Süleyman Mirzə — I Təhmasibin ikinci xanımı Sultan Ağa xanımdan olan oğlu, Səfəvi şahzadəsi.[1]
Süleyman Mirzə | |
---|---|
Doğum tarixi | 28 mart 1554 |
Doğum yeri | |
Vəfat tarixi | 2 noyabr 1576 (22 yaşında) |
Dəfn yeri | |
Atası | Şah Təhmasib Səfəvi |
Anası | Sultan Ağa xanım |
Süleyman mirzə 28 mart 1554-cü ildə Naxçıvanda doğulmuşdu. Dayısı məşhur Şəki valisi Şamxal sultan olmuşdur. Şahın əmri ilə lələlərinin himayəsi altında Şiraz (1555-58) və Məşhəd (1567-73) hakimi olmuşdur.[2] 1570-ci ildən atasının yanında yaşamışdır.[3]
1576-cı ildə I Təhmasibin ölümündən sonra Əmiraslan bəy Əfşar, Xüləfa Rumlu və dayısı Şamxal sultan Süleyman mirzəyə dəstək olaraq onu hakimiyyətə gətirmək istəsələr də, II İsmayılın tərəfdarlarının çoxluğu üzündən bu fikrdən daşındılar.[4] 22 avqust 1576-cı ildə II İsmayıl taxta çıxdı və tacqoyma mərasimi keçirildi. Məhz bundan sonra şahzadələrin öldürülməsinə başlanıldı.[5]
İsmayıl taxta çıxdıqdan sonra ilk əvvəl öz hakimiyyətini möhkəmləndirməyi qərara aldı. Bu məqsədlə o, sülalədən taxt-taca namizəd ola biləcək şəxslərin zərərsizləşdirilməsini zəruri hesab etdi. Heydər mirzənin ölümündən sonra isə şahzadə Süleymanın öz bacısı Pərixan xanım və çərkəzlərin başçısı Şamxal tərəfindən taxta namizəd irəli sürüldüyünü unuda bilmirdi.[6]
Beləliklə şahın əmri ilə qardaşı Mustafa mirzə Pirə Məhəmməd xanın, Süleyman mirzə isə dayısı Şamxalın himayəsinə göndərildi. Və hər iki şahzadə şahın fərmanı ilə qətl edildilər.[7][8][9] Süleyman mirzə 1576-cı il noyabrın 1-nə keçən gecə dayısı Şamxal sultanın əli ilə öldürüldü.[10]