Söyüdyarpaq ağlarot

Söyüdyarpaq ağlarotu (lat. Lythrum salicaria) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin ağlarotukimilər fəsiləsinin ağlarotu cinsinə aid bitki növü.

Söyüdyarpaq ağlarotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Söyüdyarpaq ağlarotu boreal coğrafi tipinin palearktik sinfinə aiddir. Avropa, İran, Monqolustan, Hindistan, Çin, Koreya, Tibet, Şimali Afrika, Şimali Amerika, Avstraliya, Rusiya və Qafqazda yayılmışdır. Azərbaycanın bütün rayonlarında arandan yuxarı dağ qurşağına kimi (dəniz səviyyəsindən 1900 m qədər) bitir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 25-130 sm olan yumşaq tüklü, çoxillik bitkidir. Gövdəsi düz, budaqsız və ya budaqlanandır. Yarpaqları 5-10 sm uzunluqda, 1-2 sm enində oturaq, qarşılıqlı və ya növbəli, lansetvari, uzunsov-lansetvari, bəzən uzunsov və ya yumurtavari-uzunsovdur, hər iki tərəfdən tüklüdür. Çiçəkləri 1-2 mm uzunluqda, sümbülvari çiçəkqrupuna toplanmışlar, al-qırmızı, bəzən çəhrayı rəngdədir. Qutucuq 3-5 mm, toxumları uzunsov-yumurtavari, sivriləşmiş, açıq qəhvəyi rəngdə, 1 mm uzunluqdadır. İyun-sentyabr aylarında çiçəkləyir və meyvə verir.

Hiqromezofitdir, meşə-kol, sahilyanı, çal-çəmən və alaq bitkilik tiplərində rast gəlir. Quru çaylaqlarda, çay, göl və bulaq kənarlarında, meşələrdə, kolluqlarda, nəmli yerlərdə, çəmənlərdə, bağlarda, bostanlarda, əkinlərdə bitir, çox vaxt böyük çəhrayı rəngdə ləkələr əmələ gətirir. Saponin, flavonoid, efir yağı, C vitamini, aşı maddələri, fenolkarbon turşuları, gətran, eləcə də antosianlarla zəngindir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan yuxarı dağ qurşağına kimi yayılmışdır. Quru çaylaqlarda, çay, göl və bulaq kənarlarında, meşələrdə, kolluqlarda, nəmli yerlərdə, çəmənlərdə, bağlarda, bostanlarda, əkinlərdə bitir. Azərbaycan florasında bu cins 6 növlə təmsil olunmuşdur, onlardan 3-ü dərman bitkisidir.

Yeməlidir bitkidir. Eksperimental, xalq və Tibet təbabətində, eləcə də homeopatiyada geniş tətbiq edilir. Əsasən mədə-bağırsaq, yuxarı nəfəs yolları, dəri-zöhrəvi, əsəb-sinir, qadın, dizenteriya, revmatizm, epilepsiya xəstəlikləri, həmçinin ishal, qanaxma, babasil, soyuqdəymə, ilan vurma və quduz heyvanların dişləməsi zamanı istifadə olunur. Antibakterial, antioksidant, diuretik, ağrıkəsici, büzüşdürücü, yarasağaldıcı, hemostatik, öskürəyə, qıcolmaya və iltihab proseslərinə qarşı təsirə malikdir. Müalıcə məqsədi ilə bitkinin yerüstü hissəsi, yarpaqları, çiçəkləri, toxumları və kökü istifadə edilir. Cövhər, dəmləmə, tinktura və kompreslər. Yaponiyada susuzluğu yatırdmaq üçün istifadə edilir. Dekorativ, boyaq, bal və çiçək tozu verən bitkidir.

  • Chabraea vulgaris Bubani
  • Lythrum anceps (Koehne) Makino
  • Lythrum argyi H. Lév.
  • Lythrum intermedium Ledeb. ex Colla
    • Lythrum salicaria var. anceps Koehne
    • Lythrum salicaria var. glabrum Ledeb.
    • Lythrum salicaria subsp. intermedium Hara
    • Lythrum salicaria var. intermedium (Ledeb. ex Colla) Koehne
    • Lythrum salicaria var. mairei H. Lév.
    • Lythrum salicaria var. salicaria
    • Lythrum salicaria var. tomentosum (Mill.) DC.
  • Lythrum tomentosum Mill.[2]
  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 446.
  2. Söyüdyarpaq ağlarotu:''The Plant List saytında takson barədə məlumat. (ing.)