Elif Eylül

Polad Ələmdar

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Polad Ələmdar

Qurdlar Vadisi, Qurdlar Vadisi Terror və Qurtlar Vadisi Pusqu teleseriallarında Necati ŞaşmazRaci Şaşmaz canlandırdığı obraz. (1–97)

Qurdlar Vadisi teleserialında Özgü Namal tərəfindən canlandırılmış obraz. (1–97)

16 fevral 1979-cu ildə doğulub. Gənc yaşda atasını itirib. O, anası Ayşə Eylül və qardaşı Ərən Eylül ilə həyat mübarizəsi apararkən Əli Candan ilə tanış olub. Əli Candan ilə lisey illərindən bəri sevgili olan gənc qadın onun qəfil ölümü ilə sarsılmışdır.

Daha sonra Polad Ələmdarla qarşılaşıb və özünü mafiyanın içində tapıb. Bütün bu çaşqınlıq içində təxmin edə bilmədiyi; Əli Candan və Polad Ələmdarın eyni adam olması idi.

Elif nə qədər Əliyə sadiq qalmaq istəsə də, Polad onun ağlını başından almışdı. Polad Ələmdara onun əslində keçmiş sevgilisi olduğunu bilmədən yenidən aşiq olur, amma sevgilərinin arasında həmişə üçüncü şəxs olur; Əli Candan. Elif heç vaxt ondan tamamilə əl çəkməmiş və Polad vəzifəsi ucbatından içindəki Əlini həmişə gizlətmişdir.

Elif üsyankar, qorxmaz, gözü qara və gözəl qızdır. Poladın zəif tərəfidir və düşmənləri onu qorxutmaq üçün kozır kimi istifadə ediblər, amma Polad hər səfərində son anda gələrək sevgilisini qurtarır. Elif iti dili ilə aləmin "Sərt yengə"sinə çevrilib. Lazım olanda hətta Poladı da tənqid edəcək qədər gözü qaradır.

Elif əvvəlcə Canan Çavanla çalışsa da, sonradan öz hüquq ofisini yaradıb. O, teleserialın bir bölümündə də İstanbul Universitetinin Hüquq fakültəsini birinciliklə bitirdiyini və Süleyman Çakırın vəkili kimi davranaraq onu həbsdən xilas etdiyini və bununla da hörmətini qazandığını bildirib. O, haqq-ədalət uğrunda cəsarətlə mübarizə aparıb, adını vadiyə "Vəkil qız" kimi yazdırıb. Sonrakı bölümlərdə Süleyman Çakırın vəkili oldu və adı aləmdə mafiya vəkili kimi tanındı.

Polad Ələmdarın Tapınaqçıların əmrinə tabe olmaması nəticəsində törədilən yol qəzasında ağır yaralanan Elif, qəzadan 11 bölüm sonra xəstəxanada Poladın Əli olduğunu Nazifə anadan öyrənir və şoka düşür. Qurdlar Vadisinin 97-ci bölümündə vegetativ vəziyyətdə olarkən Polad Ələmdar ona sonuncu dəfə baş çəkir və onun kompüterə bağlı yaşamasını istəmədiyi üçün elektrik enerjisindən ayrılır və ölür. Ölümündən sonra da onu asanlıqla unuda bilməyən Polad anasının istəyi ilə evləndiyi Ebru Duruya "Səni sevirəm Elif!" deyərək böyük bir səhv etmiş, Ebrudan olan qızının adınıda Elif qoymuşdur.

Qurdlar Vadisi serialında Səlcuq Yöntəmin canlandırdığı obraz. (1–55)

Süleyman Çakır

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Süleyman Çakır

Qurdlar Vadisi teleserialında Oqtay Qaynarcanın canlandırdığı Alaətdin Çakıcıdan ilhamlanan obraz.

border=none Əsas məqalə: Məmati Baş

Qurdlar Vadisi, Qurdlar Vadisi Terror və Qurdlar Vadisi Pusqu teleseriallarında Gürkan Uyğunun canlandırdığı obraz. (1–97)

Qurdlar Vadisi teleserialında Nihat Nikerelin canlandırdığı obraz. (3–63)

Aləmdə Seyfo dayı kimi tanınan Seyfullah Yördəm veteran qabadayı Duran Şatıroğlunun ən sadiq adamı olub. Duran əmmi bəzən ona İspartalı olduğu üçün Güllü deyirdi. Duran əmminin sözlərinə görə, o, bir neçə dəfə həcc ziyarətinə gedib, lakin əsas məqsədi Hicaza qızılgül yağı keçirmək olub. Duran əmmi vəfat etdikdən sonra bacısı oğlu kimi tanıdığı və əsl şəxsiyyətini heç vaxt öyrənə bilmədiyi Polad Ələmdarın ən sadiq dostu olur. Güllü Ərhanın öz dayısıdır. O, heç vaxt evlənməyib və qadınlarla həmişə soyuq münasibətdə olub. Polad Ələmdar, Süleyman Çakır və Məmati Baş; Seyfo dayının qadınlara soyuq münasibətini həmişə ələ salıblar. Seyfo dayı başına bir pislik hadisə gələndə və ya bacısı oğulları tərəfindən "şişdirildikdə" "mineral su" içir. Bu onu tez-tez mineral su içən şəxs kimi məşhurlaşdırıb.

Əbdülhey Çoban

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Əbdülhey Çoban

Qurdlar Vadisi, Qurdlar Vadisi Terror və Qurdlar Vadisi Pusqu teleseriallarında Kənan Çobanın canlandırdığı obraz. (30–97)

Qurdlar Vadisi, Qurdlar Vadisi Terror və Qurdlar Vadisi Pusqu seriallarında Qədir Çərmik tərəfindən səsləndirilib; Ərhan Ufakın canlandırdığı obraz. (34–97)

(1976–…) Güllü Ərxan kimi tanınır. O, anasının xahişi ilə öz kəndindən İstanbula əmisi Seyfonun yanına gəlmişdi. Seyfo bacısı oğlu Ərxanın kəndinə qayıtmasını israr etsə də, Ərxan getmək istəmirdi. Zamanla Polad Ələmdarın verdiyi vəzifələri yerinə yetirdiyi üçün Polad Ələmdar tərəfindən komandaya cəlb edildi. Komandada Ərxan əvvəlcə Əbdülhey Çobanla dostluq qurub və birlikdə performans göstəriblər. Əbdülheyin "Əbdül" deyərək ixtisar etməsi onu bezdirsə də, heç vecinə də almayıb.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]