30[q 1] dekabr 1800-cü ildə Kartli–Kaxetiya krallığının Rusiya İmperiyasına birləşdirilməsindən və 18[q 2] mart 1801–ci ildə ləğvindən sonra bu krallığın ərazilərini əhatə edən Gürcüstan quberniyası tərkibində, 24[q 3] sentyabr 1801-ci ildə təşkil edilmişdir.[14] Kartli–Kaxetiya krallığı dövründə Kaxetiya krallığı 2 mahala bölünürdü: Qaxet mahalı və Qızıq mahalı. Yeni təşkil edilmiş Sığnaq qəzası keçmiş Qızıq mahalını, Telavi qəzası isə Qaxet mahalını əhatə edirdi. 22[q 4] aprel 1840-cı ildə Sığnaq qəzası ləğv edildi, onun ərazisi yeni təşkil edilmiş Gürcüstan–İmeretiya quberniyasının Telavi qəzasına verildi. 26[q 5] dekabr 1846–cı ildə Gürcüstan–İmeretiya quberniyası ləğv edildi, inzibati–ərazi vahidi olaraq Sığnaq qəzası yeni yaradılmış Tiflis quberniyası tərkibində yenidən təşkil edildi.
Rusiya İmperiyasının Zaqafqaziyadakı ərazilərində ilk kameral sayım 14[q 6] aprel 1803-cü ildə başladılmış və 1805-ci ilədək davam etmişdir.[15] Zaqafqaziyanın Rusiyaya məxsus qismini tamamən əhatə edən ikinci kameral sayım 1816-1817-ci illərdə, üçüncü sayım isə 1830, 1831, 1832-ci illərdə gerçəkləşdirilmişdi.[15]
1850-ci ildə Tiflisdə nəşr edilmiş "1851-ci il üçün Qafqaz təqvimi"ndə verilən məlumata görə qəzada 1804-cü il kameral sayımı zamanı 34.981 nəfər (kişilər: 19.049 nəfər, qadınlar: 15.932 nəfər) əhali qeydə alınmışdı və onlardan 1.305 nəfəri (kişilər: 715 nəfər, qadınlar: 590 nəfər) Sığnaq şəhərində yaşayırdı.[6]
1836-cı ildə Sankt-Peterburq şəhərində nəşr edilmiş "Qafqaz arxasındakı rus mülklərinin statistik, etnoqrafik, topoqrafik və iqtisadi münasibətlərinin icmalı" əsərinin I hissəsində Sığnaq qəzasının əhalisi 1830-1832-ci illərdə gerçəkləşdirilmiş kameral sayımın məlumatları əsasında təsvir edilmiş, ancaq məlumatların sayımın yekun yoxsa ilkin nəticələrini əks etdirdiyi dəqiqləşdirilməmişdir. Qeyd edilən I hissədə təqdim edilən məlumatlara görə qəzada 1-i şəhər (Sığnaq) 56-sı kənd olmaqla 57 yaşayış məntəqəsi yerləşirdi.[16] Bütün məntəqələrdə 7.216 tüstü kəndli əhali vardı.[16] Kəndlilərdən 3.955 tüstü dövlət xəzinəsinə, 1.928 tüstü mülkədarlara, 1.333 tüstü isə kilsəyə məxsus idi.[16] Təxminən 70 ailəni əhatə edən zadəganlar və ruhanilər də daxil olmaqla qəzada bütün sosial təbəqələrdən olan əhalinin sayı kişi cinsindən 31.847 nəfər idi və onlardan 27.428 nəfərini gürcülər, 3.775 nəfərini ermənilər, 604 nəfərini azərbaycanlılar, 40 nəfərini isə imeretililər təşkil edirdi.[16]Azərbaycanlı olan əhalinin qadın cinsindən olan fərdləri qeydə alınmamışdır.[16] Qadın cinsindən gürcülərin sayı 22.127 nəfər, ermənilərin sayı 3.077 nəfər, imeretililərin sayı isə 32 nəfər idi.[16]Azərbaycanlı qadınlar sayılmadan bütün qəzada qadın cinsindən olan əhali 25.236 nəfər olmuşdur.