Sıyrılmış qılınc (roman)

Sıyrılmış qılıncCəlal Bərgüşadın Babək Xürrəmidən bəhs edən, ilk dəfə 1981-ci ildə Bakıda nəşr edilmiş tarixi romanı.

Sıyrılmış qılınc
Əsərin 2017-ci il nəşrinin üz qabığı
Əsərin 2017-ci il nəşrinin üz qabığı
Müəllif Cəlal Bərgüşad
Janr Roman
Orijinalın dili Azərbaycanca
Ölkələr Azərbaycan Azərbaycan SSR
Azərbaycan Azərbaycan
Orijinalın nəşr ili 1981
Nəşriyyat Gənclik (1981)
Bakı Kitab Klubu (2017)
Səhifə 375 (1981)
436 (2017)

Məzmun[redaktə | mənbəni redaktə et]

Calal Bərgüşadın "Sıyrılmış qılınc" tarixi romanı məşhur xalq sərkərdəsi Babək Xürrəminin ölməz həyatına həsr edilmişdir. Romanda Babəkin azadlıqistiqlaliyyət uğrunda xilafətə qarşı apardığı bir sıra şanlı döyüşlər, o dövrün tarixi xronologiyası təsvir olunur.

Nəşr və tərcümə[redaktə | mənbəni redaktə et]

Əsər ilk dəfə Bakıda Kiril qrafikalı Azərbaycan əlifbası ilə 1981-ci ildə[1], Gənclik nəşriyyatında 375, latın qrafikalı Azərbaycan əlifbası ilə isə 2017-ci ildə Bakı Kitab Klubunda 436 səhifədə nəşr edilib.[2]

Roman azərbaycanlı tarixçi Zülfiyyə Vəliyeva tərəfindən[3] türk dilinə tərcümə edilib, "Sıyrılmış Kılıç Babek" adı ilə 17 oktyabr 2005-ci ildə Ankarada "Yurt Kitap-Yayın"da 472 səhifədə nəşr edilib.[4]

Tədqiq və tənqidi[redaktə | mənbəni redaktə et]

Azərbaycanlı filoloq Nigar Göyçayskaya 2005-ci ildə “Ərəb və azərbaycan nəsrində Babəkxürrəmilər obrazı (Circi ZeydanınFərqanə gəlini” və Cəlal Bərgüşadın “Sıyrılmış qılınc” romanları əsasında)” mövzusunda olan namizədlik dissertasiyasının müdafiə edib.[5]

Asif Ata "Babəkliyimiz: Xəlifət boşluğu" məqaləsində Cəlal Bərgüşadın "Sıyrılmış qılınc" romanı barədə belə qeyd edir: «Sıyrılmış qılınc» romanının müəllifi tarixə daxili göz ilə baxa bilmir, hadisələri nəql eləyir, mahiyyətə varmır, mütəfəkkirlikdən uzaqdır, bu səbəbdən də Xəlifəlik bilinir – dərk olunmur... «Sıyrılmış qılınc»da Babəkin ayrı-ayrı nişanələri görünürsə də, bütöv Babək görünmür; dahilik, qeyri-adilik, bənzərsizlik dərk olunmur, açılmır, idraki, ilahi Qəhrəmanlıq İntiqamçılıq kimi qiymətləndirilir, Babək kiçilir... Babək romanda Qisas andıyla tarixi səhnəyə atılır; «Sıyrılmış qılınc» əsərdə ən çox intiqam rəmzi kimi canlanır, əslində isə o, azadlıq rəmzi kimi canlanmalıydı...[6]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Cəbrayıl Bədəlov. "Əbədi abidə" (az.)). "Birlik" qəzeti №61 / aghsu.cls.az. 1981-05-26. 2019-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  2. "Sıyrılmış qılınc" (az.)). bbclub.az. 2019-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-03.
  3. "Vəliyeva Zülfiyyə Qəhrəman qızı" (az.)). elm.az. 2019-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  4. "Sıyrılmış Kılıç Babek" (türk.)). kitapyurdu.com. 2017-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  5. "Kafedranın müəllimi" (az.)). philology.bsu.edu.az. 2011-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  6. Asif Ata. "Asif Ata. Tarixə Çatmaq. Babəkliyimiz (I Və II Hissə)" (az.)). asifataocagi.com. 2015-01-29. 2018-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]