Səadət Əsgərzadə

Səadət Əskərzadə (tam adı: Səadət Məmməd-Emin qızı Əskərzadə; 14 oktyabr 1949, Bakı) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Neftin kompleks emalı və texniki-iqtisadi əsaslandırılması" laboratoriyasının müdiri, texnika elmləri doktoru.[1][2]

Səadət Əskərzadə
Səadət Məmməd-Emin qızı Əskərzadə
Doğum tarixi (74 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi kimya
Elmi dərəcəsi texnika elmləri doktoru
Elmi adı böyük elmi işçi
İş yeri AMEA Neft-Kimya Prosesləri İnstitutu
Təhsili Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft Akademiyası)
Mükafatları "Tərəqqi" medalı

Ümumi məlumatlar

[redaktə | mənbəni redaktə et]

Səadət Məmmədəmin qızı Əsgər-zadə 1949-cu il oktyabrın 14-də hərbi həkim ailəsində Bakı şəhərində anadan olmuşdur. 1966-cı ildə Bakıdakı 175 saylı orta məktəbi müvəffəqiyyətlə bitirmiş və həmin il M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) kimya-texnologiya fakultəsinə daxil olmuşdur. 1971-ci ildə həmin fakultəni “Neftin və qazın kimyəvi texnologiyası” ixtisası üzrə bitirmişdir. Təyinatla Azərbaycan EA Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna (NKPİ) göndərilmiş və texnik vəzifəsindən işə başlamışdır. 1971-ci ildə EA NKPİ-nin “Neftin və qazın kimyəvi texnologiyası” ixtisası üzrə aspiranturaya daxil olmuş və M.İ. Rüstəmovun rəhbərlik etdiyi “Katalitik krekinq və piroliz” laboratoriyasında 1971-1974-cü illərdə aspirantura təhsili keçmişdir. 1974-1977-ci illərdə bu laboratoriyada mühəndis vəzifəsində yüksək keyfiyyətli benzinlərin istehsalı istiqamətində tədqiqatlar aparmışdır.

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycan neftlərinin xüsusiyyətləri neft-kimya və Enerji sənayelərinin infrastrukturu nəzərə alınmaqla, Müəssisələrin fəaliyyətinin və məhsulların ekoloji və iqtisadi tələblərinə, bazar strukturuna əsaslanaraq Respublikanın neft emalı sənayesinin səmərəli fəaliyyətinin təşkili üzrə əsaslı kompleks işlər aparılmışdır.

  • neftçıxarma, qaz emalı və neft-kimya sahələri ilə uzlaşan və müəssisələrin mərhələli inkişafını təmin edən yanaca və yağ istiqamətində neftin kompleks emal sxemləri işlənib hazırlanmışdır.
  • yüksək keyfiyyətli benzin istehsalını təmin edən katalitik krekinq prosesinin yeni modifikasiyası yaradılmış və sənayedə (H. Əliyev adına NEZ-da) tətbiq edilmişdir.
  • təkrar emal proseslərinin (katalitik krekinq və piroliz) qazları, eləcədə kokslaşma benzinlərinin (q.b. - 85 оC) fraksiyaları əsasında biratomlu C1 – C2 spirtlərin iştirakı ilə reformullaşdırılmış benzinlərin və onlara yüksək oktanlı əlavələrin istehsalı prosesləri yaradılmışdır.
  • perspektiv tələblərə müvafiq benzin ehtiyatlarının (8%) və neftin emal dərinliyinin (92%) artırılması məqsədilə kokslaşma benzinlərinin q.b.– 85оC fraksiyalarının metanol ilə aşağı temperaturda zənginləşdirilməsi, 85 оC– q.b. fraksiyalarının isə katalitik zənginləşdirilməsi ilə destruksiya benzinlərinin kompleks emal sxemləri işlənib hazırlanmışdır.
  • Sumqayıt NKK perspektiv inkişafının kompleks sxemi işlənib hazırlanmışdır.
  • Neft emalının kompleksli istehsal proseslərində maya dəyərinin kalikulyasiyası haqqında metodik təlimat işlənib hazırlanıb və Nazirlik tərəfindən bütün NEZ-da əsas vəsait kimi qəbul edilib.
  • vahid yanacaq-energetika kompleksi çərçivəsində neft emalı və neft-kimya sahələrinin perspektiv inkişaf konsepsiyası yaradılmışdır.

