Səbinə Ağayeva

Səbinə Ağayeva (1985, Marneuli) — REAL TV-nin Baş Redaktoru.

Səbinə Ağayeva
Doğum tarixi 1985
Doğum yeri
Həyat yoldaşı
Uşaqları Aysan Ağayeva,
Sevin Ağayeva
Milliyyəti azərbaycanlı
Fəaliyyəti REAL TV

Səbinə Ağayeva 1985-ci ildə Gürcüstan Respublikasının Marneuli şəhərində anadan olub. 2006-cı ildə Tarix fakültəsinin bakalavr pilləsini, 2008-ci ildə magistr pilləsini bitirib. ANS Media akademiyasının və Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin məzunudur.

2011-ci ildə ANS televiziyasının vitse-prezidenti Mir Şahinlə ailə həyatı qurub.[1]2012-ci ildə Aysan, 2015-ci ildə Sevin adlı qızları dünyaya gəlib.

"İç xəbər"ə 2005-ci ildə layihənin o vaxtkı rəhbəri Fidan Quliyevanın vasitəsilə gəlmişdir. 3 aylıq jurnalistika kurslarını bitirdikdən sonra "İç xəbər" verilişində fəaliyyətə başlamışdır. 2006-2012-ci illərdə İç Xəbər, NövbətçiXəbərçi verilişlərinin aparıcısı, 2013-cü ildən isə Xəbərçi verilişinin layihə rəhbəri və aparıcısı olub. 2015-ci ildən Baş Xəbər verilişinin aparıcısı və layihə rəhbəri olub. 2016- cı ilin Mart ayının 1 də ANS TV- dən öz ərizəsi ilə ayrılıb. 2018 ci ilin Mart ayının 15 dən Azərbaycanda ilk ixtisaslaşmış xəbər kanalı REAL TV də ( REAL Təhlil İnformasiya Mərkəzində) Baş Redaktor kimi fəaliyyətə başlayıb.

  1. ADıNA günü (film, 2010) (qısametrajlı sənədli film) (ANS) - müxbir
  2. İç Xəbər
  1. "Mirşahin evləndi". Azxeber.com. 2012-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-09.