[16] Qəzadakı ümumi sayı 7.216 tüstü olan kəndlilərdən 550-si Sığnaq şəhərində yaşayırdı, onlardan 524 tüstü dövlət xəzinəsinə, 13 tüstü mülkədarlara, 13 tüstü isə kilsəyə məxsus idi.[17] Sığnaq şəhərində bütün sosial təbəqələrdən kişi cinsindən toplam 1.636 nəfər əhali yaşayırdı və bu da kişi cinsindən bütün qəza əhalisinin (31.847 nəfər) təxminən 5.14%-ni təşkil edirdi. Sığnaq şəhərində yaşayan kişi cinsindən əhalinin 65 nəfəri gürcülərdən, 1.571 nəfəri isə ermənilərdən ibarət idi.[17] Şəhərdə qadın cinsindən gürcülərin sayı 64 nəfər, ermənilərin sayı isə 1.280 nəfər idi.[17]
1851–ci ildə Rusiyada əhali sayının araşdırılması üçün həyata keçirilmiş IX təftişə əsasən, inzibati cəhətdən Qori, Yelizavetpol, Sığnaq, Telav və Tiflis qəzalarını, həmçinin Dağ dairəsini, Car–Balakən hərbi dairəsini, Osetiya dairəsini və Tuş–Pşav–Xevsur dairəsini əhatə edən Tiflis quberniyasının əhalisi 267.786 nəfəri kişilər, 223.699 nəfəri qadınlar olmaqla 491.485 nəfər idi.[18] Əhalinin ümumi sayı haqqında məlumatlar imperiyanın Maliyyə Nazirliyinin Zaqafqaziya idarəsi tərəfindən təqdim olunmuşdu.[19] Qəzalar və dairələr üzrə qadınların ayrıca sayını müəyyən etmək münkün olmamışdır.[18] Kişilərin qəzalar və dairələr üzrə sayı haqqında məlumatlar isə Tiflisdən həqiqi dövlət məsləhətçisi Aleksey Fyodoroviç Kruzenştern tərəfindən təqdim olunmuşdu, bu məlumatlar Car–Balakən hərbi dairəsi istisna olmaqla quberniyanın kənd yerlərində 1842–ci ildə, şəhər yerlərində 1848–ci ildə, ümumən Car–Balakən hərbi dairəsinin yaşayış yerlərində isə 1844–cü ildə həyata keçirilmiş kameral təsvirlərə əsaslanırdı.[19] Beləliklə, həmin məlumatlara əsasən Sığnaq qəzasının bütün yaşayış yerlərində kişi cinsindən toplam 39.667 nəfər əhali yaşayırdı.[18]
1869-cu ildə həyata keçirilmiş kameral sayımın məlumatlarının 1869-cu ildə tərtib edilmiş "Qafqazın 5 verstlik xəritəsi"ndəki məlumatlarla dəqiqləşdirilməsi ilə tərtib edilmiş və 1872-ci ildə Sankt-Peterburqda çap edilmiş "Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalı"nda nəşr edilmiş "Tiflis quberniyasının yaşayış yerlərinin siyahısı"nda verilən məlumatlara əsasən 1869-cu ildə kameral sayım zamanı Sığnaq qəzasında 56 yaşayış məntəqəsində (Sığnaq şəhəri və 55 kənddə) 10.941 tüstü əhali qeydə alınmışdı və onlardan 8 kənddə 551 tüstü (Lənətlikənddə 115 tüstü, Ləmbəlidə 114 tüstü, Qanlıkənddə 110, Muğanlıda 73 tüstü, Keşəlidə 65 tüstü, Tüllərdə 31 tüstü, Qarabağlıda (mənbədə: rusca "Цицматиани") 24 tüstü və Düzəyrəmdə 19 tüstü) azərbaycanlılar idi.[20]
1869-cu ildə həyata keçirilmiş kameral sayımın məlumatlarının 1869-cu ildə tərtib edilmiş "Qafqazın 5 verstlik xəritəsi"ndəki məlumatlarla dəqiqləşdirilməsi ilə tərtib edilmiş "Tiflis quberniyasının yaşayış yerlərinin siyahısı"nda verilən məlumatlara əsasən Sığnaq qəzasının yaşayış məntəqələri[20]
Yaşayış məntəqəsi (az.)
Tiflis quberniyasının yaşayış yerlərinin siyahısıda adı (rus.)