[3]

Nəaliyyətləri

[redaktə | mənbəni redaktə et]

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvüdür

  1. Y.H.Məmmədəliyev Konfransı
  2. D.İ.Mendeleyev Qurultayı
  3. IV Bakı Beynəlxal Konqresi
  4. 1-го Российский нефтяной Kонгресс
  5. ARDNŞ Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi Forumu

Elmi - təşkilati fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • S.M. Əsgər-zadə ARDNŞ prezidenti yanında “Neft emalı üzrə elmi-texniki Şuranın” elmi katibi (1997-2000-ci il),
  • AMEA nəznində “Neft-kimya və neft emalı” problemi üzrə koordinasiya şurasının üzvü (2009-2014-cü il),
  • ARNDŞ prezidenti yanında “Yeni Neft-qaz emalı və Neft-kimya kompleksi” üzrə məsləhətçi qrupun üzvüdür,
  • AMEA NKPİ-nin böyük Elmi Şurasının üzvü,
  • NKPİ Dissertasiya Şurasının üzvü,
  • “Neft-Kimyası və Neftemalı prosesləri” jurnalının redaksiya heyətinin üzvüdür.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  • 1976-cı ildə Xalq Təsərrüfatı nailiyyətlərini Sərgisinin (Moskva ş.) – bürünc medalını
  • 2006-cı ildə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı
  • 2009-cu ildə Azərbaycan Respubliksı «Tərəqqi» medalı [4] [5]

Elmi Tədqitatlar

[redaktə | mənbəni redaktə et]

S.M. Əsgər-zadə 107 elmi əsərlərin, o cümlədən, 10 elmi ixtira və 1 Azərbaycan patentinin müəllifidir. S.M. Əsgər-zadənin rəhbərliyi ilə 2 namizədlik (texnika üzrə fəlsəfə doktoru) dissertasiyası yerinə yetirilmişdir və hal-hazırda O 2 dissertanta rəhbərlik edir.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

S.M. Əsgər-zadə 107 elmi əsərlərin, o cümlədən, 10 elmi ixtira və 1 Azərbaycan patentinin müəllifidir.

Onun elmi məqalələri Azərbaycanın və xaricin tanınmış («Нефтепереработка и Нефтехимия», «Химия и технология топлив и масел», «Химическая промышленность», «Химическая техника» Hydrocarbon Processing, Australian journal of Chemistry Ekonomics World və s.) jurnallarında dərc edilmişdir. Onun bir çox elmi forumlarda (Qroznı, Yaroslavl, Bakı, Moskvanın I Neft konqresi, Neft kimyanın aktual problemləri, Elmi praktiki konfrans, Mendeleyev qurultayı), “Xəzər və Orta Asiya ticarət, loqistika, neftemalı-neftkimyaSocar beynəlxalq praktiki konfransda çıxışlarının tezisləri başqa ölkələrdə çap olunmuşdur. [6]

Əsas elmi əsərlərin adları

[redaktə | mənbəni redaktə et]
  1. Рустамов М.И., Гусейнова А.Д., Аскер-заде С.М. и др. Освоение установки кат. крекинга типа 1-Б в режиме выработки неэтилированного бензина АИ-93 на НБНЗ им. Вл. Ильича «Химия и технология топлив и масел» № 4-1988 г.
  2. М.И. Рустамов, С.М. Аскер-заде. Перспективы развития нефтеперерабатывающей промышленности Азербайджана. «Азербайджанское Нефтяное Хозяйство», 2008. № 4, с. 7-14.
  3. М.И. Рустамов, С.М. Аскер-заде, О.Б. Урбан, М.Н. Джавадова, С.Г. Ельдарова, Г.Т. Исмаилова. Интеграция нефтеперерабатывающих предприятий. «Химическая техника» 2011 г. №7, с 16-19.
  1. "Arxivlənmiş surət". 2020-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-19.
  2. "Arxivlənmiş surət". 2019-11-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-19.
  3. "Arxivlənmiş surət". 2019-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-24.
  4. "Arxivlənmiş surət". 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-24.
  5. "Arxivlənmiş surət". 2019-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-24.
  6. "Arxivlənmiş surət". 2019-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-24.