Paşa oğlu İsmayılov
Doğum tarixi
Doğum yeri Qıvraq, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Qıvraq, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Atası Paşa
Milliyyəti azərbaycanlı
Mükafatları Sosialist Əməyi Qəhrəmanı; "Lenin" ordeni "Oraq və Çəkic" qızıl medalı laureatı.
  • 1905-ci ildə İrəvan quberniyasının Naxçıvan qəzasının Qıvraq kəndində (hazırda Qıvraq qəsəbəsi Azərbaycan Respublikasının Naxçıvan MR-nın Kəngərli rayonununda inzibati ərazi vahididir).
  • Böyük Vətən müharibəsinin (1941-1945) iştirakçısı olub.
  • Əmək fəaliyyətinə Noraşen rayonunun "Qırmızı Oktyabr" kolxozunda başlamışdır.
  • 1948-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur.
  • Qıvraq kəndindəki Nəriman Nərimanov adına kolxozda briqadir (1956-1966) işləmişdir.
  • Naxçıvan MSSR Ali Sovetinin (2-ci çağırış) deputatı seçilmişdir.
  • 1967-ci il noyabrın 28-də doğma kəndində vəfat etmişdir.[1]

SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə 1949-cu il martın 14-də yüksək miqdarda tütün məhsulu əldə edilməsindəki xidmətinə görə İsmayılov Rza Paşa oğluna Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. O həm də "Lenin" ordeni"Oraq və Çəkic" qızıl medalı ilə təltif olunmuşdur.

  1. 1 2 Naxçıvan Ensiklopediyası / V.Y. Talıbov. — Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr. — Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2005. — 2 cilddə. 1-ci cild — Səh.: 277. — ISBN 5-8066-1468-9.