Arif İmaməli oğlu Axundov (1926, Quba – 23 iyun 1986, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR Nazirlər Sovetinin işlər müdiri (1980–1986), Azərbaycan SSR Ali Sovetinin X və XI çağırış deputatı.
Arif Axundov | |
---|---|
27 mart 1980 – 23 iyun 1986 | |
Əvvəlki | Süleyman Tatlıyev |
Sonrakı | Mikayıl Nəzərov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1926 |
Doğum yeri | |
Vəfat tarixi | 23 iyun 1986 |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Təhsili | |
|
|
Təltifləri |
Arif İmaməli oğlu Axundov 1926-cı ildə Quba şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1944-cü ildən 1947-ci ilədək Sovet Ordusu sıralarında hərbi xidmət keçmişdir.[1] 1948-ci ildən fabrik-zavod təhsili və sənət məktəblərində tərbiyəçi, direktorun siyasi kütləvi iş üzrə köməkçisi olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1958-ci ildən Azərbaycan Kommunist Partiyası Dzerjinski və Lenin rayon və Bakı şəhər komitələrinin təlimatçısı olmuş, Bakı Şəhər Partiya-Dövlət Nəzarəti Komitəsində inspektor vəzifəsində çalışmışdır.[2]
Arif Axundov 1963–1971-ci illərdə Azərbaycan KP Qaradağ Rayon Komitəsinin ikinci katibi, Qaradağ Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur. 1971-ci ildən 1980-ci ilədək Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini, 1980-ci ildən həyatının sonunadək Azərbaycan SSR Nazirlər Sovetinin işlər müdiri vəzifələrində işləmişdir.[1]
Arif Axundov 1955-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, X və XI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuşdur.[2] "Qırmızı əmək bayrağı", "Xalqlar dostluğu" ordenləri, SSRİ medalları, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif edilmişdir.[1]
Arif Axundov ağır xəstəlikdən sonra 1986-cı il iyunun 23-də 60 yaşında vəfat etmişdir. II Fəxri Xiyabanda dəfn olunmuşdur.[1]