1873-cü ilə olan kameral sayıma əsasən qəzada 81.328 nəfər (44815 nəfəri kişilər, 36513 nəfəri qadınlar) əhali yaşayırdı.[8] Onlardan nəfəri 9.265 nəfəri (5055 nəfəri kişilər, 4210 nəfəri qadınlar) Sığnaq şəhərində, 72.063 nəfəri (39760 nəfəri kişilər, 32303 nəfəri qadınlar) isə kəndlərdə məskunlaşmışdı.[8] Şəhərdə məskun əhalinin 5.679 nəfərini ermənilər, 3.498 nəfərini gürcülər, 8 nəfərini isə digərləri təşkil edirdi.[21] Şəhərdə azərbaycanlılar qeydə alınmamışdı.[21] Kəndlərdə yaşayan əhalinin isə 63.322 nəfərini gürcülər, 3.755 nəfərini ermənilər, 3.419 nəfərini azərbaycanlılar, 5 nəfərini imeretililər, 1.562 nəfərini isə ruslar və digərləri təşkil edirdi.[21]
26 may (14 mayYuli təqvimi) – 29 dekabr (17 dekabrYuli təqvimi) 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən qəzada 59 yaşayış məntəqəsi vardı, onlardan yalnız biri (Sığnaq) şəhər qalan 58-i isə kəndlər idi. Kəndlər 44 kənd icmasına daxil idi. Sığnaq şəhərində yaşayan 10.604 nəfərdən (kişilər: 5.813 nəfər, qadınlar: 4.791 nəfər) 5.854 nəfərini (kişilər: 3.412 nəfər, qadınlar: 2.442 nəfər) ermənilər, 4.644 nəfərini (kişilər: 2.328 nəfər, qadınlar: 2.316 nəfər) gürcülər, 106 nəfərini (kişilər: 73 nəfər, qadınlar: 33 nəfər) isə ruslar təşkil edirdi.[9] Bütün qəzada ümumi əhalinin 3.97%-ini, kənd əhalisinin isə 4.50%-ini azərbaycanlılar təşkil edirdi və onlar monoetnik əhaliyə sahib 9 kənddə yaşayırdılar: Kodalo polis şöbəsinin Düzəyrəm kənd icmasını təşkil edən Düzəyrəm kəndində, Keşəli kənd icmasını təşkil edən Keşəli kəndində, Ləmbəli kənd icmasını təşkil edən Ləmbəli kəndində, Muğanlı kənd icmasını təşkil edən Muğanlı kəndində, Tüllər kənd icmasını təşkil edən Tüllər kəndində və Qarabağlı kənd icmasını təşkil edən Qarabağlı kəndində, Şirək polis şöbəsinin Usublu kənd icmasını təşkil edən Usublu kəndində, Eldar kənd icmasını təşkil edən Lənətlikənd və Qanlıkənd kəndlərində.
1892-ci ilə olan polis məlumatlarına əsasən Sığnaq qəzasında toplam 83.576 nəfər əhali yaşayırdı ki, onlardan da 8.861 nəfəri Sığnaq şəhərində qalanları isə kəndlərdə məskunlaşmışdı.[10]
9 fevral (28 yanvarYuli təqvimi) – 21 fevral (9 fevralYuli təqvimi) 1897-ci ildə gerçəkləşdirilmiş Rusiya İmperiyasının ilk ümumimperiya əhali siyahıyaalınmasına əsasən Tiflis quberniyasının Sığnaq qəzasına daxil olan Muğanlı kəndində 2.158[22] nəfər (kişilər: 1.149 nəfər, qadınlar: 1.009 nəfər), Qanlıkənddə 902[23] nəfər (kişilər: 535 nəfər, qadınlar: 367 nəfər) əhali yaşayırdı. Hər iki kənddə əhalinin tamamı müsəlman idi.[22][23] Bundan əlavə qəzanın Qazaxlı qəsəbəsində də hər iki cinsdən toplam 616 nəfər (kişilər: 347 nəfər, qadınlar: 269 nəfər) olan əhalinin 613 nəfərini müsəlmanlar təşkil edirdi.[23]
1907-ci ildə Tiflisdə nəşr edilmiş "1908-ci il üçün Qafqaz təqvimi"ndə 1905[24]-ci il üçün verilən məlumata əsasən qəzanın Kodalo polis şöbəsinə daxil olan İor-Muğanlı kənd icmasında (icmalar siyahısında № 1931)[25] yerləşən Ləmbəli kəndində 740[26] nəfər, Keşəli kəndində 541[27] nəfər, Tüllər kəndində 403[28] nəfər, Muğanlı kəndində 378[29] nəfər, Qarabağlı (mənbədə: rusca "Цицматиани") kəndində 315[30] nəfər, Düzəyrəm kəndində 211[31] nəfər, Baldoy kəndində 209[32] nəfər azərbaycanlı yaşayırdı.
