Süsənlər

Süsənlər (fr. Les Iris) — məşhur holland rəssamı Vinsent van Qoqun 1889-cu ildə çəkdiyi rəsm əsəri. "Süsənlər" əsəri ölümündən bir il öncə, rəssamın Sen-Remi-de-provans yaxınlığında Mavzoleyli Müqəddəs Pavel klinikasında yaşadığı zaman çəkilmişdir.

Süsənlər
Les Iris
Rəssam Vinsent van Qoq
Tarixi 1889
Texnikası yağlı boya
Ölçüləri 74,3 sm[1] × 94,3 sm[1]
Materialı yağlı boya[d]
Saxlanıldığı yer Getti Muzeyi
Saytı vggallery.com/painting/p…
vangoghgallery.com/catal…
İnventar nömrəsi 90.PA.20
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Van Qoq "Süsənlər"i 1889-cu ilin mayında, ruhi xəstəxanaya gəldikdən sonra, bir həftə ərzində, xəstəxananın bağında naturadan çəkməyə başlamışdır. Rəsm əsərində onun sonrakı işlərində üzə çıxan yüksək gərginlik yoxdur. O, əsəri "xəstəliyim üçün ildırım sipəri" adlandırıb. Çünki hiss edirdi ki, rəsm çəkməyi davam etdirərək xəstəliyindən xilas ola bilər. Tabloda Van Qoqun digər işlərində və həmçinin müasirlərinin də işlərində olduğu kimi Ukiyo-e yapon qravürlərinin təsiri görünür. Bu oxşarlıq, obyektlərin konturlarının ayrılması, qeyri-adi rakurslarda, detallı çəkilmiş ərazilər və reallığa uyğun olmayan tam rənglə dolu sahələrin olması ilə izah olunur.

Rəsmin sahibləri

[redaktə | mənbəni redaktə et]

Rəsmin ilk sahibi tabloya 300 frank vermiş fransalı sənətşünas və anarxist Oktav Mirbo olmuşdur.[2] 1987-ci ildə "Süsənlər" rəsm əsəri iki il yarım boyunca satılmış ən bahalı sənət əsəri ünvanına sahib oldu. O zaman rəsm 53,9 milyon dollara Alan Bonda satılıb, lakin müqaviləni sonlandırmaq üçün onun kifayət qədər pulu olmayıb. "Süsənlər" 1990 ildə Los-Ancelesdəki Getti muzeyinə satılmışdır.[3]

  1. 1 2 3 4 http://www.getty.edu/art/collection/objects/826.
  2. "Irises". J. P. Getty Museum. 2017-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-24.
  3. Kimmelman, Michael. Getty buys van Gogh "Irises," but won't tell price. New York Times, 22 mart 1990.