Sınmış barmaqlı usta (ing. Master with Cracked Fingers, çin. 刁手怪招) — film 1979-cu ildə Miu Çunun rejissorluğu ilə çəkilmişdir. Bəzi mənbələrdə filmin 1971, 1973, 1974 və ya 1981-ci illərdə çəkildiyi deyilir. Filmin "Sınmış barmaqlı usta" adlı redaktə edilmiş versiyası 1979-cu ilə qədər yayımlanmadı.[1]
Sınmış barmaqlı usta | |
---|---|
ing. Master with Cracked Fingers çin. 刁手怪招 | |
Janr |
döyüş komediya dram |
Rejissor | Mu Çiu |
Prodüser | Li Lanquan |
Ssenari müəllifi | Sun Liu |
Baş rollarda |
Ceki Çan Yuan Syaotyan |
İstehsalçı | Soon Lee Films Company |
Distribütor | Netflix |
İlk baxış tarixi | 1979 |
Filmin digər adı | İlan yumruqlu döyüşçü |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 80 dəq. |
Ölkə | |
Dil | kantonca |
İl | 1979 |
Rəng | rəngli |
IMDb | ID0068000 |
Lun balaca bir oğlandır və kunq-fu ilə maraqlanır, amma pulu olmadığı üçün kunq-fu məktəbinə daxil olabilmir. Bir gün Lun özünü kunq-fu müəllimi kimi qələmə verən yaşlı bir dilənçi ilə qarşılaşır. Yaşlı adam ilə bir neçə il məşq edən Lun çox gözəl döyüşçü olur, lakin atası ona döyüşməyi qadağan edir. Yerli qəsbkar dəstə ilə bir sıra qarşıdurmalardan və atasının getdikcə daha ağır cəzalarından sonra oğlana bir müəllim kömək edir. Buna cavab olaraq quldurlar evi yandırır və bununla da Lunun atasını ölür. Lun, limandakı dəstə ilə məşğul olur və sonra əsas patronları ilə gözləri bağlı bir döyüşə razılaşır.
Film digər filmlərdən, əsasən, Kvantunqun pələngləri filmlərinin kadrlarına əsaslanırdı. Çan 1970-ci ilin axırlarında "Qartal kölgəsində ilan" və "Sərxoş ustad" filmlərinin nümayişdən sonra populyar olur və "Kiçik pələng" yenidən çap olunur. Filmin yeni versiyasında "Sərxoş ustad" səhnəsi və yeni aktyorların iştirakı ilə çəkilən xüsusi səhnələr yer alıb. Bundan əlavə, yeni filmin finalında gözləri bağlı olaraq mübarizə aparan dublyor işə götürüldü. 1981-ci ildə ortaya çıxan versiya Dick Randall tərəfindən satın alındı və adını Sınmış barmaqlı usta adlandırdı və ingilis dilində dublyaj etdi. Bu versiya isə İlan yumruqlu döyüşçü adı ilə də buraxıldı.
Aktyor/aktrisa | Rolu |
---|---|
Ceki Çan | Lun (balaca oğlan) |
Çan Hunle | Çjou Bin |
Tyan Fen | Lunun atası |
Hon Kvoçoi | cibgir (Kiçik Qurbağa) |
Yuan Byao | əlavə |
Çin Çun | kameo |
Aktyor/aktrisa | Rolu |
---|---|
Yuen Syaotyan | Yaşlı adam (dilənçi) |
Din Şek | Mülkədar |
Kvon Yin Mon | Böyük patron |
Dick Randall, birləşdirilmiş görüntüləri çəkdi və İngilis dilinə dublyaj etmək üçün aktyorları ilə işə başladı və filmə "Sınmış barmaqlı usta" adını verdi. Daha sonra Randall, hüququnu satdı və bu film 1981-ci ildə alternativ adı ilə İlan yumruqlu döyüşçü Amerika kinoteatrlarında məhdud bir buraxılış verdi.[2]
Çan Qərbdə daha populyarlaşdıqca, xüsusilə ABŞ-nin "Bronksda qalmaqal" filmindən sonra, filmin VHS-də yayımlanması hüquqları bir sıra fərqli film distribütorları arasında keçdi və ya paylaşıldı.
Bundan başqa şirkətlər, VHS və DVD-də filmin məhdud buraxılışlarını hazırlayacaq qədər uzun müddət hüquqlara sahib idilər və yuxarıda qeyd edildiyi kimi, hamısı filmin ingiliscə dublyaj edilmiş 80 dəqiqəlik yığılmış versiyası idi.
Orijinal film olan Kvantunqun kiçik pələngi, nəhayət, 2007-ci ildə qərbdə "Knatunqun pələng balası" adı altında bir DVD yayımlandı. Showbox Home Entertainment-in Rarescope etiketində İngiltərədə (bölgə 2) buraxıldı. 85 dəqiqəlik bu film tam müdaxilə edilməyib, orijinal dilini və İngilis dilində altyazılarını ehtiva edir. Çapın keyfiyyətsiz olması səbəbindən bəzi altyazılar ekranın ayağından doğranır, buna görə DVD-də orijinallar kəsiləndə və ya itkin düşəndə meydana çıxan əlavə bir subtitr dəsti var.