Yaşar Qaraxan oğlu Abdulov (1 iyul 1946, Yardımlı – 30 noyabr 2012) — Azərbaycan pedaqoqu və dövlət xadimi, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı (2001–2005).
Yaşar Abdulov | |
---|---|
15 fevral 2001 – 13 may 2005 | |
Əvvəlki | Əli Quliyev |
Sonrakı | Süleyman Mikayılov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 iyul 1946 |
Doğum yeri | |
Vəfat tarixi | 30 noyabr 2012 (66 yaşında) |
Təhsili |
|
|
|
Təltifləri |
|
Yaşar Qaraxan oğlu Abdulov 1 iyul 1946-cı ildə Yardımlıda anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakültəsini bitirmişdir.[1]
Əmək fəaliyyətinə 1968-ci ildə riyaziyyat müəllimi kimi başlamış, 1971-ci ilədək Əsədabad kənd səkkizillik və 2 saylı Yardımlı qəsəbə məktəblərində müəllim işləmişdir. 1971–1972-ci illərdə Azərbaycan LKGİ Yardımlı Rayon Komitəsində şöbə müdiri vəzifəsində çalışmışdır. 1972–1973-cü illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçmiş, ordudan tərxis olunduqdan sonra yenidən pedaqoji fəaliyyətə qayıdaraq 1973-cü ildən 1982-ci ilədək Yardımlı qəsəbə 2 saylı orta məktəbində müəllim işləmişdir. 1982-ci ilin iyun ayından 1990-cı ilin oktyabr ayınadək Yardımlı Qəsəbə Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri işləmiş, 1990-cı ilin oktyabr ayından 1994-cü ilin aprel ayınadək Yardımlı Rayon XDS sədrinin müavini vəzifəsində çalışmışdır. Paralel olaraq 1991–1994-cü illərdə Bakı Dövlət Sosial İdarəetmə və Politologiya İnstitutunda ikinci ali təhsil almışdır.[2]
Yaşar Abdulov 1994-cü ilin may ayından 2001-ci ilin fevral ayınadək Yardımlı Rayon İcra Hakimiyyəti başçısının müavini, birinci müavini, 2001-ci ilin fevral ayından 2005-ci ilin may ayınadək isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləmişdir.[2]
"Əməkdə fərqlənməyə görə" medalı və "Qabaqcıl maarif xadimi" döş nişanı ilə təltif edilmişdir.[1]
Yaşar Abdulov 30 noyabr 2012-ci ildə vəfat etmişdir.