"Yağışdan sonra Overdə mənzərə" (fr. Paysage d'Auvers après la pluie, nid. Landschap bij Auvers na de regen) və yaxud "Arabayla və qatarla mənzərə" (fr. Paysage avec chariot et train, nid. Landschap met rijtuigje en trein) — məşhur holland rəssamı Vinsent van Qoqun 1890-cı ildə çəkdiyi rəsmi. Moskvada yerləşən A.S.Puşkin adına Dövlət təsviri incəsənət muzeyinə məxsusdur. XIX–XX əsr Avropa və Amerika ölkələrinin incəsənət qalereyasında saxlanılır.[2] Rəsmin ölçüləri 72 x 90 sm-dir.[3][4]
Yağışdan sonra Overdə mənzərə | ||
---|---|---|
fr. Paysage d'Auvers après la pluie | ||
| ||
Rəssam | Vinsent van Qoq | |
Tarixi | 1889 | |
Üslubu | peyzaj[1] | |
Texnikası | yağlı boya | |
Ölçüləri | 72 sm × 90,5 sm | |
Materialı | yağlı boya[d][1] | |
Saxlanıldığı yer | A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyi | |
Saytı | vggallery.com/painting/p… | |
Vikianbarda əlaqəli mediafayllar |
"Overdə yağışdan sonra peyzaj" rəsmi 1890-ci ildə, rəssamın ölümündən əvvəl çəkilmişdir. Sonra o, qardaşı Teoyaya keçib. 1891-ci ildə Teo van Qoqun ölümündən sonra rəsm əsəri onun dul qadını Yohanna van Qoq-Bongerdə (Johanna van Gogh-Bonger) qaldı. 1919-ci ilə qədər "Yağışdan sonra Overdə mənzərə" moskvalı iş adamı və kolleksioner İvan Morozovun kolleksiyasında olmuşdur. 1919-ci ildə o, 2-ci yeni qərb rəssamlıq muzeyinə verilib. 1923-ci ildə o, 1-ci yeni qərb rəssamlıq muzeyi ilə birləşdirilib və nəticədə yeni qərb sənəti dövlət muzeyi(YQSDM) yaradılıb,1948-ci ildə onun ləğvinə qədər rəsm əsəri orada qalıb. Bundan sonra rəsm əsəri indiyədək yerləşdiyi Puşkin muzeyinə təqdim olunub.[5]
Vinsent van Qoq bu mənzərə üzərində ömrünün son aylarını keçirdiyi kiçik şəhər Over-sur-Uazda çalışıb. Rəsmin mərkəzində həyat rəmzi, hərəkət, günəşin interpretasiyası kimi izah edilə bilən parlaq qırmızı-narıncı təkəri ilə diqqəti cəlb edən araba yerləşir. Tək yaşıl rəngdən deyil, həm də mavi, qırmızı və digər rəng çalarlarından istifadə etməklə, parlaq boyalarla zəmilər çəkilib. Bu mənzərə üzərində iş rəssamın bacısı Vil van Qoqa məktubunda təsvir olunub:[6]
Son vaxtlar mən çox və tez işləmişəm.<…>Dünən mən yağışın altında böyük mənzərə çəkdim - yüksəklikdən baxışla əhatə edilməsi mümkün olan qədər yayılan zəmilərin mənzərəsi. Onlarda müxtəlif bitki tipləri var: Şirəli bənövşəyi torpaqlı qara-yaşıl kartof sahələri, cavan budaqların düz sıraları arasında görünən, çəhrayı çiçəkləri ilə qarayonca tarlası və biçinçinin kiçik fiquru, sarımtıl-qəhvəyi çalarlı yüksək göyərmiş ot sahəsi, sonra buğda zəmiləri, qovaqlar, üfüqdə isə mavi təpələrin sonuncu xətti, həmçinin onların ətəyi boyunca gedən və ardınca yaşıl fonda ağ tüstü şəklində hüdudsuz izlər buraxan qatar. İşıqlı yol tablonu ikiyə ayırır. Onun üzərində isə kiçik bir araba, yol boyunca parlaq qırmızı damları olan ağ evlər var.
Orijinal mətn (fr.)
De ces jours ci je travaille beaucoup et vite. <…> Hier dans la pluie j’ai peint un grand paysage où l’on aperçoit des champs à perte de vue vus d’une hauteur, des verdures différentes, un champ de pommes de terre vert sombre, entre les plants réguliers la terre grasse et violette, un champ de pois en fleur blanchissant à côté, un champ de luzerne à fleurs roses avec une figurine de faucheur, un champ d’herbe longue et mûre d’un ton fauve, puis des blés, des peupliers, une derniere ligne de collines bleues à l’horizon au bas desquelles un train passe, laissant derrière soi dans la verdure une immense traînée de blanche fumée. Une route blanche traverse la toile. Sur la route une petite voiture et des maisons blanches à toits rouge cru au bord de cette route. |