Etnik qrup
"Zaqafqaziyada torpaq müəssisələrinin tətbiqi üzrə suallar haqqında materiallar"a əsasən 1 yanvar 1908-ci il tarixinə Sığnaq qəzası əhalisi[12]
1909-cu ildə Tiflisdə nəşr edilmiş "1910-cu il üçün Qafqaz təqvimi"nin I hissəsində, 14[q 7] yanvar 1909-cu il tarixinə verilən məlumata görə bütün qəzada 146.949[33] nəfər (kişilər: 76.210 nəfər, qadınlar: 70.739 nəfər), Sığnaq şəhərində 15.550[33] nəfər (kişilər: 7.880 nəfər, qadınlar: 7.670 nəfər), qəzaya daxil olan 86 kənddə isə 131.399 nəfər (kişilər: 68.330 nəfər, qadınlar: 63.069 nəfər) əhali yaşayırdı, onlardan 7.168 nəfəri (kişilər: 3.689 nəfər, qadınlar: 3.479 nəfər) azərbaycanlılar idi.[34]Azərbaycanlılar qəzanın Şirək polis şöbəsinin Alazanarxası rayonu Qabal kənd icmasını təşkil edən Qabal kəndində 440 nəfər (kişilər: 260 nəfər, qadınlar: 180 nəfər), Kodalo polis şöbəsinin İor-Muğanlı kənd icmasını təşkil edən 7 kənddə 6.728 nəfər (kişilər: 3.429 nəfər, qadınlar: 3.299 nəfər) idilər və hər iki icmada əhalinin 100%-ini təşkil edirdilər.[35] İor-Muğanlı kənd icmasının əhalisi tamamən azərbaycanlılardan ibarət olan Ləmbəli kəndində 1.950[36] nəfər, Keşəli kəndində 1.430[37] nəfər, Muğanlı kəndində 1.030[38] nəfər, Tüllər kəndində 755[39] nəfər, Qarabağlı (mənbədə: rusca "Цицматиани") kəndində 644[40] nəfər, Baldoy kəndində 470 nəfər, Düzəyrəm kəndində 449[41] nəfər yaşayırdı.
Etnik qrup
"1910-cu il üçün Qafqaz təqvimi"ndə yayınlanmış məlumatlara əsasən, 14[q 8] yanvar 1909-cu il tarixinə Sığnaq qəzasında kənd (kənd icmaları üzrə) əhalisi[34]
17 dekabr, 1926-cı il tarixində gerçəkləşmiş ilk Ümumsovet siyahıyaalınması zamanı Sığnaq qəzasında 6.097 nəfər və ya ümumi qəza əhalisinin 3.86%-i etnik kimliyini azərbaycanlı olaraq göstərmişdir.[13] Eyni sayımda ana dilim azərbaycan dilidir deyənlər isə 6.344 nəfər və ya ümumi qəza əhalisinin 4.01%-i olmuşdur.[13]
Обозрение российских владений за Кавказом, в статистическом, этногафическом, топографическом и финансовом отношениях, произведенное и изданное по высочайшему соизволению. Напечатано в городе Санкт Петербург, в типографии внешней торговли в 1836 году: Часть I. А. Грузия. 3. Сигнахский уезд, стр. 305-354
Кавказский календарь на 1851 год, изданный от Канцелярии Наместника Кавказского. Типография Главного Управления Наместника Кавказского. Тифлис, 1850 год.
Военный обзор Тифлисской Губернии и Закатальского округа. Составил Генерального штаба подполковник Филипов (Владимир Николаевич Филиппов). Санкт-Петербург, Типография Товарищества "Общественная польза", по Мойке, № 5, 1872, 411 страниц.
Ethnographie des Kaukasus, in Karte und Tabelle dargestellt von N. v. Seidlitz, Oberredakteur des Kaukasischen Statistischen Comité's, seiten 340–347. // Dr. A. Petermann's Mitteilungen aus Justus Perthes' geographischer Anstalt. Herausgegeben von Dr. E. Behm. 26. Band. Gotha: Justus Perthes, 1880, X+478 seiten.
Кавказский Календарь на 1895 год. Издан по распоряжению Главноначальствующего гражданской частью на Кавказе, при Закавказском статистическом комитете под редакцией члена того же Комитета, статского советника Е. Кондратенко. Тифлис, Типография Грузинского издательства Товарищества, 1894 год.
Кавказский Календарь на 1908 год. Издан по распоряжению Наместника Его Императорского Величества на Кавказе при Закавказском статистическом комитете под редакцией Старшего Редактора Статистического Отдела Д.Д. Пагирева. LXIII год. Тифлис, Типография К.П. Козловского, Головинский проспект, № 12, 1907-ой год.
