Söhrab Arabov

Söhrab Əfəndi oğlu ArabovAzərbaycan teatr təssamı, 1989-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü. 2002-ci ildə quruşuçu rəssam olduğu teatr tamaşası "Qızıl Dərviş" mükafatına layiq görülüb. 2010-cu ilin dekabr ayında Azərbaycan Rəssamlar İttifaqının sərgi salonda onun yaradıcılığına həsr olunmuş sərgi təşkil edilmişdir.

Söhrab Arabov
Söhrab Əfəndi oğlu Arabov
Doğum tarixi
Doğum yeri Nuxa - (Şəki) şəhəri
Uşağı
  • Rəvanə Qurbanova[d]
Fəaliyyəti rəssam
Janr avanqard üslubu
Stil tetr-rəssamlığı

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1974-cü ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib. 1976-cı ildən Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının quruluşçu rəssamdır.

Müxtəlif illərdə (1990, 1991, 1994) Azərbaycan Mədəniyyət Nazirliyini tərəfindən təşkil olunmuş sərgilərdə, həmçinin Moskvadakı "Mona Liza" (1995), İstanbuldakı "Bilim", (1997) qalereyalarının, Bakıdakı "Səttar Bəhlulzadə" qalereyasının (2008) və Muzey Mərkəzinin (2007, 2008) sərgilərində iştirak edib.

Rəssamın əsərləri Azərbaycanın müxtəlif rəsm fondlarında, muzeylərdə, o cümlədən 60-dan çox əsəri ABŞ, Almaniya, Fransa, Norveç, Rusiya, Türkiyə və başqa ölkələrdə şəxsi kolleksiyalardadır.

2010-cu illin 20 dekabr – 28 dekabr tarixləri arasında isə Bakıda – Azərbaycan Rəssamlar İttifaqının sərgi salonda, onun yaradıcılığına həsr olunmuş sərgi təşkil edilmişdir. Bu sərgidə Söhrab Arabovun avanqard üslubda, yağlı boya ilə kətan üzəridə işlədiyi 55 rəsm əsəri nümayiş etdirilib. Sərginin açılışında Mədəniyyət Nazirliyinin bir sıra rəsmiləri, bəzi xarici ölkə səfirliklərinin işçiləri, bir çox görkəmli mədəniyyət və incəsənət xadimləri, o cümlədən, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Respublikasının xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə və digər şəxslər iştirak etmişlər.