Sürət həddi və ya Overdrayv (fr. Overdrive) — Rejissor Antonio Neqretin[4] çəkdiyi fransız döyüş filmidir. Filmin süjet xətti maşın oğurluğu ilə məşğul olan iki macəraçı qardaşın Fransanın Marsel şəhərinə gəlməsi və burada böyük bir cinayətkar şəbəkənin qəddar lideri ilə görüşündən və bundan sonrakı hadisələrdən bəhs edir. Filmin baş rollarında Skut İstvud və Freddi Torp çəkilmişdirlər. Filmin Rusiyada premyerası 20 iyul 2017-ci ildə baş tutmuşdur.[5]
Sürət həddi | |
---|---|
ing. Overdrive | |
Janr | triller filmi, döyüş filmi, soyğun filmi |
Rejissor | Antonio Neqret |
Prodüser |
|
Ssenari müəllifi |
|
Baş rolda |
|
Operator | Loran Bares |
İstehsalçılar |
Kinology Sentient Pictures uMedia Family |
Distribütor | Netflix, Hulu[d] |
İlk baxış tarixi | 2016, 29 iyun 2017, 11 avqust 2017, 6 iyul 2017[3] |
Müddət | 94 dəq. |
Büdcə | 24.3 milyon€[1] |
Gəlir | 9.6 milyon $[2] |
Ölkə | |
Dil | ingilis dili |
IMDb | ID1935194 |
Peşəkar şəkildə həyata keçirdikləri avtomobil oğurluqları ilə bütün Avropanın cinayət aləminə səs salmış Endru və Qarrett Foster qardaşları, Fransanın cənubundakı son oğurluqları zamanı işləri korlayırlar. Belə ki, mafiya başçısı Cakomo Moryerin Bugattisini oğurlamağa cəhd etdikləri zaman yaxalanırlar. Moryer, sağ qalmaları üçün onların qarşısına bir şərt qoyur — ən böyük rəqibi olan Maks Klempin çox dəyərli Ferrari 250 GTO markalı avtomobilini oğrulamalıdırlar və bunun üçün onların sadəcə olaraq 1 həftə vaxtları vardır.
Filmdə Mettyu Qud, Aleks Pettifer, Qarrett Hedlund, Ceymi Bell, Ben Barns, Karl Urban, Sem Klaflin və Emiliya Klark da rol almışdırlar.[6][7]
The Hollywood Reporter bu filmi formal (şablon) və axmaq, lakin xoşbəxtlikdən tamamilə uzaq olmayan bir parodiya kimi qiymətləndirmişdir.[8] Tənqidçi Anna Kuzminanın fikrincə, “Sürət həddi” filmi “günəş, dəniz və zərif, nadir avtomobillər haqqında olan parlaq döyüş filmi”ndən başqa bir şey deyildir.[9]