Süleyman Əsgəri (türk. Süleyman Askerî) (d. 1884, Prizren, Osmanlı İmperiyası - ö. 14.04.1915, Bəsrə, Osmanlı İmperiyası) — Osmanlı əsgəri.
Süleyman Əsgəri | |
---|---|
türk. Süleyman Askerî | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Prizren |
Vəfat tarixi | |
Vəfat yeri | Bəsrə |
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1902-1915 |
Rütbəsi | Baş məmur |
Döyüşlər |
İtaliya-Osmanlı müharibəsi Balkan müharibələri Birinci Dünya müharibəsi |
Vikianbarda əlaqəli mediafayllar |
1902-ci ildə Hərbi məktəbi, 1905-ci ilin 5 noyabrında isə Osmanlı Hərbi Kollecini bitirmişdir. Selanikdəki Üçüncü ordunun tərkibində olan monastıra təyin edildi. Monastırda qaldığı müddət ərzində İttihad və Tərəqqi Cəmiyyətinə qoşuldu. Plovdivin ən tanınmış ailələrdindən birinin qızı olan Fadimə xanım ilə ailə həyatı qurdu. Fatimə və Dilək adlarında iki övladı dünyaya gəldi. 7 iyul 1908-ci ildə Şəmsi Paşaya qarşı sui-qəsd təşkil edən Atıf Əfəndini müdafiə etdi Jön türklər dövrünə qoşuldu. Quşçubaşızadə Əşrəfin ən yaxın dostu idi. Bacısı Mustafa Kamal Atatürkün ən yaxın küçmiş dostu olan Mehmet Nuri Conker ilə evli idi.
1909-cu ildə böyük kapitan rütbəsinə yüksəldi və Bağdad Jandarmasına təyin edildi. 1911-ci ildə İtaliyanın Tripolitaniyaya hücum etməsi ilə əlaqədar olaraq oraya göndərildi və Benqazidəki döyüşlərdə iştirak etdi. 1912-ci ildə Balkan müharibələri baş verdiyi dövrdə Trabzon Rədif Şöbəsinin Baş qərargahına təyin edildi. Müharibədən sonra 31 avqust-25 oktyabr 1913-cü il tarixləri arasında Qərbi Trakya Müstəqil Hökumətinin hərbi şöbənin rəhbəri oldu. 13 noyabr 1913-cü ildə əsası qoyulan Təşkilat-i Məxsusanın rəhbəri vəzifəsinə təyin edildi.
Osmanlı İmperiyasının Birinci Dünya müharibəsində Almaniyanın müttəfiqi olduğu vaxtlarda Təşkilat-i Məxsusanın rəhbəri vəzifəsində 20 dekabr 1914-cü ildə İraq Regional Komandanlığına təyin edildi. İraq cəbhəsində Şuaybe döyüşündə tabeliyində olan qoşunun 14 aprel 1915-ci ildə ingilis ordusuna məğlub olmasından sonra tapança ilə intihar etmişdi.