Кавказский Календарь на 1910 год. Издан по распоряжению Наместника Его Императорского Величества на Кавказе Канцелярией Наместника под редакцией вице-директора Канцелярии В.В.Стратонова. LXV годъ, часть I. Типография и переплетная Т-ва "Либерман и К°". Тифлисъ, Крыловская, 15, 1909-ый год.
Материалы по вопросу о введении земских учреждений в Закавказье. Работы губернских совещаний 1909 года. Том VII. Тифлисская губерния и Закатальский округ. Издание Канцелярии Наместника Его Императорского Величества на Кавказе. Тифлис, Типография Канцелярии Наместника Его Императорского Величества на Кавказе, 1910 год, 602 страниц.
↑Обозрение российских владений за Кавказом, в статистическом, этногафическом, топографическом и финансовом отношениях, произведенное и изданное по высочайшему соизволению. Напечатано в городе Санкт Петербург, в типографии внешней торговли в 1836 году: Часть I. А. Грузия. 3. Сигнахский уезд, I. Положение, граници и пространство. стр. 307
↑Военный обзор Тифлисской Губернии и Закатальского округа. Составил Генерального штаба подполковник Филипов (Владимир Николаевич Филиппов). Санкт-Петербург, Типография Товарищества "Общественная польза", по Мойке, № 5, 1872. : Оглавление—> Поверхность, стр. 1
↑Кавказский Календарь на 1895 год. Издан по распоряжению Главноначальствующего гражданской частью на Кавказе, при Закавказском статистическом комитете под редакцией члена того же Комитета, статского советника Е. Кондратенко. Тифлис, Типография Грузинского издательства Товарищества, 1894 год. : Оглавление—> V. Статистические сведения—>Пространство и население Кавказа, стр. 22
↑5291.76 verst² və ya 6022.16 km². 1 yanvar, 1909-cu il tarixinə olan məlumatdır. İstinad — Материалы по вопросу о введении земских учреждений в Закавказье. Работы губернских совещаний 1909 года. Том VII. Тифлисская губерния и Закатальский округ. Издание Канцелярии Наместника Его Императорского Величества на Кавказе. Тифлис, Типография Канцелярии Наместника Его Императорского Величества на Кавказе, 1910 год, стр. 365
↑ 12Кавказский календарь на 1851 год, изданный от Канцелярии Наместника Кавказского. Типография Главного Управления Наместника Кавказского. Тифлис, 1850 год. : Оглавление—> Отделение третие—> II. Путеводитель по Черномории, Кавказскому и Закавказскому краю от Тамани до Тифлиса и потом до Кутаиса, Эривани, Шемахи и Дербента.—> B. Закавказский край.—> 1.От Дариала до Тифлиса, стр. 82
↑Сборник статистических сведений о КавказеArxivləşdirilib 2022-01-22 at the Wayback Machine, издаваемый Кавказским Отделом Императорского Русского Географического Общество. Том I. Составлен и издан под редакцией Действительного Члена Отдела Николая Ильича Воронова. Тифлис, 1869-ый год. : Оглавление—> Отдел II—>А. Сведения о пространстве, населении и населенности Кавказского Наместничества, стр. 10
↑ 123II. Географическія, этнографическія и статистическія данныя. — Таблица пространства, населенiя и населенности Кавказскаго края, с пояснительною запискою Н. К. Зейдлица, стр. 101. // Извѣстія Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Томь V. Подь редакціею Л. П. Загурскаго. Тифлись: Типографія Главнаго Управленія Намѣстника Кавказскаго, 1877 – 1878.
