Sığorta müqaviləsi (alm. Rückversicherungsvertrag) — müqavilə və protokol Pavel Şuvalov və Otto fon Bismark tərəfindən 1887, iyunun 18-də imzalanmışdı.
Məlum Olduğu Kimi, Bismarkın başlıca məqsədlərindən biri Rusiya ilə ikitərəfli müqavilə imzalamaq, gələcəkdə Almaniya və Fransa arasında olacaq müharibədə Rusiyanın bitərəfliyinə nail olmaq idi. Lakin onun bir neçə dəfə bu istiqamətdə etdiyi təşəbbüslər uğur qazanmamışdı. 3 imperator ittifaqının müddətinin qurtarmasından istifadə edərək Bismark bu istiqamətdə yeni təşəbbüslə çıxış etdi. Çar 1887, apreldə danışıqlara razılıq verdi. Berlində Bismarkla Pavel Şuvalov arasında bağlanılacaq müqavilənin layihəsini Bismarka verdi.
Layihənin birinci maddəsi qızğın müharibəyə səbəb oldu. Bu maddədə göstərilirdi ki, razılığa gəlmiş yüksək tərəflərdən biri III bir böyük dövlətlə müharibə vəziyyətində olarsa, digər təfər ona qarşı xeyirxah bitərəflik saxlayır. Bismark hər vasitə ilə çalışırdı ki, bu Avstriyaya yox, təkcə Fransaya aid edilisin. Bismark bunu əsaslandırmaq üçün 1879 cu ildə imzalanmış Almaniya-Avstriya müqaviləsini əsas gətirdi və göstərdi ki, o dövrdə mövcud olmuş vəziyyət bu müqaviləni imzalamağa onu məcbur etmişdi. Indi Bismark müqaviləni bağladı və ona əməl etməyə borcludur.
Iki gündən sonra mayın 17-də danışıqlar bərpa edildi. Nə Bismark, nə də Şuvalov öz məqsədlərindən dönmürdülər. Şuvalov kanslerə təklif etdi ki, "Rusiya-Avstriya müharibəsi şəraitində Almaniyanın vəzifələrinin məhdudlaşdırılması" sətirlərinə bunlar əlavə edilsin: "Almaniya-Fransa müharibəsi baş verərsə, bu istisnalar Rusiyaya da aiddir". Bu əlavə çox aydın və sadə idi. Bu, belə idi: Siz (Almaniya) Avstriyanın əzilməsini istəmirsinizsə, biz Fransanın əzilməsini istəmirik.
Nəhayət, gərgin və qızğın mübahisələrdən sonra bitərəfliyin həm Fransa, həm də Avstriyaya qarşı olan müharibəyə aid olunması haqda razılığa gəlindi. Müqavilənin II maddəsi Balkan yarımadasında Rusiyanın qazanmış olduğu hüquqlarının, xüsusilə, Bolqarıstanda və Şərqi Rumelidə onun üstünlüyünün və həlledici təsirinin qanunauyğunluğunun tanınmasına, III maddə isə boğazlar məsələsinə həsr edilmişdi.
Müqaviləyə xüsusi protokol da əlavə edilmişdi. Bu protokola əsasən, "Əgər Rusiya imperatoru "öz imperiyasının açarını saxlamaq" məqsədilə Qara dənizə çıxışın müdafiəsini öz üzərinə götürərsə, Almaniya Rusiya diplomatiyasına dəstək verməyi öhdəsinə götürürdü. Həmçinin, Almaniya Bolqar taxt-tacına şahzadə Vattenberqin yenidən gətirilməsinə razı olmayacağına söz verdi.
Müqavilə və protokol Şuvalov və Bismark tərəfindən 1887, iyunun 18-də imzalandı. O, sığorta müqaviləsi adı ilə tarixə daxil oldu. Rusiya və Fransaya qarşı İtaliya və Avstriya-Macarıstanla müqavilələrlə sığortalanan Bismark sanki müqavilənin nəticəsi ilə də sığortalanırdı.