Rza Mirkərimi — əslən azərbaycanlı olan iranlı kinorejissor və ssenarist[1].
Rza Mirkərimi | |
---|---|
fars. رضا میرکریمی | |
Doğum tarixi | |
Doğum yeri | Zəncan, İran |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı | İran |
Fəaliyyəti | kinorejissor, ssenarist, prodüser |
Fəaliyyət illəri | 1999-cu ildən |
Təhsili | |
IMDb | ID0591925 |
rezamirkarimi.com | |
Vikianbarda əlaqəli mediafayllar |
1966-cı ildə Zəncanda azərbaycanlı ailəsində anadan olub. Tehran Təsviri İncəsənət Universitetini bitirib. İlk dəfə 1987-ci ildə "Onun üçün" adlı qısametrajlı filmini çəkib. Sonradan bir müddət idman mövzulu sənədli filmlər və teleseriallar çəkib. İlk tammetrajlı filmi olan "Uşaq və əsgər" filmi 2000-ci ildə ekranlara çıxıb və çox böyük əks səda doğruraraq müxtəlif mükafatlara layiq görülüb[2].
Çəkildiyi il | İngiliscə adı | Tərcüməsi | Mükafat |
---|---|---|---|
2000 | The Child And The Soldier | Uşaq və əsgər | 2000-ci ildə Monreal Dünya Film Festivalında Qrand Pri mükafatı namizədi 2000-ci ildə Üç Qitə Film Festivalında Gümüş Monqolfye mükafatı 2000-ci ildə Üç Qitə Film Festivalında Gənc Tamaşaçılar mükafatı 2000-ci ildə Fəcr Beynəlxalq Film Festivalında ən yaxşı rejissor fəxri fərmanı 2000-ci ildə Üç Qitə Film Festivalında Gümüş şar mükafatı 2001-ci ildə Zlin Film Festivalında Qızıl Ayaqqabı mükafatı |
2001 | Under The Moonlight | Ay işığı altında | 2001-ci ildə San Paulo Beynəlxalq Film Festivalında Jüri mükafatı 2001-ci ildə Tokyo Beynəlxalq Film Festivalında Ən yaxşı rejissor mükafatı 2001-ci ildə Beyrut Beynəlxalq Film Festivalında Xüsusi jüri mükafatı 2001-ci ildə Tokyo Beynəlxalq Film Festivalında Xüsusi jüri mükafatı 2001-ci ildə Fəcr Beynəlxalq Film Festivalında Xüsusi jüri mükafatı 2001-ci ildə Kann kinofestivalında “Tənqid həftəsi” mükafatı 2002-ci ildə Dehli Beynəlxalq Film Festivalında Gümüş Tovuzquşu Xüsusi jüri mükafatı |
2002 | Here Is A Shining Light | Burdakı parlaq işıq | 2002-ci ildə Asiya-Sakit okean Film Festivalında ən yaxşı ssenarı mükafatı 2003-cü ildə Fəcr Beynəlxalq Film Festivalında Büllur Simurq mükafatı 2004-cü ildə Bali Beynəlxalq Film Festivalında Xüsusi jüri mükfatı |
2005 | So Close, So Far | Çox uzaq çox yaxın | 2005-cü ildə Fəcr Beynəlxalq Film Festivalında Büllur Simurq mükafatı |
2008 | As Simple as That | Daha asan | 2008-ci ildə 30-cu Moskva Beynəlxalq Film Festivalında Qızıl Müqəddəs Georgi mükafatı [3] 2008-ci ildə 30-cu Moskva Beynəlxalq Film Festivalında Rusiya kino mütəxəsisləri və kino tənqidçiləri mükafatı 2008-ci ildə Fəcr Beynəlxalq Film Festivalında ən yaxşı rejissor nominasiyasında Büllur Simurq mükafatı |
2011 | A Cube of Sugar | Bir kəllə qənd | 2012-ci ildə Kazan Beynəlxalq Müsəlman Film Festivalında Xüsusi jüri mükafatı 2012-ci ildə İbn Ərəbi Beynəlxalq Film Festivalında Ən yaxşı film mükafatı 2013-cü ildə Kazan Beynəlxalq Müsəlman Film Festivalında Ən yaxşı film mükafatı |
2014 | Today | Bu gün | 2014-cü ildə Rabat Beynəlxalq Film Festivalında Ən yaxşı film mükafatı 2015-ci ildə Tallin Qara Gecələr Film Festivalında Xüsusi jüri mükafatı 2015-ci ildə Tallin Qara Gecələr Film Festivalında FIPRESCI mükafatı 2015-ci ildə Cines del Sur Film Festivalında Auditoriya mükafatı və Bürünc Alhambra mükafatı 2016-cı ildə Dəkkə Beynəlxalq Film Festivalında Mənəviyyət bölməsi mükafatı |
2016 | Daughter | Qız | 2016-cı ildə Fəcr Beynəlxalq Film Festivalında Büllur Simurq mükafatı 2016-cı ildə Moskva Beynəlxalq Film Festivalında Qızıl Müqəddəs Georgi mükafatı 2016-cı ildə Rus Film Klubları Federasiyasının Ən yaxşı film mükafatı 2016-cı ildə Fəcr Beynəlxalq Film Festivalında Ən yaxşı film və Ən yaxşı rejissor mükafatları 2016-cı ildə Hindistan Beynəlxalq Film Festivalında Ən yaxşı film nominasiyasında Qızıl tovuzquşu mükafatı [4] |