↑ 1234Кавказский Календарь на 1895 год. Издан по распоряжению Главноначальствующего гражданской частью на Кавказе, при Закавказском статистическом комитете под редакцией члена того же Комитета, статского советника Е. Кондратенко. Тифлис, Типография Грузинского издательства Товарищества, 1894 год. : Оглавление—> V. Статистические сведения—>Данные о распределение народонаселения в губерниях Закавказья по народностям, стр. 48-50
↑ 12Кавказский Календарь на 1895 год. Издан по распоряжению Главноначальствующего гражданской частью на Кавказе, при Закавказском статистическом комитете под редакцией члена того же Комитета, статского советника Е. Кондратенко. Тифлис, Типография Грузинского издательства Товарищества, 1894 год. : Оглавление—> V. Статистические сведения—>Пространство и население Кавказа, стр. 23
↑Демоскоп Weekly (еженедельная демографическая газета. Электронная версия): Первая всеобщая перепись населения Российской Империи 1897 г. Распределение населения по родному языку и уездам Российской Империи кроме губерний Европейской России — Сигнахский уезд — весArxivləşdirilib 2022-06-30 at the Wayback Machine. Источник: Первая Всеобщая перепись населения Российской Империи 1897 г. Таблица XIII. Распределение населения по родному языку. (Губернские итоги). Т.Т.51-89. С.-Петербург: 1903-1905
↑ 12Материалы по вопросу о введении земских учреждений в Закавказье. Работы губернских совещаний 1909 года. Том VII. Тифлисская губерния и Закатальский округ. Издание Канцелярии Наместника Его Императорского Величества на Кавказе. Тифлис, Типография Канцелярии Наместника Его Императорского Величества на Кавказе, 1910 год, стр. 542
↑ 12Акты, собранные Кавказской Археографической комиссией. Архив главного управления наместника Кавказского. Том IX. Напечатан под редакцией, представителя комиссии статс-советника Адольфа Петровича Берже. Тифлис. Типография Главного Управления Наместника Кавказского. 1883 год. Оглавление: Часть вторая: I. Гражданская часть: A. Учебная часть: 519. Записке о камеральных описаниях, производившихся в Закавказском крае со времен присоединения оного к Империи, стр. 603
↑ 1234567Обозрение российских владений за Кавказом, в статистическом, этногафическом, топографическом и финансовом отношениях, произведенное и изданное по высочайшему соизволению. Напечатано в городе Санкт Петербург, в типографии внешней торговли в 1836 году: Часть I. А. Грузия. 3. Сигнахский уезд, VII. Жители. стр. 318
↑ 123Обозрение российских владений за Кавказом, в статистическом, этногафическом, топографическом и финансовом отношениях, произведенное и изданное по высочайшему соизволению. Напечатано в городе Санкт Петербург, в типографии внешней торговли в 1836 году: Часть I. А. Грузия. 3. Сигнахский уезд, IX. Город Сигнахь. стр. 350
↑ 123О народонаселенiи Россiи по губернiямъ и уѣздамъ: LIII. Тифлисская губернiя, стр. 139. // Девятая ревизiя. Изслѣдованiе о числѣ жителей въ Россiи въ 1851 году Петра Кеппена. Санктпетербургь: Вь Типографiи Императорской Академiи наукь, 1857, 297 стр.
↑ 12О народонаселенiи Россiи по губернiямъ и уѣздамъ: LIII. Тифлисская губернiя, стр. 140. // Девятая ревизiя. Изслѣдованiе о числѣ жителей въ Россiи въ 1851 году Петра Кеппена. Санктпетербургь: Вь Типографiи Императорской Академiи наукь, 1857, 297 стр.
↑ 12Военный обзор Тифлисской Губернии и Закатальского округа. Составил Генерального штаба подполковник Филипов (Владимир Николаевич Филиппов). Санкт-Петербург, Типография Товарищества "Общественная польза", по Мойке, № 5, 1872. : Оглавление—> Глава IV. Список населенных мест: Сигнахского уезда, стр. 163
↑ 123Ethnographie des Kaukasus, in Karte und Tabelle dargestellt von N. v. Seidlitz, Oberredakteur des Kaukasischen Statistischen Comité's, seiten 344. // Dr. A. Petermann's Mitteilungen aus Justus Perthes' geographischer Anstalt. Herausgegeben von Dr. E. Behm. 26. Band. Gotha: Justus Perthes, 1880, X+478 seiten.
↑ 12Первая всеобщая перепись населения Российской Империи 1897 года. Под редакцией Николай Александровича Тройницкого. Населённые места Российской империи в 500 и более жителей с указанием всего наличного в них населения и числа жителей преобладающих вероисповеданий по данным первой всеобщей переписи населения 1897 года. Санкт-Петербург, 1905. Печатано по распоряжению Господина Министра Внутреннихъ Делъ. Типография „Общественная польза". Большая Подъяческая ул., д. № 39. Паровая Типо-Литография Н. Л. Ныркина. Измайловский полкъ, 7 рота, д. № 13. Оглавление: Губернии и области Кавказа.—>LXIX. Тифлисская губерния, стр. 50
↑ 123Первая всеобщая перепись населения Российской Империи 1897 года. Под редакцией Николай Александровича Тройницкого. Населённые места Российской империи в 500 и более жителей с указанием всего наличного в них населения и числа жителей преобладающих вероисповеданий по данным первой всеобщей переписи населения 1897 года. Санкт-Петербург, 1905. Печатано по распоряжению Господина Министра Внутреннихъ Делъ. Типография „Общественная польза". Большая Подъяческая ул., д. № 39. Паровая Типо-Литография Н. Л. Ныркина. Измайловский полкъ, 7 рота, д. № 13. Оглавление: Губернии и области Кавказа.—>LXIX. Тифлисская губерния, стр. 49
↑Tiflis quberniyası üzrə bütün yaşayış məntəqələrinin adlarını və əhalisini (həmçinin əhalinin etnik tərkibi haqqında məlumatlar) əks etdirən siyahılar Qafqaz Statistika Şöbəsinin xahişi ilə yerli inzibati idarələr tərəfindən göndərilmiş məlumatlar əsasında 1905-ci ildə tərtib edilmişdir. İstinad olaraq bax: Кавказский Календарь на 1908 год. Издан по распоряжению Наместника Его Императорского Величества на Кавказе при Закавказском статистическом комитете под редакцией Старшего Редактора Статистического Отдела Д.Д. Пагирева. LXIII год. Тифлис, Типография К.П. Козловского, Головинский проспект, № 12, 1907-ой год.: Оглавление—>Второй отдел—>Список населенных мест Кавказа, стр. 13
↑Кавказский Календарь на 1908 год. Издан по распоряжению Наместника Его Императорского Величества на Кавказе при Закавказском статистическом комитете под редакцией Старшего Редактора Статистического Отдела Д.Д. Пагирева. LXIII год. Тифлис, Типография К.П. Козловского, Головинский проспект, № 12, 1907-ой год.: Оглавление—>Второй отдел—>Список населенных мест Кавказа, стр. 27
↑Кавказский Календарь на 1908 год. Издан по распоряжению Наместника Его Императорского Величества на Кавказе при Закавказском статистическом комитете под редакцией Старшего Редактора Статистического Отдела Д.Д. Пагирева. LXIII год. Тифлис, Типография К.П. Козловского, Головинский проспект, № 12, 1907-ой год.: Оглавление—>Второй отдел—>Список населенных мест Кавказа, стр. 70
↑Кавказский Календарь на 1908 год. Издан по распоряжению Наместника Его Императорского Величества на Кавказе при Закавказском статистическом комитете под редакцией Старшего Редактора Статистического Отдела Д.Д. Пагирева. LXIII год. Тифлис, Типография К.П. Козловского, Головинский проспект, № 12, 1907-ой год.: Оглавление—>Второй отдел—>Список населенных мест Кавказа, стр. 64
↑Кавказский Календарь на 1908 год. Издан по распоряжению Наместника Его Императорского Величества на Кавказе при Закавказском статистическом комитете под редакцией Старшего Редактора Статистического Отдела Д.Д. Пагирева. LXIII год. Тифлис, Типография К.П. Козловского, Головинский проспект, № 12, 1907-ой год.: Оглавление—>Второй отдел—>Список населенных мест Кавказа, стр. 93
↑Кавказский Календарь на 1908 год. Издан по распоряжению Наместника Его Императорского Величества на Кавказе при Закавказском статистическом комитете под редакцией Старшего Редактора Статистического Отдела Д.Д. Пагирева. LXIII год. Тифлис, Типография К.П. Козловского, Головинский проспект, № 12, 1907-ой год.: Оглавление—>Второй отдел—>Список населенных мест Кавказа, стр. 76
↑Кавказский Календарь на 1908 год. Издан по распоряжению Наместника Его Императорского Величества на Кавказе при Закавказском статистическом комитете под редакцией Старшего Редактора Статистического Отдела Д.Д. Пагирева. LXIII год. Тифлис, Типография К.П. Козловского, Головинский проспект, № 12, 1907-ой год.: Оглавление—>Второй отдел—>Список населенных мест Кавказа, стр. 99
↑Кавказский Календарь на 1908 год. Издан по распоряжению Наместника Его Императорского Величества на Кавказе при Закавказском статистическом комитете под редакцией Старшего Редактора Статистического Отдела Д.Д. Пагирева. LXIII год. Тифлис, Типография К.П. Козловского, Головинский проспект, № 12, 1907-ой год.: Оглавление—>Второй отдел—>Список населенных мест Кавказа, стр. 54
↑Кавказский Календарь на 1908 год. Издан по распоряжению Наместника Его Императорского Величества на Кавказе при Закавказском статистическом комитете под редакцией Старшего Редактора Статистического Отдела Д.Д. Пагирева. LXIII год. Тифлис, Типография К.П. Козловского, Головинский проспект, № 12, 1907-ой год.: Оглавление—>Второй отдел—>Список населенных мест Кавказа, стр. 40
↑ 12Кавказский Календарь на 1910 год. Издан по распоряжению Наместника Его Императорского Величества на Кавказе Канцелярией Наместника под редакцией вице-директора Канцелярии В.В.Стратонова. LXV годъ, часть I. Типография и переплетная Т-ва "Либерман и К°". Тифлисъ, Крыловская, 15, 1909-ый год. : Оглавление 1-ой части Кавказского Календаря на 1910 годъ, Статиетический отделъ, Пространство и население Кавказа, стр. 457
↑ 12Кавказский Календарь на 1910 год. Издан по распоряжению Наместника Его Императорского Величества на Кавказе Канцелярией Наместника под редакцией вице-директора Канцелярии В.В.Стратонова. LXV годъ, часть I. Типография и переплетная Т-ва "Либерман и К°". Тифлисъ, Крыловская, 15, 1909-ый год. : Оглавление 1-ой части Кавказского Календаря на 1910 годъ, Статиетический отделъ, Распределение населения Закавказья по сельским обществам инародностям, стр. 511
↑Кавказский Календарь на 1910 год. Издан по распоряжению Наместника Его Императорского Величества на Кавказе Канцелярией Наместника под редакцией вице-директора Канцелярии В.В.Стратонова. LXV годъ, часть I. Типография и переплетная Т-ва "Либерман и К°". Тифлисъ, Крыловская, 15, 1909-ый год. : Оглавление 1-ой части Кавказского Календаря на 1910 годъ, Статиетический отделъ, Распределение населения Закавказья по сельским обществам инародностям, стр. 510-511
↑Кавказский Календарь на 1910 год. Издан по распоряжению Наместника Его Императорского Величества на Кавказе Канцелярией Наместника под редакцией вице-директора Канцелярии В.В.Стратонова. LXV годъ, часть I. Типография и переплетная Т-ва "Либерман и К°". Тифлисъ, Крыловская, 15, 1909-ый год. : Оглавление 1-ой части Кавказского Календаря на 1910 годъ, Статиетический отделъ, Алфавитный список городов и других населенных мест Кавказа, стр. 307
↑Кавказский Календарь на 1910 год. Издан по распоряжению Наместника Его Императорского Величества на Кавказе Канцелярией Наместника под редакцией вице-директора Канцелярии В.В.Стратонова. LXV годъ, часть I. Типография и переплетная Т-ва "Либерман и К°". Тифлисъ, Крыловская, 15, 1909-ый год. : Оглавление 1-ой части Кавказского Календаря на 1910 годъ, Статиетический отделъ, Алфавитный список городов и других населенных мест Кавказа, стр. 286
↑Кавказский Календарь на 1910 год. Издан по распоряжению Наместника Его Императорского Величества на Кавказе Канцелярией Наместника под редакцией вице-директора Канцелярии В.В.Стратонова. LXV годъ, часть I. Типография и переплетная Т-ва "Либерман и К°". Тифлисъ, Крыловская, 15, 1909-ый год. : Оглавление 1-ой части Кавказского Календаря на 1910 годъ, Статиетический отделъ, Алфавитный список городов и других населенных мест Кавказа, стр. 326
↑Кавказский Календарь на 1910 год. Издан по распоряжению Наместника Его Императорского Величества на Кавказе Канцелярией Наместника под редакцией вице-директора Канцелярии В.В.Стратонова. LXV годъ, часть I. Типография и переплетная Т-ва "Либерман и К°". Тифлисъ, Крыловская, 15, 1909-ый год. : Оглавление 1-ой части Кавказского Календаря на 1910 годъ, Статиетический отделъ, Алфавитный список городов и других населенных мест Кавказа, стр. 383
↑Кавказский Календарь на 1910 год. Издан по распоряжению Наместника Его Императорского Величества на Кавказе Канцелярией Наместника под редакцией вице-директора Канцелярии В.В.Стратонова. LXV годъ, часть I. Типография и переплетная Т-ва "Либерман и К°". Тифлисъ, Крыловская, 15, 1909-ый год. : Оглавление 1-ой части Кавказского Календаря на 1910 годъ, Статиетический отделъ, Алфавитный список городов и других населенных мест Кавказа, стр. 406
↑Кавказский Календарь на 1910 год. Издан по распоряжению Наместника Его Императорского Величества на Кавказе Канцелярией Наместника под редакцией вице-директора Канцелярии В.В.Стратонова. LXV годъ, часть I. Типография и переплетная Т-ва "Либерман и К°". Тифлисъ, Крыловская, 15, 1909-ый год. : Оглавление 1-ой части Кавказского Календаря на 1910 годъ, Статиетический отделъ, Алфавитный список городов и других населенных мест Кавказа, стр. 249